Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1304/2022 15.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı “RabitəBank» ASC-nin cаvаbdеh Cavabdeh qаrşı «pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına» tələbinə dаir işə 15 noyabr 2022-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı “RabitəBank» ASC cаvаbdеh Cavabdeh qаrşı «pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına» tələbinə dаir mülki iş üzrə məhkəməyə mürаciət еdərək, Cavabdeh iddiaçı “RabitəBank» ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli KRLMB-09312 saylı kredit müqaviləsi üzrə kreditə görə 620 manat əsas, faiz borcuna görə 43.2 manat, cərimə borcuna görə 48.9 manat, borcun cəmi 712.10 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, boyunbağı sünbül 1 ədəd çəkisi 9.2 qr, əyarı 750. Bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli KRLMB- 09312 saylı kredit müqaviləsi üzrə 620 manat əsas, faiz borcuna görə 43.2 manat, cərimə borcuna görə 48.9 manat, borcun cəmi məbləği 712.1 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli KRLMB-09312 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı “RabitəBank» ASC-nin “Kürdəmir” filialı ilə Cavabdeh Bayramlı qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli KRLMB-09312 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 12 ay müddətinə 620 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli KRLMB-09312 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh Bayramlı qızı kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəxli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh Bayramlı qızının xx.xx.2022-ci il tarixli KRLMB-09312 saylı kredit müqaviləsi üzrə borcnun məbləği kreditə görə 620 manat əsas, 43.2 manat faiz, 48.9 manat cərimə borcu, cəmi 712.1 manat təşkil edir. xx.xx.2022-ci il tarixli KRLMB- 09312 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh Bayramlı qızına məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli KRLMB- 09312 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən “RabitəBank» ASC-nin “Kürdəmir” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir. Boyunbağı sünbül 1 ədəd çəkisi 9.2 qr, əyarı 750. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KRLMB-09312 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan girova ödəniş yönəldə bilər.Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsində irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh xx.xx.2022-ci il tarixli KRLMB-09312 saylı kredit müqaviləsi üzrə kreditə görə 620 manat əsas, 43.2 manat faiz, 48.9 manat cərimə borcu, cəmi 712.10 manat pul tutulmalıdır. Tələblər girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşayalarına yönəldilməlidir, girov predtmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun öədnilməsinə yetərli olmazsa qalan məbləğ borcludan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı “RabitəBank» ASC-nin X1 X2 məhkəmə iclasına iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh iddiaçı “RabitəBank» ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli KRLMB-09312 saylı kredit müqaviləsi üzrə kreditə görə 440 manat əsas, faiz borcuna görə 60.48 manat, cərimə borcuna görə 118.26 manat, borcun cəmi 618.74 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, boyunbağı sünbül 1 ədəd çəkisi 9.2 qr, əyarı 750. Bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli kRLMB- 09312 saylı kredit müqaviləsi üzrə 618.74 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əlavə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli KRLMB-09312 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “RabitəBank» ASC-nin nümayəndəsi Əbilfəz Zeynallı məhkəmə iclasına ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını, iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını хаhiş еtmişdir. Cаvаbdеh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alaraq, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа qismən təmin еdilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli KRLM-09312 saylı saxlanc girovunun qiymətləndiliməsinə və kassaya təhvil verilməsinə dair aktdan məlum olur ki, Cavabdeh xx.xx.2022 tarixində Rabitəbank ASC-nin “Kürdəmir” filialınından KRLM-09312 saylı kredit müqaviləsi əsasında 12 ay müddətə, 28 %-lə götürəcəyini 620 manat məbləğdə lombard kreditinin təminatı olaraq girov qoyduğu 9.2 qram qızıl-zinət əşyalarını kredit mütəxəssisinin iştirakı ilə kassaya təhvil təslimini bu akta əsasən həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli KRLM-09312 saylı kredit müqaviləsindən məlum olur ki, Cavabdeh Rabitəbank ASC ilə xx.xx.2022-ci il tarixli KRLM- 09312 saylı kredit müqaviləsi əsasında illik 28% dərəcəsi olmaqla 12 ay müddətinə 620 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli razılıq ərizəsindən məlum olur ki, Cavabdeh kredit müqaviləsinə əsasən qrafikə uyğun ödənişlərdə gecikmələr olarsa yaxud kredit müqaviləsinin müddəti bitərsə banka gəlmədiyi halda banka qoyduğu qızıl-zinət əşyalarının bank tərəfindən yenidən bank daxili qiymətləndimə aparmaqla bandaxili satılmasına etirazı yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli KRLMB-09312 saylı saxlanc girovu haqqında müqaviləsindən məlum olur ki, “RabitəBank» ASC ilə Cavabdeh arasında saxlanc girovu haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli KR-25-05/5 saylı bildirişdən məlum olur ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı bildiriş məktubu göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin təminatı kimi iddia ərizəsində qeyd edilən qızı-zinyət əşyası qoulmuş, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 10 manat məbləğində saxlanılmalıdır. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin iddianın 30 manat dövlət rüsumunun tutulması hissəsini də əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, tələb borcun girov predmetinə yönəldilməsi hissədə də əsaslıdır. Azərbaycan Respublikası MM-nin 279-cu maddəsində qeyd edilmişdir ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə eyni zamanda tələbin girov predmetinə yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, satış açıq hərracda həyata keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Göründüyü kimi, məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın qiymətləndirici tərəfindən məcburi qaydada qiymətləndirilməsi aparılır və qiymətləndirici icra məmurunun sifarişi əsasında dəvət olunur. Beləliklə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə girov predmeti olan qızıl-zinət əşyalarının ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə deyil, məhkəmənin qətnaməsi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilərkən, hərraca çıxarılan əşyaların ilkin satış qiymətinin, icra məmurunun sifarişi əsasında dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın “girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalıq məbləğin cavabdehdən tutulması” tələbinə münasibətdə də iddianı əsaslı hesab edir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı girov əmlakın satışından əldə olunacaq məbləğ borcun ödənilməsi üçün kifayət etməyəcəyi təqdirdə qalıq borc məbləğlərinin tutulması icra tədbirləri qismində icra məmuru tərəfindən ümumi qaydada davam etdirilməklə təmin edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli KRLM-09312 saylı kredit müqaviləsi üzrə 440 manat əsas, faiz borcuna görə 60.48 manat, cərimə borcuna görə 10 manat, borcun cəmi 510.48 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “RabitəBank» ASC-nin xeyrinə verilməli, Cavabdeh məxsus olan girov qoyulmuş boyunbağı sünbül 1 ədəd çəkisi 9.2 qr, əyarı 750 olan qızılzinyət əşyasına yönəldilməli, qızıl-zinyət əşyası açıq hərracda satılması, həmin əşyanın satışından əldə edilən vəsait hesabına borc məbləği “RabitəBank» ASC-yə ödənilməli, girov predmetinin satışından əldə edilmiş vəsait müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borc məbləği Cavabdeh ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli KRLM-09312 saylı kredit müqaviləsi üzrə 440 manat əsas, faiz borcuna görə 60.48 manat, cərimə borcuna görə 10 manat olmaqla cəmi 510.48 manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma girov predmeti kimi Cavabdeh məxsus 1 ədəd 750 əyyarlı, 9.2 qram çəkili sünbül formalı boyunbağı ibarət qızıl-zinyət əşyasına yönəldilsin, qızıl-zinyət əşyası açıq hərracda satılsın, həmin əşyanın satışından əldə edilən vəsait hesabına borc məbləği İddiaçı ASC-yə ödənilsin. Girov predmetinin satışından əldə edilmiş vəsait müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borc məbləği Cavabdeh ümumi qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №e-2(014)-1304/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1304/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver