Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1173/2025 05.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0808 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 365.01 (üç yüz altmış beş manat, sıfır bir qəpik): Həmçinin eyni tarixli, **********0811 saylı Güzəştli kredit (Restruktruzasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 1011.36 (min on bir manat, otuz altı qəpik) manat qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilmısinə yönəldilmişdir. **********0808 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.31 manat dörd il müddətində isə hər ay 7.76 manat olmaqla və **********0811 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.87 manat, dörd il müddətində isə hər ay 21.51 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı və **********0811 - ******* saylı zaminlik müqaviləsi ilə X1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsnin 1.8-ci bəndinə əsasən kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavlənin imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahsəsiz qaydada qəbul etdiyini və hazırk müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu maddəsinə əsasən kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanana tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyin və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 **********0808 saylı kredi müqaviləsi üzrə borcun məbləği 321.39 əsas, manat, faiz borcu üzrə 3.24 manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 324.63 (üç yüz iyirmi dörd manat, altmış üç qəpik) manat təşkil edir. Həmçinin **********0811 saylı kredit müqaviləsi üzrə borcun məbləği 800.45 əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 800.45 (səkkiz yüz manat, qırx beş qəpik) manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0808 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 365.01 (üç yüz altmış beş manat, sıfır bir qəpik): Həmçinin eyni tarixli, **********0811 saylı Güzəştli kredit (Restruktruzasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 1011.36 (min on bir manat, otuz altı qəpik) manat qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilmısinə yönəldilmişdir. **********0808 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.31 manat dörd il müddətində isə hər ay 7.76 manat olmaqla və **********0811 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.87 manat, dörd il müddətində isə hər ay 21.51 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarında olan "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM tərəfindən verilmiş **********0***-******* saylı və **********0***-******* zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0808 saylı və xx.xx.2019-cu il tarixli, **********08111 saylı kredit müqavilələrinə əsasən borcalan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda alınmış krediti, hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0808 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2025-ci il tarixə ümumi borcu 324.63 (üç yüz iyirmi dörd manat, altmış üç qəpik) manat təşkil edir. İş materiallarında "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0811 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2025-ci il tarixə ümumi borcu 800.45 (səkkiz yüz manat, qırx beş qəpik) manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM Ağdaş Rayon Məhkəməsinə Asan Pay vasitəsi ilə 31.26 (otuz bir manat, iyirmi altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0808 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 365.01 (üç yüz altmış beş manat, sıfır bir qəpik): Həmçinin eyni tarixli, **********811 saylı Güzəştli kredit (Restruktruzasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 1011.36 (min on bir manat, otuz altı qəpik) manat qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilmısinə yönəldilmişdir. **********0808 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.31 manat dörd il müddətində isə hər ay 7.76 manat olmaqla və **********0811 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.87 manat, dörd il müddətində isə hər ay 21.51 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh2 hər iki kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-ə ümumilikdə hər iki müqavilə üzrə cəmi borcu 1125.08 (min bir yüz iyirmi beş manat, sıfır səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 **********0808 saylı kredit müqaviləsi üzrə 321.39 (üç yüz iyirmi bir manat, otuz doqquz qəpik) manat əsas, 3.24 (üç manat, iyirmi dörd qəpik) manat faiz, 0.00 (sıfır) manat cərmiə borcu olmaqla, cəmi 324.63 (üç yüz iyirmi dörd manat, altmış üç qəpik) manat, həmçinin **********0811 saylı kredit müqaviləsi üzrə 800.45 (səkkiz yüz manat, qırx beş qəpik) manat əsas, 0.00 (sıfır) manat faiz, 0.00 (sıfır) manat cərimə olmaqla, cəmi 800.45 (səkkiz yüz manat, qırx beş qəpik) manat, ümumilikdə hər iki müqavilə üzrə cəmi borcu 1125.08 (min bir yüz iyirmi beş manat, sıfır səkkiz qəpik) manat borc və 31.26 (otuz bir manat, iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-ə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********0808 saylı kredit müqaviləsi üzrə 321.39 (üç yüz iyirmi bir manat, otuz doqquz qəpik) manat əsas, 3.24 (üç manat, iyirmi dörd qəpik) manat faiz, 0.00 (sıfır) manat cərmiə borcu olmaqla, cəmi 324.63 (üç yüz iyirmi dörd manat, altmış üç qəpik) manat, həmçinin **********0811 saylı kredit müqaviləsi üzrə 800.45 (səkkiz yüz manat, qırx beş qəpik) manat əsas, 0.00 (sıfır) manat faiz, 0.00 (sıfır) manat cərimə olmaqla, cəmi 800.45 (səkkiz yüz manat, qırx beş qəpik) manat, ümumilikdə hər iki müqavilə üzrə cəmi borcu 1125.08 (min bir yüz iyirmi beş manat, sıfır səkkiz qəpik) manat borc və 31.26 (otuz bir manat, iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-ə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-1173/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1173/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver