Məhkəmə qərarları › İş №e-2(014)-1261/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1261/2024

11.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1261/2024 11.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı2, Cavabdeh və nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs Ağdaş RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakları ilə, İddiaçılar İddiaçı2 və Nümayəndə1, Cavabdeh və maraqlı şəxs Ağdaş RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “nəvə ilə görüşə mane olmağın qadağan edilməsi” tələbinə dair mülki işə Ağdaş şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və Nümayəndə1, Cavabdeh və maraqlı şəxs Ağdaş RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “nəvə ilə görüşə mane olmağın qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 oktyabr 2021-ci il təvəllüdlü X3 adlı nəvələri ilə onlara hər həftənin 1 və 3-cü günlər səhər saat 11.00-dan 17-dək, rəsmi bayram günlərinin üçdə bir hissəsini, uşağın ad gününün birinci yarısının nəvələrinin yaşayış evilərinə gətirilməklə görüşməklərinə mane olmağın Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların xx.xx.1990-cı il təvəllüdlü oğulları X5 22 okyabr 2023-cü ildə vəfat etmişdir. Vəfat edərkən o Cavabdeh ilə ailəli idi və birgə evlilikdən onların 13 oktyabr 2021-ci il təvəllüdlü Nihal adlı qızları olmuşdur. Artıq nəvələrinin 4 yaşı vardır. Ancaq Aydan onlara uşaqla görüşməklərinə mane olur. Uşaq onları tanıyır. Yeni il və ad günündə hədiyyə alsalar da Aydan Abdllayeva onlara nəvələrini görməyə imkan verməmişdir. Cavabdeh onlara uşaqla görüşməyə mane olduğu üçün Ağdaş rayon İcra Hakimiyyətinə müraciət etmişdirlər. Ağdaş rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik» Komissiyasının 01 aprel 2024cü il tarixli qərarı ilə 13 oktyabr 2021-ci il təvəllüdlü X3 ilə hər ayın birinci və üçüncü həftəsinin bazar günlərində saat 11:00-dan 17:00-dək, eləcədə rəsmi bayram günlərinin üçdə bir hissəsini, uşağın ad gününün birinci yarısını görüşərək ünsiyyətdə olması məqsədəmüvafiq hesab edilmişdir. Ancaq hazırkimüddətə qədər cavabdeh buna şərait yaratmamışdır. Bununla bağlı mediasiya təklifi göndərsələr də cavabdeh gəlmədiyindən sessiyanın keçirilməsi baş tumamışdır. Buna görə də tələbin təmin edilməsini xahiş etmişlər. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, nəvəsini həftədə bir dəfə də olsa görmək istəyir. Sonuncu dəfə 1 il bundan qabaq görüşmüşlər. Uşaq ilə görüşməyə iki dəfə icazə vermişdir, sonra görməmişlər uşağı. Uşağın onunla da, nənəsi ilə də münasibəti çox yaxşıdır. Yoldaşı Nümayəndə1 xəstə olduğundan məhkəmə iclasınada iştirak edə bilməmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun qayınatası ilə münasibəti heç vaxt pis olmamışdır. Uşağının babası ilə görüşməsinə etiraz etmir. Lakin nənəsinin uşaqla görüşməsini istəmir, görüşəcəyi təqdirdə, onun iştirakı ilə uşaqla görüşmələrini xahiş edir. Cavabdeh məhkəmə iclasına etiraz ərizəsi ünvanlayaraq bildirdi ki, o iddiaçıların verdikləri iddia ərizəsinə qarşı etiraz edir. X3 azyaşlıdır, atası dünyasını dəyişəndən sonra onun himayəsindədir. Qızı ilə o, 10 aydır ki, iddiaçılar tərəfindən onlara məxsus olan evdən uzaqlaşdırılmışdırlar. Bu müddət ərzində iddiaçılar uşaqla maraqlanmayıblar. Hətta qızını atasının, onu isə yoldaşının yasında belə olmağına, dəfinində iştirak etməyə, öz evlərində olmaqlarına razı olmamışdırlar. Mərhum həyat yoldaşını onunla birgə nikahda əldə etdiyi və işlətdiyi sexləri işlədərək gəlirini mənimsədikləri halda, ona və nəvələrinə çatacaq gəlirdən maddi və mənəvi cəhətdən heç bir köməklik etməmişdirlər. Hazırda mübahisəli məhkəmə proseslərindədir. Münaqişəli bir vəziyyətdədir. Nəvəsini istəyən nənə baba onu öz evindən, yəni atasından ona qalmış evindən çıxararaq qapılara salmaz. Nəvələrinə atasından qalan evdən miras əmlak payı istəməz. Qızı Nihal iddiaçıların oğlu mərhum Poladın yeganə övladıdır ki, onu Poladın özü aldığı torpaqda zəhmət ilə övladı üçün tikdirdiyi evdən 10 ay bundan əvvəl çıxararaq qovublar. 7-8 ay uşaqla maraqlanmamışlar, yalnız evdən miras paylarını almaq fikri ilə yaşayıblar. Vəkil onları başa salandan sonra yadlarına düşüb ki, Nihal da var, ondan da istifadə edərək onu məhkəmə qapılarında süründürə bilərlər. O anadır, mərhum yoldaşı dünyasını dəyişəndən sonra Nihalın qanuni himayədarı odur. O azyaşlı qızının yaşayacağı hər hansı bir psixoloji durumdan qorumağa borcludur. İddiaçılar Nihalın anasına, yəni ona qarşı qərəzli və düşmən mövqeyindədirlər. Aralarında mübahisəli məhkəmə prosesləri gedir. İddiaçılar Nihala atasından qalan evdən məhrum ediblər, bir neçə yerdə özlərinə məxsus ev olduğu halda miras əmlak iddiası edirlər. O, azyaşlı hələ özünü dərk etməyən qızını onlarla bir yerdə nəzarətsiz qalmağına razı deyil. Ona sitəm etmək üçün qızına təklikdə istədikləri pisliyi edərlər. Onunla mübahisəli bir vəziyyətdə olan nənə baba-iddiaçılar onun qızına hər hansı bir pisliyi etməyəcəklərinə siz bir hakim olaraq qaranti verə bilməzsiniz. Qanun məhkəmələrə azyaşlının mənafeyini müdafiə etməyi tövsiyə edir. Nəvələrinin anasına yəni ona qarşı düşmən mövqedə olan, onu özünə məxsus olan evdən qovan, həyat yoldaşının yas mərasimində iştirak etməyinə mane olan, məhkəmə münaqişələrinə çəkən, onunla miras davası edən iddiaçılara heç vaxt nəvələri maraqlı olmamışdır. Qızı Nihal azyaşlıdır, özünü dərk etmir. Hazırda qızının onunla məhkəmə çəkişmələrində miras əmlak iddiası edən ona babası ilə görüşməsi, onlarla təkbətək qalması heç cürə mümkün deyil, o qızını onunla düşmən olan adama etibar edə bilmir. İddiaçılar onunla düşmən mövqeyindədir. İddiaçıların ona və ailəsinə olan düşmən mövqeyini, aralarında olan iddiaçılar tərəfindən qaldırılan məhkəmə çəkişmələrini nəzərə alaraq, himayəsində olan azyaşlı qızını Nihalın məruz qalacağı hər hansı bir psixoloji durumun qarşısını almaq məqsədi ilə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, uşağın babası çox yaxşı insandır, uşaq da babasını çox istəyir, ona görə də babası ilə görüşməsinə heç bir etirazı yoxdur. Lakin nənəsi ilə görüşməsini istəmir. Maraqlı şəxs Ağdaş RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 məhkəmə iclasında komissiya rəyinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 387558 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası X5, anası isə Cavabdehdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli 5-32-8/2-A-24-135/2024 saylı “Ağdaş rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik (orqanı) komissiyası”nın xx.xx.2024-cü il tarixli iclas protokolundan çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri M.Rəsulzadə küçəsi 11/15-də qeydiyyatda olan İddiaçı2 və Ağdaş şəhəri 14-cü məhəllə, 52 ünvanda qeydiyyatda olan Nümayəndə1 ərizəsinin nəzərə alınması, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1. 50.2. 50.3, vo 61.1-Cl maddələrini Ağdaş şəhəri M.Rəsulzadə küçəsi 11/15-də qeydiyyatda olan İddiaçı2 və Ağdaş şəhəri 14-cü məhəllə, 52 ünvanda qeydiyyatda olan Nümayəndə1, Cavabdeh komissiyada təqdim etdiyi rəsmi izahatında adı Nihalın nənə və babası ilə görüşmələrinə heç bir etirazının olmadığını, lakin uşağın azyaşlı olmasını, bu səbəbdən də anadan ayrı qala bilmədiyini və səhətində olan problemləri nəzərə alaraq uşağın nənə, babası ilə hər ayda bir dəfə, bir neçə saat müddətində görüşərək ünsiyyətdə olmalarına dair qərar qəbul edilməsini xahiş etməsini nəzərə alaraq 12.01,2020-ci il təvəllüdlü X1 nənə və babası ilə hər ayın birinci və üçüncü həftəsinin bazar günləri saat 11:00-dan, 17:00-a dək eləcədə rəsmi bayram günlərinin üçdən bir hissəsini, uşağın ad günlərində günün birinci yarısını görüşərək ünsiyyətdə olmaları məqsədə müvafiq hesab edilməsi qərara alınmışdır. İşin materiallarında olan 14 oktyabr 2024-cü il tarixli 5-32/2-762/2024 saylı rəydən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 nənə və babası ilə hər ayın birinci və üçüncü həftəsinin bazar günləri, saat 11:00-dan, 17:00-a dək eləcədə rəsmi bayram günlərinin üçdən bir hissəsini, uşağın ad günlərində günün birinci yarısını nənə və babası ilə Ağdaş şəhəri ərazisində görüşərək ünsiyyətdə olmaları məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 və Nümayəndə1 nəvələri ilə ünsiyyətdə olmalarına dair Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına müraciət etmişlər. Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının 01 aprel 2024-cü il tarixli 5-32-8/2-A-24-135/2024 saylı qərarına əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 nənə və babası ilə hər ayın birinci və üçüncü həftəsinin bazar günləri saat 11:00-dan, 17:00-a dək eləcədə rəsmi bayram günlərinin üçdən bir hissəsini, uşağın ad günlərində günün birinci yarısını görüşərək ünsiyyətdə olmaları məqsədəmüvafiq hesab edilmişdir. Lakin Cavabdeh iddiaçılar İddiaçı2 və Nümayəndə1 ilə azyaşlı övladı X4 ilə ünsiyyətdə olması dair qərarın icrasına mane olduğuna görə qərar icra edilməmiş və Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının 01 aprel 2024-cü il tarixli 5-32-8/2-A-24-135/2024 qərarına əsasən iddiaçıların nəvəsi xx.xx.2020-ci il təvəllüdlü X3 ilə görüşüb ünsiyyətdə olma hüququnu məhdudlaşdırması həm iddiaçıların həm də azyaşlı Nihal qanunla qorunan mənafeyinə uyğun olmadığından iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinin tələbinə görə uşaq valideyinləri, babalar, nənələr, qardaşlar, bacılar və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideyinlərin nikahının pozulması və ya etibarsız sayılması, valideyinlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideyinlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və Nümayəndə1 xx.xx.2020-ci il tarixdə anadan olmuş nəvələri X4 ilə Ağdaş rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının 01 aprel 2024-cü il tarixli 5-32-8/2-A-24-135/2024 qərarına əsasən görüşüb ünsiyyətdə olmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı2 və Nümayəndə1 xx.xx.2020-ci il tarixdə anadan olmuş nəvələri X4 ilə Ağdaş rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının 01 aprel 2024-cü il tarixli 5-32-8/2-A-24-135/2024 saylı qərarına əsasən görüşüb ünsiyyətdə olmalarına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddiaçılar İddiaçı2 və Nümayəndə1 xx.xx.2020-ci il tarixdə anadan olmuş nəvələri X4 ilə Ağdaş rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının 01 aprel 2024-cü il tarixli 5-32-8/2-A-24-135/2024 saylı qərarına əsasən görüşüb ünsiyyətdə olmasına şərait yaradılması Cavabdeh üzərinə vəzifə kimi qoyulsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı2 və Nümayəndə1 verilsin. Qətnamənin icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar