Məhkəmə qərarları › İş №e-2(014)-1363/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1363/2024

21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1363/2024 21.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 yanvar 2020-ci il tarixdə anadan olmuş X4 və 12 fevral 2011-ci il tarixdə anadan olmuş X1 üçün Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(014)-4137/2016 nömrəli qətnaməsi əsasında Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarı artırılaraq uşaqlar yetkinlik yaşına çatana qədər hər ay, hər uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğinin cavabdehdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildən 2010-cu ilədək bu iddia tələbi üzrə cavabdeh olan Cavabdeh ilə faktiki ailə münasibətlərində olaraq, 03 fevral 2010-cu ildə onlar rəsmi nikah qeyd etdirmişlər. Cavabdehlə onlar 19 yanvar 2010-cu il tarixdə anadan olmuş X10 və 12 fevral 2011-ci il tarixdə anadan olmuş X8 adlı iki azyaşlı uşaqları var. Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(014)-4137/2016 nömrəli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş və nikah pozulduqdan sonra uşaqların onun yanında qalmaları müəyyən edilərək 25 oktyabr 2016-cı il tarixdən başlayaraq, cavabdehdən uşaqlar yetkinlik yaşına çatana qədər hər ay, hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda alimentin ödənilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qərarından 8 il vaxt keçmişdir. Bu müddət ərzində uşaqlar da böyümüşdür və onların maddi təlabatları xeyli artmışdır. Artıq məhkəmə tərəfindən tutulan aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə kifayət etmir. Cavabdeh uşaqların həyatı, sağlamlığı təhsili və maddi vəziyyəti ilə maraqlanmır. Övladlarının təlim-tərbiyyəsi ilə məşğul olaraq onların qayğısına qalmaqla yanaşı, həm də uşaqların tam xərclərini ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Qeyd edilən səbəblərdən o, Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(014)-4137/2016 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılmasına qərarına gələrək “Mediasiya haqqında” AR Qanunun tələblərinə əsasən onunla aralarında yaranmış mübahisənin qarşılıqlı həlli üçün cavabdehə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin o, bu təklifi qəbul edibetməməyi barədə cavab vermədiyindən, ərazi aidiyyatı üzrə Mingəçevir 1 saylı Mediasiya təşkilatına müraciət edərək mübahisə ilə bağlı ilkin Mediasiya Sessiyasının keçirilməsini xahiş etmişdir. Lakin cavabdehin xx.xx.2024-cü il tarixdə keçirilmiş İMS-da iştirak etmək istəməməsi səbəbindən mübahisəni qarşılıqlı razılığa əsasən həll edə bilməmişdir. Buna görə də alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, uşaqların ikisi də məktəbdə oxuyurlar, əlavə məşğələlərə gedirlər. Kənddə yaşayırlar və tək başına övladlarının ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Odur ki, qeyd olunanların nəzərə alınaraq cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlarının saxlanılmaları üçün alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı məcburi köçkündür, heç bir yerdə işləmir, başqalarının evində işləyərək övladlarına baxır. Uşaqlardan biri 8-ci sinifdə, digər isə 9-cu sinifdə oxuyurlar. Musiqi məktəbinə və əlavə məşğələlərə gedirlər. Cavabdeh 2016-cı ildən 90 manat aliment ödəyir. Bu günə qədər alimentin miqdarı 6 dəfə artırıla bilərdi. Cavabdeh mediasiya prosesində də iştirak etməmişdir. Ona görə də iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş uşaqlarının saxlanılması üçün alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 fevral 2010-cu il tarixli, AZ-İİ 407877 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19 yanvar 2010-cu il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 fevral 2011-ci il tarixli, AZ-İİ 617878 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 fevral 2011-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2016-cıi il tarixli 2(014)-4137/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanılaraq Ağdaş rayon Qeydiyyat şöbəsində 03 fevral 2010-cu il tarixdə 27 nömrə ilə qeydə alınmış nikahın pozulması, 19 yanvar 2010-cu il tarixdə anadan olmuş Cavabdeh və 12 fevral 2011-ci il tarixdə anadan olmuş X8 anaları X6 yanında saxlanılması, Cavabdeh 25 oktyabr 2016-cı il tarixdən başlayaraq 19 yanvar 2010-cu il tarixdə anadan olmuş Cavabdeh və 12 fevral 2011-ci il tarixdə anadan olmuş X8 adlı uşaqlarının saxlanılmaları üçün İddiaçı xeyrinə hər uşaq üçün hər ay 90 manat cəmi 180 manat aliment tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan AR Ağdaş RİHB-nın Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli 5-32-12/2-402/2024 saylı arayışın surətindən məlum olur ki, Kəlbəcər rayon Soyuqbulaq kənd sakini İddiaçı halhazırda aşağıda qeyd edilmiş ailə tərkibi ilə birgə müvəqqəti olaraq Ağdaş rayonu Qolqəti kəndində yaşayır. Oğlu: X10 2010-cu il, qızı: X8 2011-ci il. İşin materiallarında olan 21 avqust 2024-cü il tarixli MŞQ/MT035-2024-614 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 21 avqust 2024-cü il tarixində saat 09:30-da İddiaçı iştirak etmişdir. Cavabdeh isə iştirak etməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş gəlir məlumatından görünür ki, Cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatında “dalandar” vəzifəsində işləyərək 522 manat məbləğində əmək haqqı alır. İşin materiallarında olan 23 oktyabr 2024-cü il tarixli 1914 saylı arayışdan məlum olur ki, Cavabdeh həqiqətən Binəqədi qəsəbəsi 3 Korpus 106 m 22-də qeydiyyatdadır. Ailə tərkibi X9, X11, X12 və X2 ibarətdir. İşin materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyun 2017-ci il tarixli AZ-İİ 203667 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X13 arasındakı nikah xx.xx.2017-ci il tarixli 185 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İşin materiallarında olan Quba rayon İHB-nin Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 fevral 2018-ci il tarixli, AZ-İV 053667 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 23 yanvar 2018-ci il tarixdə Quba şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İşin materiallarında olan Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli, AZ-T 165738 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30 sentyabr 2020-ci il tarixdə Quba şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İşin materiallarında olan Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 avqust 2023-cü il tarixli, AZ-İV 910546 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 29 iyul 2023-cü il tarixdə Quba şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 19 yanvar 2010-cu il təvəllüdlü X10 və 12 fevral 2011-ci il təvəllüdlü X8 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(014)-4137/2016 saylı qətnaməsi ilə, 19 yanvar 2010-cu il tarixdə anadan olmuş X10 və 12 fevral 2011-ci il tarixdə anadan olmuş X8 anaları X6 yanında saxlanılması, Cavabdeh 25 oktyabr 2016-cı il tarixdən başlayaraq 19 yanvar 2010-cu il tarixdə anadan olmuş X10 və 12 fevral 2011-ci il tarixdə anadan olmuş X8 adlı uşaqlarının saxlanılmaları üçün İddiaçı Əhməd qızının xeyrinə hər uşaq üçün hər ay 90 manat, cəmi 180 manat alimentin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan uşaqlar üçün 360 manat məbləğində alimentin tutulmasını tələb edir. Cavabdehin başqa evlilikdən üç azyaşlı uşaqları var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə cavabdehin hər iki nikahdan doğulan uşaqlarının mənafeyini, tərəflərin maddi vəziyyətlərini, uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 90 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 150 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 19 yanvar 2010-cu il təvəllüdlü X10 və 12 fevral 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1440 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 34.40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(014)-4137/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 19 yanvar 2010-cu il təvəllüdlü X10 və 12 fevral 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 34 (otuz dörd) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar