Məhkəmə qərarları › İş №e-2(014)-142/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-142/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-142/2025 24.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə əlavə araşdırmaya, yəni tərəflərin izahatlarının alınması zərurəti yarandığından məhkəmənin 16 dekabr 2024-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Abbasov Heydar İsmayıl oğlu (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış 09-xx-xx-061047 nömrəli Kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) əsasən Borcalana 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 29 % dərəcəsilə hesablanmaqla 3244 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borc alan Abbasov Heydar İsmayıl oğlu xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış “Kredit müqavilələri üzrə tələb hüququnun ötürülməsinə dair” müqaviləyə əsasən "xxxx" ASC-nin borcalana qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Kredit müqaviləsinə əsasən Borcalanın "xxxx" ASC-yə qarşı mövcud olan borc öhdəliyi "xxxx" ASC qarşısında icra edilməlidir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən mərhum Abbasov Heydar İsmayıl oğlundan miras qalmış əmlaka dair Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli 2V-731 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Abbasov Heydar İsmayıl oğlunun Banka ödənilməmiş 1181,69 manat əsas, 36,66 manat faiz borcu olmaqla, cəmi 1218,35 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh Borcalandan miras qalmış əmlakları qəbul etmələrinə baxmayaraq,ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədənkənar qaydada həlli üçün iddiaçı tərəf səy göstərsə də, Cavabdeh öz öhdəliklərini bugünədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən Abbasov Heydar İsmayıl oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1181,69 manat əsas, 36,66 manat faiz borcu olmaqla, cəmi 1218,35 (bir min iki yüz on səkkiz manat 35 qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 32.19 (otuz iki manat 19 qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq, xəstəliklə əlaqədar məzuniyyətdə olduğundan iş üzrə məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında Abbasov Heydar İsmayıl oğlunun onun atası olduğunu, atasının 5 il əvvəl öldüyünü, atasından miras qalan 8800 manat mirası onun aldığını, həmçinin atası ölümündən əvvəl bankdan kredit götürdüyünü, lakin onda olan məlumata görə kreditin sığortalı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə Abbasov Heydar İsmayıl oğlu arasında bağlanmış 09-xx-xx-061047 nömrəli, 23 avqust 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Abbasov Heydar İsmayıl oğluna 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 29 % dərəcəsilə hesablanmaqla 3244 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan 23 avqust 2016-cı il tarixli 1 saylı əlavədən görünür ki, Abbasov Heydar İsmayıl oğlu "xxxx" ASC-dən gütürdüyü 3244 manat məbləğdə krediti 60 ay müddətinə, 23 sentyabr 2016-cı il tarixdən başlayaraq, 23 avqust 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan 23 avqust 2016-cı il tarixli xəzinə məxaric orderindən görünür ki, Abbasov Heydar İsmayıl oğlu "xxxx" ASC-nin Mingəçevir fialialının kassasında 3244 manat məbləğdə pulu götürmüşdür. İşin materiallarında olan 04 iyun 2020-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Abbasov Heydar İsmayıl oğlu 04 iyun 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh mərhum Abbasov Heydar İsmayıl oğlu vərəsəsi hesab edilmiş və ona məxsus əmlakdan 1/1 hissədə pay əldə etmişdir. İşin materiallarında olan "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış “Kredit müqavilələri üzrə tələb hüququnun ötürülməsinə dair” müqavilədən görünür ki, "xxxx" ASCnin borcalan Abbasov Heydar İsmayıl oğluna qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Kredit müqaviləsinə əsasən Borcalanın "xxxx" ASC-yə qarşı mövcud olan borc öhdəliyi "xxxx" ASC qarşısında icra edilməlidir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 15 yanvar 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09-xx-xx-061047 nömrəli, 23 avqust 2016-cı il tarixli saylı kredit müqaviləsi üzrə banka 1181,69 manat əsas, 36,66 manat faiz borcu olmaqla, cəmi 1218,35 (bir min iki yüz on səkkiz manat 35 qəpik) manat borcu qalmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 32,19 (otuz iki manat on doqquz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Həmçinin, məhkəmənin qərardadı əsasında "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 19 fevral 2025-ci il tarixli, PHS-**********0 nömrəli məktundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Abbasov Heydar İsmayıl oğlunun kredit öhdəliyinin sığortalı olduğu müddət xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr olmuşdur. Abbasov Heydar İsmayıl oğlu isə 04 iyun 2020-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Abbasov Heydar İsmayıl oğlu arasında bağlanmış 09-xx-xx-061047 nömrəli, 23 avqust 2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC Abbasov Heydar İsmayıl oğluna 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 29 % dərəcəsilə hesablanmaqla 3244 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Abbasov Heydar İsmayıl oğlu 04 iyun 2020-ci il tarixdə ölmüşdür. Bundan sonra onun oğlu Cavabdeh mərhum Abbasov Heydar İsmayıl oğlu vərəsəsi hesab edilmiş və ona məxsus əmlakdan 1/1 hissədə pay əldə etmişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış “Kredit müqavilələri üzrə tələb hüququnun ötürülməsinə dair” müqaviləsinə əsasən "xxxx" ASC-nin borcalan Abbasov Heydar İsmayıl oğluna qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Kredit müqaviləsinə əsasən Borcalanın "xxxx" ASC-yə qarşı mövcud olan borc öhdəliyi "xxxx" ASC qarşısında icra edilməlidir. Bundan sonra "xxxx" ASC tərəfindən Cavabdeh xəbərdar olunmasına baxmayaraq banka olan borcunu ödəməmiş, nəticədə onun bankda 1181,69 manat əsas, 36,66 manat faiz borcu olmaqla, cəmi 1218,35 (bir min iki yüz on səkkiz manat 35 qəpik) manat borcu qalmışdır. Hazırda bank Abbasov Heydar İsmayıl oğlunun vərəsəsi olan Cavabdeh həmin borcu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Abbasov Heydar İsmayıl oğlunun vərəsəsi Cavabdeh əsas borc üzrə 1181,69 manat, faiz borcu üzrə 36,66 manat olmaqla, cəmi 1218,35 (min iki yüz on səkkiz manat otuz beş qəpik) manat borc və 32,19 (otuz iki manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Abbasov Heydar İsmayıl oğlunun vərəsəsi Cavabdeh əsas borc üzrə 1181,69 manat, faiz borcu üzrə 36,66 manat olmaqla, cəmi 1218,35 (min iki yüz on səkkiz manat otuz beş qəpik) manat borc və 32,19 (otuz iki manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar