Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1326/2025 02.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 26 iyul 2024-cü il tarixli, GTZK8916174B160 saylı kredit müqaviləsinə əsasən 951,49 manat əsas, 93,22 manat faiz, cəmi 1044,71 manat, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23 may 2024-cü il tarixli, BRCB7948392B160 saylı kredit kartına dair müqaviləyə əsasən 2999,02 manat əsas, 575,33 manat faiz, cəmi 3574,35 manat məbləğində borcun və 66,19 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında elektron qaydada bağlanmış 26 iyul 2024-cü il tarixli, GTZK8916174B160 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 20.6 faiz dərəcəsi ilə 1070 manat məbləğində, 23 may 2024-cü il tarixli BRCB7948392B160 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faizlə 3000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə 23 may 2024-cü il tarixli BRCB7948392B160 saylı kredit müqaviləsinin 7-ci bəndinə əsasən zamin Cavabdeh1 kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdehlər öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Nəticədə Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 26 iyul 2024-cü il tarixli, GTZK8916174B160 saylı kredit müqaviləsinə əsasən 951,49 manat əsas, 93,22 manat faiz, cəmi 1044,71 manat, 23 may 2024-cü il tarixli, BRCB7948392B160 saylı kredit kartına dair müqaviləyə əsasən isə 2999,02 manat əsas, 575,33 manat faiz, cəmi 3574,35 manat məbləğində borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 287-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 287-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: 26 iyul 2024-cü il tarixli, GTZK8916174B160 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış Birbank Cashback kredit xətti müqaviləsinə əsasən Cavabdeh2 35 ay müddətinə illik 20.6 faiz ödəmək şərtilə 1070 manat məbləğində kredit verilmişdir. 23 may 2024-cü il tarixli, BRCB7948392B160 saylı birbank cashback kredit xətt müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “müştəri” Cavabdeh2 və “zamin” Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 27 faizlə 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 iyul 2024-cü il tarixli, GTZK8916174B160 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2025-ci il tarixə 26 iyul 2024-cü il tarixli, GTZK8916174B160 saylı kredit müqaviləsi üzrə 951,49 manat əsas, 93,22 manat faiz, cəmi 1044,71 manat, 23 may 2024-cü il tarixli, BRCB7948392B160 saylı kredit müqaviləsi üzrə 2999,02 manat əsas, 575,33 manat faiz, cəmi 3574,35 manat təşkil edir. İddiaçı ASC tərəfindən “borcalan” Cavabdeh2 və “zamin” Cavabdeh1 göndərilmiş xx.xx.2025-ci il tarixli, 25-466-16/MH13975 nömrəli bildiriş məktubundan görünür ki, İddiaçı ASC borcalana 26 iyul 2024-cü il tarixli, GTZK8916174B160 saylı və 23 may 2024cü il tarixli, BRCB7948392B160 saylı birbank cashback kredit xətt müqavilələrinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün onlara xəbərdarlıq etmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 66,19 (altmış altı manat, on doqquz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında elektron qaydada bağlanmış 26 iyul 2024-cü il tarixli, GTZK8916174B160 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 20.6 faiz dərəcəsi ilə 1070 manat məbləğində kredit, İddiaçı ASC ilə cavabdehlər, yəni “müştəri” Cavabdeh2 və “zamin” Cavabdeh1 arasında bağlanmış 23 may 2024-cü il tarixli BRCB7948392B160 saylı birbank cashback kredit xətt müqaviləsinə əsasən Cavabdeh2 illik 27 faizlə 3000 manat məbləğində kredit verilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər, nəticədə 26 iyul 2024-cü il tarixli, GTZK8916174B160 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 951,49 manat əsas, 93,22 manat faiz, cəmi 1044,71 manat, 23 may 2024-cü il tarixli, BRCB7948392B160 saylı birbank cashback kredit xətt müqaviləsinə əsasən isə “müştəri” Cavabdeh2 və “zamin” Cavabdeh1 2999,02 manat əsas, 575,33 manat faiz, cəmi 3574,35 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinin, 15-ci maddəsinin İİ hissəsinin, 29cu maddəsinin İİ hissəsinin və 59-cu maddəsinin müddəalarını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389 və 390-cı maddələrinin tələblərini nəzərə alaraq, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Azərbaycan Respublikası Mülki Mıcəllənin 386, 470 və 471-ci maddələrinin tələblərinə uyğun olaraq, yalnız tərəflər arasında yazılı formada bağlanmış zaminlik müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üsulu kimi qəbul oluna bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İşin materiallarında olan 23 may 2024-cü il tarixli, BRCB7948392B160 saylı birbank cashback kredit xətt müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “müştəri” Cavabdeh2 və “zamin” Cavabdeh1 arasında birbank cashback kredit xətt müqaviləsi bağlanmışdır. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarına əsasən İddiaçı ASC ilə “müştəri” Cavabdeh2 arasında bağlanmış əsas müqavilə ilə yanaşı İddiaçı ASC “zamin” Cavabdeh1 arasında ayrıca zaminlik müqaviləsi bağlanmalı olduğu halda İddiaçı ASC tərəfindən buna əməl etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 26 iyul 2024-cü il tarixli, GTZK8916174B160 saylı kredit müqaviləsinə əsasən 951,49 manat əsas, 93,22 manat faiz, cəmi 1044,71 manat, 23 may 2024-cü il tarixli, BRCB7948392B160 saylı birbank cashback kredit xətt müqaviləsinə əsasən 2999,02 manat əsas, 575,33 manat faiz, cəmi 3574,35 manat məbləğində borcun və 66,19 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-nin xeyrinə verilməli, iddia tələbi qlan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 26 iyul 2024-cü il tarixli, GTZK8916174B160 saylı kredit müqaviləsinə əsasən 951,49 manat əsas, 93,22 manat faiz, cəmi 1044,71 manat, 23 may 2024-cü il tarixli, BRCB7948392B160 saylı birbank cashback kredit xətt müqaviləsinə əsasən 2999,02 manat əsas, 575,33 manat faiz, cəmi 3574,35 manat məbləğində borcun və 66,19 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-nin xeyrinə verilsin. İddia tələbi qlan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(014)-1326/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1326/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver