Məhkəmə qərarları › İş №e-2(014)-1249/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1249/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1249/2025 26.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı MM QBKT-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **********0363 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1353.29 AZN əsas, faiz borcu üzrə 26.41 AZN,cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1379.70 (bir min üç yüz yetmiş doqquz manat, yetmiş qəpik qəpik); Həmçinin, **********0350 saylı kredit müqaviləsi üzrə borcun məbləği 241.13 AZN əsas, faiz borcu üzrə 4.69 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 245.82(iki yüz qırx beş manat,səksən iki qəpik) AZN və cəmi ödənilmiş 36.26 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0363 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GU7ZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1376.94 AZN (bir min üç yüz yetmiş altı manat, doxsan dörd qəpik). Həmçinin eyni tarixli, **********0350 saylı GU7ZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 246.21 AZN (iki yüz qırx altı manat, iyirmi bir qəpik); qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0363 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.19 AZN, dörd il müddətində isə hər ay 29.29 AZN olmaqla və **********0350 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.21 AZN, dörd il müddətində isə hər ay 5.24 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə1indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh oğlunun **********0363 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1353.29 AZN əsas, faiz borcu üzrə 26.41 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1379.70 (bir min üç yüz yetmiş doqquz manat, yetmiş qəpik) AZN təşkil edir. Həmçinin, **********0350 saylı kredit müqaviləsi üzrə borcun məbləği 241.13 AZN əsas, faiz borcu üzrə 4.69 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 245.82 (iki yüz qırx beş manat,səksən iki qəpik) AZN təşkil edir. İddiaçı MM QBKT-nin məhkəmə işləri üzrə Hüquqşünası Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasına iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MM QBKT ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0363 saylı kredit müqaviləsi və ona əlavədən görünür ki, bank tərəfindən Cavabdeh 60 ay müddətinə, hər ay 29.29 manat ödəmək şərti ilə, 1376.94 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı MM QBKT ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0350 saylı kredit müqaviləsi və ona əlavədən görünür ki, bank tərəfindən Cavabdeh 60 ay müddətinə, hər ay 5.24 manat ödəmək şərti ilə, 246.21 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı MM QBKT tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, maliyyə arayışlarından görünür ki, Cavabdeh banka **********0363 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1353.29 manat əsas, faiz borcu üzrə 26.41 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1379.70 (bir min üç yüz yetmiş doqquz manat, yetmiş qəpik qəpik); Həmçinin, **********0350 saylı kredit müqaviləsi üzrə borcun məbləği 241.13 manat əsas, faiz borcu üzrə 4.69 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 245.82(iki yüz qırx beş manat,səksən iki qəpik) manat borcu qalmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 36.26 (otuz altı manat iyirmi altı) manat dövlət rüsumu tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0363 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GU7ZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1376.94 AZN (bir min üç yüz yetmiş altı manat, doxsan dörd qəpik). Həmçinin eyni tarixli, **********0350 saylı GU7ZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 246.21 AZN (iki yüz qırx altı manat, iyirmi bir qəpik); qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0363 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.19 AZN, dörd il müddətində isə hər ay 29.29 AZN olmaqla və **********0350 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.21 AZN, dörd il müddətində isə hər ay 5.24 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə1indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh oğlunun **********0363 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1353.29 manat əsas, faiz borcu üzrə 26.41 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1379.70 (bir min üç yüz yetmiş doqquz manat, yetmiş qəpik) manat təşkil edir. Həmçinin, **********0350 saylı kredit müqaviləsi üzrə borcun məbləği 241.13 manat əsas, faiz borcu üzrə 4.69 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 245.82 (iki yüz qırx beş manat,səksən iki qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh oğlunun **********0363 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1353.29 manat əsas, faiz borcu üzrə 26.41 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1379.70 (bir min üç yüz yetmiş doqquz manat, yetmiş qəpik) manat, **********0350 saylı kredit müqaviləsi üzrə borcun məbləği 241.13 manat əsas, faiz borcu üzrə 4.69 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 245.82 (iki yüz qırx beş manat,səksən iki qəpik) manat məbləğində vəsaitin və 36 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MM QBKT-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh **********0363 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1353.29 manat əsas, faiz borcu üzrə 26.41 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1379.70 (bir min üç yüz yetmiş doqquz manat, yetmiş qəpik) manat, **********0350 saylı kredit müqaviləsi üzrə borcun məbləği 241.13 manat əsas, faiz borcu üzrə 4.69 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 245.82 (iki yüz qırx beş manat,səksən iki qəpik) manat borc və 36.26 (otuz altı manat iyirmi altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MM QBKT -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar