Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1187/2025 07.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, məhkəmə iclasının katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi ilə, İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********0732 saylı kredit müqaviləsi üzrə 881,92 manat əsas, 27,31 manat faiz, 0,00 manat cərimə borcu olmaqla cəmi 909,23 (doqquz yüz doqquz manat, iyirmi üç qəpik) manat borc, **********0745 saylı kredit müqaviləsi üzrə 518,78 manat əsas, 16,10 manat faiz, 0,00 manat cərimə borcu olmaqla cəmi 534,88 (beş yüz otuz dörd manat, səksən səkkiz qəpik) manat borc və 34,45 (otuz dörd manat, qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0732 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 881,92 manat (səkkiz yüz səksən bir manat, doxsan iki qəpik); həmçinin eyni tarixli, **********0745 saylı Güzəştli Kredit (Restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 518,78 manat (beş yüz on səkkiz manat, yetmiş səkkiz qəpik), qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0732 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,76 manat, dörd il müddətində isə hər ay 18,76 manat olmaqla və **********0745 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,45 manat, dörd il müddətində isə hər ay 11,03 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0732 – 504087 saylı və **********0745 – 504087 saylı zaminlik müqavilələri ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, təyin edilmiş məhkəmə iclasında nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə onların iştrakı olmadan baılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0732 saylı Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0732 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 881,92 manat; xx.xx.2019-cu il tarixli, **********0745 saylı Güzəştli kredit (Restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 518,78 manat, qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0732 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,76 manat, dörd il müddətində isə hər ay 18,76 manat olmaqla və **********0745 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,45 manat, dörd il müddətində isə hər ay 11,03 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli, **********0732 – 504087 saylı və **********0745 – 504087 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0732 və **********0745 saylı Güzəştli kredit (Restrukturizasiya) müqavilələrinin təminatı kimi həmin müqavilələrin şərtləri üzrə öhdəlikləri icra etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 **********0732 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan cəmi borcu 909,23 manat borcu var. 18 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 **********0745 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan cəmi borcu 534,88 manat borcu var. Mədaxil qəbzindən görünür ki, «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 34,45 (otuz dörd manat, qırx beş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0732 saylı Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0732 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 881,92 manat, xx.xx.2019-cu il tarixli, **********0745 saylı Güzəştli kredit (Restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 518,78 manat, qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixli, **********0732 – 504087 saylı və **********0745 – 504087 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0732 və **********0745 saylı Güzəştli kredit (Restrukturizasiya) müqavilələrinin təminatı kimi həmin müqavilələrin şərtləri üzrə öhdəlikləri icra etməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə onun, **********0732 saylı kredit müqaviləsi üzrə cəmi borcu 909,23 manat, **********0745 saylı kredit müqaviləsi üzrə cəmi borcu 534,88 manat təşkil edir. Hazırda iddiaçı cavabdehlərdən həmin borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırki iş üzrə hüquq münasibətlərinin yarandığını tarixdə qüvvədə olan Mülki Məcəllənin 739-cu maddəsinin rediakiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********0732 saylı kredit müqaviləsi üzrə 881,92 manat əsas, 27,31 manat faiz borcu olmaqla cəmi 909,23 (doqquz yüz doqquz manat, iyirmi üç qəpik) manat borc, **********0745 saylı kredit müqaviləsi üzrə 518,78 manat əsas, 16,10 manat faiz borcu olmaqla cəmi 534,88 (beş yüz otuz dörd manat, səksən səkkiz qəpik) manat borc və 34,45 (otuz dörd manat, qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********0732 saylı kredit müqaviləsi üzrə 881,92 manat əsas, 27,31 manat faiz borcu olmaqla cəmi 909,23 (doqquz yüz doqquz manat, iyirmi üç qəpik) manat borc, **********0745 saylı kredit müqaviləsi üzrə 518,78 manat əsas, 16,10 manat faiz borcu olmaqla cəmi 534,88 (beş yüz otuz dörd manat, səksən səkkiz qəpik) manat borc və 34,45 (otuz dörd manat, qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-1187/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1187/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver