Məhkəmə qərarları › İş №e-2(014)-1214/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1214/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1214/2022 17.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı ilə Cavabdeh1 Əlibala qızı arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ”Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərmanının icrasının təmin edilməsi məqsədilə 08 oktyabr 2020-ci il tarixli 51TA saylı güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 4088,74 (dörd min səksən səkkiz manat yetmiş dörd qəpik) manat borcu 5 il müddətinə illik 1 faiz olmaqla müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə bağlanmış güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı ilə fiziki şəxs Cavabdeh3 və Cavabdeh2 arasında 08 oktyabr 2020-ci il tarixli 51-TA saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borclu Cavabdeh1 Kredit Təşkilatı qarşısında olan öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Cavabdeh1 ilə bağlanmış güzəştli kredit müqaviləsinin 3.4.-cü bəndinə əsasən, borclu bu müqavilə üzrə kreditora çatmalı olan krediti və ona hesablanmış faizləri və digər ödənişləri bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Güzəştli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh1 güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına olan əsas borcu 3972,34 manat, faiz borcu 1,66 manat, cəmi borcu 3974 (üç min doqquz yüz yetmiş dörd ) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X4 iddia ərizəsinin təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, 51TA saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 4088,74 (dörd min səksən səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, 51TA saylı zaminlik müqaviləsinə əsasən kreditorla borclu arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, 51TA saylı fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsinə əsasan 4088,74 (dörd min səksən səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində 60 (altmış) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşıması və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İşin materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, 51TA saylı zaminlik müqaviləsinə əsasən kreditorla borclu arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, 51TA saylı fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsinə əsasan 4088,74 (dörd min səksən səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində 60 (altmış) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşıması və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İşin materiallarında olan 08 oktyabr 2020-ci il tarixli, 51TA saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 3,41 – 86,93 manat kredit ödənişi etməli idi. İşin materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən məhkəməyə ünvanlanmış maliyyə arayışından (məlumat) görünür ki, Cavabdeh1 banka əsas borc üzrə 3972,34 manat, faiz borcu üzrə 1,66 manat olmaqla, cəmi 3974 (üç min doqquz yüz yetmiş dörd) manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya (xəbərdarlıq) məktublarından görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 59,74 (əlli doqquz manat, yetmiş dörd qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, 51TA saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 4088,74 (dörd min səksən səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 3972,34 manat, faiz borcu üzrə 1,66 manat olmaqla, cəmi 3974 (üç min doqquz yüz yetmiş dörd) manat məbləğində borcu yaranmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, 51TA saylı zaminlik müqavilələrinə əsasən kreditorla borclu arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, 51TA saylı fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsinə əsasan verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşıması və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakları, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesablarına ödənilməsini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3972,34 (üç min doqquz yüz yetmiş iki manat, otuz dörd qəpik) manat əsas borc, 1,66 (bir manat, altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 3974 (üç min doqquz yüz yetmiş dörd) manat məbləğində borc məbləği və 59,74 (əlli doqquz manat, yetmiş dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3972,34 (üç min doqquz yüz yetmiş iki manat, otuz dörd qəpik) manat əsas borc, 1,66 (bir manat, altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 3974 (üç min doqquz yüz yetmiş dörd) manat məbləğində borc məbləği və 59,74 (əlli doqquz manat, yetmiş dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar