Məhkəmə qərarları › İş №e-2(014)-1427/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1427/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1427/2025 28.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MM QBKT-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azərbaycan” X2 Bank Kredit Təşkilatı Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müştərək qaydada **********0672 saylı kredit müqaviləsi üzrə 83,88 (səksən üç manat, səksən səkkiz qəpik) manat əsas borc, **********0669 saylı kredit müqaviləsi üzrə 295,01 (iki yüz doxsan beş manat, bir qəpik) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X2 Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «Finca Azərbaycan” X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2019-cu il tarixli, **********0672 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 374,28 (üç yüz yetmiş dörd manat, iyirmi səkkiz qəpik) manat, həmçinin eyni tarixli, **********0669 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 636,27 (altı yüz otuz altı manat, iyirmi yeddi qəpik) manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0672 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,32 manat, dörd il müddətində isə hər ay 7,96 manat olmaqla və **********0669 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,55 manat, dörd il müddətində isə hər ay 13,53 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərə0lər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: məbləğinin ödənilməsi borcalan tərə0indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: «Finca Azərbaycan” X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, **********0672 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin surətindən görünür ki, Güzəştlı Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 374,28 manatqalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,32 manat, 4 (dörd) il müddətində isə hər ay 7,96 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. «Finca Azərbaycan” X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, **********0669 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin surətindən görünür ki, Güzəştlı Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 636,27 manat qalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,55 manat, 4 (dörd) il müddətində isə hər ay 13,53 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. 01 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh **********0672 saylı kredit müqaviləsi üzrə 01 may 2025-ci il tarixə olan borcu 83,88 manat əsas borc təşkil edir. 01 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh **********0669 saylı kredit müqaviləsi üzrə 01 may 2025-ci il tarixə olan borcu 295,01 manat əsas borc təşkil edir. **********17 nömrəli mədaxil qəbzindən görünür ki, «Finca Azərbaycan” X2 Bank Kredit Təşkilatı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «Finca Azərbaycan” X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, **********0672 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 374,28 manatqalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,32 manat, 4 (dörd) il müddətində isə hər ay 7,96 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. Bundan başqa «Finca Azərbaycan” X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2019cu il tarixli, **********0669 saylı Güzəştli, Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 636,27 manat qalıq məbləği, illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddətində hər ay 0,55 manat, 4 (dörd) il müddətində isə hər ay 13,53 manat olmaqla 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə dair müqavilə bağlamışlar. Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun **********0672 saylı kredit müqaviləsi üzrə 01 may 2025-ci il tarixə olan borcu 83,88 manat əsas borc, **********0669 saylı kredit müqaviləsi üzrə 01 may 2025-ci il tarixə olan borcu 295,01 manat əsas borc təşkil edir. Hazırda bank cavabdehdən həmin borcların tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh müştərək qaydada **********0672 saylı kredit müqaviləsi üzrə 83,88 (səksən üç manat, səksən səkkiz qəpik) manat əsas borcun, **********0669 saylı kredit müqaviləsi üzrə 295,01 (iki yüz doxsan beş manat, bir qəpik) manat əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X2 Bank Kredit Təşkilatının xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh müştərək qaydada **********0672 saylı kredit müqaviləsi üzrə 83,88 (səksən üç manat, səksən səkkiz qəpik) manat əsas borcun, **********0669 saylı kredit müqaviləsi üzrə 295,01 (iki yüz doxsan beş manat, bir qəpik) manat əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «Finca Azərbaycan” X2 Bank Kredit Təşkilatının xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar