Məhkəmə qərarları › İş №e-2(014)-1269/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-1269/2025

17.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-1269/2025 17.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi İddiaçı Cavabdeh2 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, МÜƏYYƏN ETDİM : İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMC-nin Ağdaş rayonunun Qaradağlı kəndi ərazisində xüsusi mülkiyyətində olan 1.5336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin hazırlıq iclası 17 iyun 2025-ci il tarixə, saat 15:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı MMC-nin nümayəndəsi İsmail Bulbul məhkəməyə ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, hazırda işə baxılmasını istəmədiyini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hеsаb еdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Bеlə ki, Аzərbаycаn Rеspublikаsı MPM-nin 170.1-ci mаddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci mаddələrində göstərilən əsаslаr оlduqdа, məhkəmə bахışınа hаzırlığın icrааtı dаyаndırılа və yа хitаm еdilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 170.1, 263-264, 268- 269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİM : Ərizə təmin edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddianın məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar