Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1431/2025 24.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın əvəzinin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2212(iki min iki yüz on iki )manat 87(səksən yeddi) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə ünvanlandığı xx.xx.2019cu il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdən etibarən İddiaçı MMCyə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli əmək müqaviləsinin və İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 097/İQ nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı ştat cəvdəlinə əsasən 195 manat olmaqla müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizənin, əmək müqaviləsinə əlavənin və İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 339 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən İddiaçı MMC-yə Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cəvdəlinə əsasən 345 manat olmaqla müəyyən edilmişdir. İş materiallarında olan, administratorun vəzifə təlimatının surətindən görünür ki, Cavabdeh tutduğu vəzifə üzrə təlimatı imzalamaqla maddi məsuliyyəti barədə məlumatlı olmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 784 nömrəli əmrin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən «Oba-Bayıl 3» mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların, mağazaya yeni administrator təyin olunmuş maddi məsul şəxsin bilavasitə iştirakı ilə faktiki mövcud olan ehtiyatların xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlamasını aparmaq məqsədi ilə inventarizasiya komissiyası növbədənkənar yoxlama aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı MMC-nin inventarizasiya komissiyasının iltizamnaməsinin surətindən görünür ki, Cavabdeh sayımda iştirak etdiyini, sayımın qaydalarına uyğun keçirildiyini, sayım qrupuna narazılığı olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 930 nömrəli «Aktivlər üzrə inventarizasiya nəticələrinı dair yekun» aktın surətindən görünür ki, İddiaçı MMC-nin OBA- Bayıl 3 mağazasında xx.xx.2024-cü il tarixdə «İnventarizasiya Nəticələrinə» dair akta əsasən yekun ziyan məbləği 4118,21 manat məbləğində olması məlum olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlanılması barədə arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 4118,21 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği çatışmazlığa görə ümumi olaraq 2212,87 manat borcu qalmışdır Beləliklə, Cavabdeh xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 2212,87 manat (iki min iki yüz on iki manat səksən yeddi qəpik) təşkil edir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55-x nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış şöbəsinin Administratorunun əmək müqviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 «a» (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00419 nömrəli «ilkin mediasiya sessiyasında iştirak edilməməsi» barədə arayışın surətindən görünür ki, İddiaçı MMC mediasiya xidmətinin göstərilməsinə görə 50 manat, poçt-kargüzarlıq xidmətinə görə 10 manat məəbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixli əmək müqaviləsinə əsasən «satıcı kassir», daha sonra xx.xx.2019-cu il tarixli, 339 nömrəli əmr əsasında administrator vəzifəsinə qəbul olunmuşdur. Lakin Cavabdeh əmək funksiyalarının icrasını tam təmin etməmiş və İddiaçı MMC-yə 4118 manat 21 qəpik məbləğində zərər vurmuşdur. İddiaçı MMC tərəfindən həmin vurulmuş zərərin bir hissəsi güzəşt edilmiş və digər məbləğ 2212 manat 87 qəpik pul vəsaitinin ödənilməsi Cavabdeh tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəlllənin 194-cü maddəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci bəndinin «a» və «ç» yarımbəndlərinə görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda işçi qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh tərəfindən maddi zərər vurulmasını xx.xx.2024-cü il tarixli İddiaçı MMC-nin inventarizasiya komissiyasının iltizamnaməsini, xx.xx.2024-cü il tarixli, 930 nömrəli «Aktivlər üzrə inventarizasiya nəticələrinı dair yekun» aktını və digər sənədləri təqdim etməklə sübuta yetirmişdir. Cavabdeh isə «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq, iddia tələbinə münasibətini, habelə iddiaya etirazı olduğu halda etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsiə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı o sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh vurulmuş ziyana görə 2212 manat 87 qəpik məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi qismində 2212 (iki min iki yüz on iki) manat 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №e-2(014)-1431/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1431/2025
24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver