Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1293/2025 17.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X2 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Cavabdeh1 iştirakları ilə, İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0389 saylı kredit müqaviləsi üzrə 899,64 manat əsas, 23,33 manat faiz, 0,00 manat cərimə borcu olmaqla cəmi 922,97 (doqquz yüz iyirmi iki manat, doxsan yeddi qəpik) manat borc, **********0392 saylı kredit müqaviləsi üzrə 499,61 manat əsas, 6,01 manat faiz, 0,00 manat cərimə borcu olmaqla cəmi 505,62 (beş yüz beş manat, altmış iki qəpik) manat borc və 34,29 (otuz dörd manat, iyirmi doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0389 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında /iziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 899,64 (səkkiz yüz doxsan doqquz manat, altmış dörd qəpik) manat, həmçinin eyni tarixli, **********0392 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 499,61 (dörd yüz doxsan doqquz manat, altmış bir qəpik) manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0389 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,77 manat, dörd il müddətində isə hər ay 19,13 manat olmaqla və **********0392 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,43 manat, dörd il müddətində isə hər ay 10,63 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0389 – ******* saylı və **********0392 – ******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözügedən kredit Dövlət rüsumunun ödənilməsi haqqında məlumat müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərə/indən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərə/lər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə/indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, təyin edilmiş məhkəmə iclasında nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə onların iştrakı olmadan baılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, iddia tələbini qəbul edir. Həqiqətəndə banka borcu var. Nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, **********0389 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin surətindən görünür ki, Güzəştlı Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 899,64 manatqalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,77 manat, 4 (dörd) il müddətində isə hər ay 19,13 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, **********0392 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin surətindən görünür ki, Güzəştlı Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 499,61 manatqalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,43 manat, 4 (dörd) il müddətində isə hər ay 10,63 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. 14 avqust 2019-cu il tarixli, **********0389 – ******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, **********0389 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin təmina kimi həmin müqavilənin şərtləri üzrə öhdəlikləri icra etməyi öz öhdəsinə götürmüşdür. 14 avqust 2019-cu il tarixli, **********0392 – ******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, **********0392 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin təmina kimi həmin müqavilənin şərtləri üzrə öhdəlikləri icra etməyi öz öhdəsinə götürmüşdür. 18 mart 2025-ci il tarixli, **********0389 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 18 mart 2025-ci il tarixə olan ümumi borcu 922,97 manat əsas borc təşkil edir. 18 mart 2025-ci il tarixli, **********0392 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 18 mart 2025-ci il tarixə olan ümumi borcu 505,62 manat əsas borc təşkil edir. Mədaxil qəbzindən görünür ki, «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 34,29 (otuz dörd manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, **********0389 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinə əsasən həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 899,64 manatqalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,77 manat, 4 (dörd) il müddətində isə hər ay 19,13 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. Həmin müqavilənin təminatı kimi «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 14 avqust 2019-cu il tarixli, **********0389 – ******* saylı zaminlik müqaviləsi bağlanılmışdır. Bundan başqa «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, **********0392 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinə əssən həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 499,61 manatqalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,43 manat, 4 (dörd) il müddətində isə hər ay 10,63 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. Həmin müqavilənin təminatı kimi «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 14 avqust 2019-cu il tarixli, **********0392 – ******* saylı zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdehlər kredit müqavilələri üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatına 18 mart 2025-ci il tarixli, **********0389 saylı kredit müqaviləsi üzrə 922,97 manat, 18 mart 2025-ci il tarixli, **********0392 saylı kredit müqaviləsi üzrə isə 505,62 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0389 saylı kredit müqaviləsi üzrə 899,64 manat əsas borc, 23,33 manat faiz borcu, cəmi 922,97 manat, **********0392 saylı kredit müqaviləsi üzrə 499,61 manat əsas borc, 6.01 manat faiz borcu, cəmi 505,62 manat borc və 34,29 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0389 saylı kredit müqaviləsi üzrə 899,64 manat əsas borc, 23,33 manat faiz borcu, cəmi 922,97 manat, **********0392 saylı kredit müqaviləsi üzrə 499,61 manat əsas borc, 6.01 manat faiz borcu, cəmi 505,62 manat borc və 34,29 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(014)-1293/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1293/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver