Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1231/2025 29.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X2 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Cavabdeh2 iştirakları ilə, İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4709 manat, faiz borcuna görə 1376 manat, cərimə borcuna görə 299,35 manat olmaqla cəmi 6384,35 (altı min üç yüz səksən dörd manat, otuz beş qəpik) manat məbləğində borcun və 83,85 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı Cavabdeh2 arasında bağlanmış 28 avqust 2024-cü il tarixli, **********2469 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 278 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2469 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının nümayəndəsi Ramil Heydərov məhkəməyə ərizə ilə müraciət edərək, təyin edilmiş məhkəmə iclasında nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə onların iştrakı olmadan baılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, izahatında bildirdi ki, həqiqətəndə banka borcu var. Belə ki, bankdan 5000 manat kredit götürmüş və həmin borcu avtoqəza keçirdiyi üçün banka ödəyə bilməmişdir. Həmin borcu hissə-hissə icra edəcəyini nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 28 avqust 2024-cü il tarixli, **********2469 saylı Kredit Müqaviləsinin surətindən görünür ki, Bank borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min manat) manat məbləğində kredit verilmişdir. 28 avqust 2024-cü il tarixli, **********2469 – ******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 28 avqust 2024-cü il tarixli, **********2469 saylı Kredit Müqaviləsinin təminatı kimi həmin müqavilənin şərtləri üzrə öhdəlikləri icra etməyi öz öhdəsinə götürmüşdür. 14 aprel 2025-ci il tarixli, **********2469 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh2 14 aprel 2025-ci il tarixə olan borcu 6384,35 manat əsas borc təşkil edir. Mədaxil qəbzindən görünür ki, «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 83,85 (səksən üç manat, səksən beş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 28 avqust 2024-cü il tarixli, **********2469 saylı Kredit Müqaviləsinə əsasən Bank borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min manat) manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin Kredit Müqaviləsinin təminatı Cavabdeh1 «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı arasında zaminlik müqaviləsi bağlanılmış və Cavabdeh1 kredit müqaviləsinin müqavilənin şərtləri üzrə öhdəlikləri icra etməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatına **********2469 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 4769 (dörd min yeddi yüz altmış doqquz) manat, faiz borcu üzrə 1376 (bir min üç yüz yetmiş altı) manat, cərimə borcu üzrə 299,35 (iki yüz doxsan doqquz manat, otuz beş qəpik) manat olmaqla 6384,35 (altı min üç yüz səksən dörd manat, otuz beş qəpik) manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehlərdən həmin borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 28 avqust 2024-cü il tarixli, **********2469 saylı Kredit Müqaviləsi üzrə 4769 (dörd min yeddi yüz altmış doqquz) manat əsas, 1376 (bir min üç yüz yetmiş altı) manat faiz, 299,35 (iki yüz doxsan doqquz manat, otuz beş qəpik) manat cərimə borcu olmaqla cəmi 6384,35 (altı min üç yüz səksən dörd manat, otuz beş qəpik) manat borcun və 83,85 (səksən üç manat, səksən beş qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 28 avqust 2024-cü il tarixli, **********2469 saylı Kredit Müqaviləsi üzrə 4769 (dörd min yeddi yüz altmış doqquz) manat əsas, 1376 (bir min üç yüz yetmiş altı) manat faiz, 299,35 (iki yüz doxsan doqquz manat, otuz beş qəpik) manat cərimə borcu olmaqla cəmi 6384,35 (altı min üç yüz səksən dörd manat, otuz beş qəpik) manat borcun və 83,85 (səksən üç manat, səksən beş qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(014)-1231/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1231/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver