Məhkəmə qərarları › İş №e-2(014)-1305/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1305/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1305/2024 13.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh1 arasında bağlanmış 149-14/BK saylı 10 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə şəxsi məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 33 (otuz üç) dərəcəsi ilə 3824 (üç min səkkiz yüz iyirmi dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-149-14/BK saylı 10 iyul 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Müvafiq kredit Müqaviləsinə 21 may 2015-ci il tarixdə Əlavə Saziş bağlanmaşdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana 3824 (üç min səkkiz yüz iyirmi dörd) ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 2766.42 (iki min yeddi yüz altmış altı ABŞ dolları 42 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 21 fevral 2017-ci tarixədək təyin edilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavahdeh Cavabdeh1 arasında LM052100680 saylı 26 may 2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəsi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1674.31 (bir min altı yüz yetmiş dörd manat, otuz bir qəpik) manat məbləği 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməli olduğu son tarix 26 may 2026-cı müəyyən edilmişdir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********556 saylı 19 dekabr 2023-cü il tarixində bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. 31 yanvar 2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1367.25 (bir min üç yüz altmış yeddi manat, iyirmi beş qəpik) manat təşkil edir. Bundan 1353.14 (bir min üç yüz əlli üç manat, on dörd qəpik) manat əsas, 11.36 (on bir manat, otuz altı qəpik) manat faiz, 2.75 (iki manat yetmiş beş qəpik) manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış №149-14/BK nömrəli 10 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 33 faiz dərəcəsi ilə 3824 (üç min səkkiz yüz iyirmi dörd) ABŞ məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış № LM052100680 nömrəli 26 may 2021-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, bankla borclu arasında bağlanmış №149-14/BK nömrəli 10 iyul 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Zaminlik müqaviləsi bağlanmışdır. İşin materiallarında olan Müvafiq kredit müqaviləsinə əsasən 21 may 2015-ci il tarixdə əlavə sazişə bağlanmışdır. Əlavə sazişə əsasən kreditorun borcalana 3824 manat ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği 2766.42 manat (iki min yeddi yüz altmış altı ABŞ dolları 42 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin edilir. Əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağalnmışdır. İş materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında LMO52100680 nömrəli xx.xx.2021-ci il tarixli Restruktruzasiya müqaviləsi bağlanmışdır. İşin materiallarında olan Ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış müvafiq qredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1674.31 (min altı yüz yetmiş dörd manat, otuz bir qəpik) manat məbləği 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə restruktruzasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməli olduğu son tarix xx.xx.2026-cı il müəyyən edilmişdir. İşin materiallarında olan LM052100680 saylı 26 may 2021-ci il tarixli restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 26 iyun 2021-ci il tarixdən başlayaraq 26 aprel 2026-ci il tarixədək hər ay 28.62 manat, 26 may 2026-cı il tarixədə 28.64 manat kredit ödənişi etməli idi. İş materiallarında LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli, **********856 nömrəli maliyyə arayışının surətindən görünür ki, "xxxx" ASC-nin ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 06 fevral 2024-cü il tarixə ümumi borcu 1367 (min üç yüz altmış yeddi manat) manat təşkil edir. İşin materiallarında olan LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş 19 dekabr 2023cü il tarixli, **********556 nömrəli bildiriş məktubundan görünür ki, LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borcalanlara 26 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 33.68 (otuz üç manat, altmış səkkiz qəpik) manat dövlət rüsumu rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh1 arasında bağlanmış 149-14/BK saylı 10 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə şəxsi məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 33 (otuz üç) dərəcəsi ilə 3824 (üç min səkkiz yüz iyirmi dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-149-14/BK saylı 10 iyul 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Müvafiq kredit Müqaviləsinə 21 may 2015-ci il tarixdə Əlavə Saziş bağlanmaşdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana 3824 (üç min səkkiz yüz iyirmi dörd) ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 2766.42 (iki min yeddi yüz altmış altı ABŞ dolları 42 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 21 fevral 2017-ci tarixədək təyin edilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavahdeh Cavabdeh1 arasında LM052100680 saylı 26 may 2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəsi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1674.31 (bir min altı yüz yetmiş dörd manat, otuz bir qəpik) manat məbləği 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməli olduğu son tarix 26 may 2026-cı müəyyən edilmişdir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********556 saylı 19 dekabr 2023-cü il tarixində bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. 31 yanvar 2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1367.25 (bir min üç yüz altmış yeddi manat, iyirmi beş qəpik) manat təşkil edir. Bundan 1353.14 (bir min üç yüz əlli üç manat, on dörd qəpik) manat əsas, 11.36 (on bir manat, otuz altı qəpik) manat faiz, 2.75 (iki manat yetmiş beş qəpik) manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borcu üzrə 1353.14 (min üç yüz əlli üç manat, on dörd qəpik) manat, faiz borcu üzrə 11.36 (on bir manat, otuz altı qəpik) manat, cərimə borcu üzrə 2.75 (iki manat, yetmiş beş qəpik) manat, cəmi 1367.25 (min üç yüz altmış yeddi manat, iyirmi beş qəpik) manat borc və 33.68 (otuz üç manat, altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq LPO "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borcu üzrə 1353.14 (min üç yüz əlli üç manat, on dörd qəpik) manat, faiz borcu üzrə 11.36 (on bir manat, otuz altı qəpik) manat, cərimə borcu üzrə 2.75 (iki manat, yetmiş beş qəpik) manat, cəmi 1367.25 (min üç yüz altmış yeddi manat, iyirmi beş qəpik) manat borc və 33,68 (otuz üç manat, altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq LPO "xxxx" ASC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar