Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1236/2025 02.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X2 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Cavabdeh1 iştirakları ilə, İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********1011 saylı kredit müqaviləsi üzrə 450,32 (dörd yüz əlli manat, otuz iki qəpik) manat əsas borc, **********1021 saylı kredit müqaviləsi üzrə 807,28 (səkkiz yüz yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas borc və 32,58 (otuz iki manat, əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1011 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştlı Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 457,16 manat, həmçinin eyni tarixli, **********1021 saylı Güzəştlı Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 823,70 manat, qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1011 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,39 manat, dörd il müddətində isə hər ay 9.72 manat olmaqla və **********1021 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,69 manat, dörd il müddətində isə hər ay 17,52 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1011 – ******* saylı və **********1021 – ******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********1011 saylı kredit müqaviləsi üzrə borcun məbləği 450,32 manat əsas, faiz borcu üzrə 0,00 manat, cərimə borcuna görə 0,00 manat olmaqla cəmi 450.32 (dörd yüz əlli manat, otuz iki qəpik), həmçinin **********1021 saylı kredit müqaviləsi üzrə borcun məbləği 807,28 manat əsas, faiz borcu üzrə 0,00 manat, cərimə borcuna görə 0,00 manat olmaqla cəmi 807,28 (səkkiz yüz yeddi manat, iyirmi səkkiz qəpik) manat və ödənilmiş 32,58 manat məbləğində dövlət rüsumunun «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, təyin edilmiş məhkəmə iclasında nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə onların iştrakı olmadan baılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, həqiqətəndə banka borcunun olduğunu, həmin borcu hissə-hissə icra edəcəyini nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, **********1011 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin surətindən görünür ki, Güzəştlı Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 457,16 manatqalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,39 manat, 4 (dörd) il müddətində isə hər ay 9.72 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, **********1021 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin surətindən görünür ki, Güzəştlı Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 823,70 manatqalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,69 manat, 4 (dörd) il müddətində isə hər ay 17,52 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. 06 sentyabr 2019-cu il tarixli, **********1011 – ******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, **********1011 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin təmina kimi həmin müqavilənin şərtləri üzrə öhdəlikləri icra etməyi öz öhdəsinə götürmüşdür. 06 sentyabr 2019-cu il tarixli, **********1021 – ******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, **********1021 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin təmina kimi həmin müqavilənin şərtləri üzrə öhdəlikləri icra etməyi öz öhdəsinə götürmüşdür. 18 mart 2025-ci il tarixli, **********1011 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 18 mart 2025-ci il tarixə olan borcu 450,32 manat əsas borc təşkil edir. 18 mart 2025-ci il tarixli, **********1021 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 18 mart 2025-ci il tarixə olan borcu 807,28 manat əsas borc təşkil edir. Mədaxil qəbzindən görünür ki, «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 32,58 (otuz iki manat, əlli səkkiz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, **********1011 saylı Güzəştlı Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 457,16 manatqalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,39 manat, 4 (dörd) il müddətində isə hər ay 9.72 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. Bundan başqa «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, **********1021 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 823,70 manatqalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,69 manat, 4 (dörd) il müddətində isə hər ay 17,52 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. Həmçinin, həmin kredit müqavilələrinin təminatı kimi, «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında **********1011 – ******* saylı və **********1021 – ******* saylı Zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər kredit müqavilələri üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatına **********1011 saylı kredit müqaviləsi üzrə 450,32 (dörd yüz əlli manat, otuz iki qəpik) manat əsas borc, **********1021 saylı kredit müqaviləsi üzrə 807,28 (səkkiz yüz yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********1011 saylı kredit müqaviləsi üzrə 450,32 (dörd yüz əlli manat, otuz iki qəpik) manat əsas borc, **********1021 saylı kredit müqaviləsi üzrə 807,28 (səkkiz yüz yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas borc və 32,58 (otuz iki manat, əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********1011 saylı kredit müqaviləsi üzrə 450,32 (dörd yüz əlli manat, otuz iki qəpik) manat əsas borc, **********1021 saylı kredit müqaviləsi üzrə 807,28 (səkkiz yüz yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas borc və 32,58 (otuz iki manat, əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(014)-1236/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1236/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver