Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1229/2025 08.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0337 saylı kredit müqaviləsi üzrə borcun məbləği 555.06 (beş yüz əlli beş manat, altı qəpik) manat əsas, faiz borcu üzrə 17.20 (on yeddi manat, iyirmi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 572.26 (beş yüz yetmiş iki manat, iyirmi altı qəpik) manat, həmçinin **********0340 saylı kredit müqaviləsi üzrə borcun məbləği 780.76 (yeddi yüz səksən manat, yetmiş altı qəpik) manat əsas, faiz borcu üzrə 24.17 (iyirmi dörd manat, on yeddi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 804.93 (səkkiz yüz dörd manat, doxsan üç qəpik) manat və ödənilmiş 33.78 (otuz üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0337 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 555.06 (beş yüz əlli beş manat, altı qəpik) manat, həmşinin eyni tarixli **********0340 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 780.76 (yeddi yüz səksən manat, yetmiş altı qəpik) manat, qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0337 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.48 (qırx səkkiz qəpik) manat, dörd il müddətinə isə hər ay 11.80 (on bir manat, səksən qəpik) olmaqla **********0340 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.67 (altmış yeddi qəpik) manat, dörd il müddətində isə hər ay 16.60 (on altı manat, altmış qəpik) manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı və **********0***-******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 **********0337 saylı kredit müqaviləsi üzrə borcun məbləği 555.06 (beş yüz əlli beş manat, altı qəpik) manat əsas, faiz borcu üzrə 17.20 (on yeddi manat, iyirmi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 572.26 (beş yüz yetmiş iki manat, iyirmi altı qəpik) manat təşkil edir. Həmçinin **********0340 saylı kredit müqaviləsi üzrə borcun məbləği 780.76 manat əsas, faiz borcu üzrə 24.17 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 804.93 manat təşkil edir. İddiaçı MMM QBKT nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakları olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMM QBKT nümayəndəsi Nümayəndə2 10 iyun 2025-ci il tarixdə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Cavabdeh1 10 iyun 2025-ci il tarixdə məhkəmə iclasında izahatında və məhkəməyə vermiş olduğu ərizədə bildirmişdir ki, iddia tələbi ilə razıdır, əsas borclu odur. Borc onun borcudur. Maddi vəziyyəti və xəstəliyi ilə əlaqədar borcu ödəyə bilməmişdir. Borcu hissəhissə ödəyəcəyinə söz vermişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMM QBKT tərəfindən məhkəməyə verilmiş 18 Mart 2025-ci il tarixli maliyyə arayışlarının surətindən görünür ki, **********0337 saylı kredit müqaviləsi üzrə borcun məbləği 555.06 (beş yüz əlli beş manat, altı qəpik) manat əsas, faiz borcu üzrə 17.20 (on yeddi manat, iyirmi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 572.26 (beş yüz yetmiş iki manat, iyirmi altı qəpik) manat, həmçinin **********0340 saylı kredit müqaviləsi üzrə borcun məbləği 780.76 (yeddi yüz səksən manat, yetmiş altı qəpik) manat əsas, faiz borcu üzrə 24.17 (iyirmi dörd manat, on yeddi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 804.93 (səkkiz yüz dörd manat, doxsan üç qəpik) manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı MMM QBKT tərəfindən Cavabdeh1 ünvanlanmış 10 İyun 2025-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, Cavabdeh1 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan İddiaçı MMM QBKT ilə borclu Cavabdeh1 arasında bağlanmış 9 Avqust 2019-cu il tarixli, **********0337 saylı kredit müqaviləsinə əsasən cavabdehə kreditdən istifadə haqqı 1% ödəmək şərti ilə 60 ay müddətinə 555.06 (beş yüz əlli beş manat, altı qəpik) manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı MMM QBKT ilə borclu Cavabdeh1 arasında bağlanmış 9 Avqust 2019-cu il tarixli, **********0340 saylı kredit müqaviləsinə əsasən cavabdehə kreditdən istifadə haqqı 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 780.76 (yeddi yüz səksən manat, yetmiş altı qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı MMM QBKT tərəfindən verilmiş 9 Avqust 2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 9 Avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, həmin müqavilə üzrə Kredit Alan olan Cavabdeh1 tərəfindən (“Kredit Alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda , əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMM QBKT tərəfindən verilmiş 9 Avqust 2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 9 Avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, həmin müqavilə üzrə Kredit Alan olan Cavabdeh1 tərəfindən (“Kredit Alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda , əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMM QBKT Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 33.78 (otuz üç manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0337 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 555.06 (beş yüz əlli beş manat, altı qəpik) manat, həmşinin eyni tarixli **********0340 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 780.76 (yeddi yüz səksən manat, yetmiş altı qəpik) manat, qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0337 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.48 (qırx səkkiz qəpik) manat, dörd il müddətinə isə hər ay 11.80 (on bir manat, səksən qəpik) olmaqla **********0340 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.67 (altmış yeddi qəpik) manat, dörd il müddətində isə hər ay 16.60 (on altı manat, altmış qəpik) manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı və **********0***-******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. 18 mart 2025-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə cəmi **********0337 saylı kredit müqaviləsi üzrə borcun məbləği 555.06 (beş yüz əlli beş manat, altı qəpik) manat əsas, faiz borcu üzrə 17.20 (on yeddi manat, iyirmi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 572.26 (beş yüz yetmiş iki manat, iyirmi altı qəpik) manat, həmçinin **********0340 saylı kredit müqaviləsi üzrə borcun məbləği 780.76 (yeddi yüz səksən manat, yetmiş altı qəpik) manat əsas, faiz borcu üzrə 24.17 (iyirmi dörd manat, on yeddi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 804.93 (səkkiz yüz dörd manat, doxsan üç qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **********0337 saylı kredit müqaviləsi üzrə borcun məbləği 555.06 (beş yüz əlli beş manat, altı qəpik) manat əsas, faiz borcu üzrə 17.20 (on yeddi manat, iyirmi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 572.26 (beş yüz yetmiş iki manat, iyirmi altı qəpik) manat, **********0340 saylı kredit müqaviləsi üzrə borcun məbləği 780.76 (yeddi yüz səksən manat, yetmiş altı qəpik) manat əsas, faiz borcu üzrə 24.17 (iyirmi dörd manat, on yeddi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 804.93 (səkkiz yüz dörd manat, doxsan üç qəpik) manat və 33.78 (otuz üç manat, yetmiş səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMM QBKT ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0337 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 555.06 (beş yüz əlli beş manat, altı qəpik) manat, faiz borcu üzrə 17.20 (on yeddi manat, iyirmi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 572.26 (beş yüz yetmiş iki manat, iyirmi altı qəpik) manat, **********0340 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 780.76 (yeddi yüz səksən manat, yetmiş altı qəpik) manat, faiz borcu üzrə 24.17 (iyirmi dörd manat, on yeddi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 804.93 (səkkiz yüz dörd manat, doxsan üç qəpik) manat və 33.78 (otuz üç manat, yetmiş səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMM QBKT ödənilsin. Qətnamənin icrası cavabdehlərin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-1229/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1229/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver