Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1491/2025 04.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X5 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dursunov Mayıs Hümbət oğlunun vərəsəsi, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit xətti üzrə 443,89 manat əsas borcun, 3,12 manat faiz borcunun, nağd kredit üzrə isə 2722,39 manat əsas borcun, 34,38 manat faiz borcunun, ümumilikdə 3203,78 (üç min iki yüz üç manat, yetmiş səkkiz qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 52,04 (əlli iki manat, dörd qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qərx qəpik) manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Dursunov Mayıs Hümbət oğlu (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış BPM**********19 nömrəli 26 yanvar 2021-ci il tarixli X9 müqaviləsinə (bundan sonra “kredit xətti müqaviləsi” adlandırılacaq) əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmış, həmçinin 48 ay müddətinə illik 22 % dərəcəsilə hesablanmaqla 3300 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilələrin şərtlərinə əsasən Borcalan həmin müqavilələr ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan 17 fevral 2022-ci il tarixdə vəfat etdiyindən müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən Dursunov Mayıs Hümbət oğlunun miras əmlakına dair onun vərəsəsi Cavabdeh ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində 18 mart 2025-ci il tarixli maliyyə arayışlarına əsasən Dursunov Mayıs Hümbət oğlunun kredit xətti müqaviləsi üzrə Banka ödənilməmiş 443,89 manat əsas və 3,12 manat faiz borcu, nağd kredit üzrə isə 2722,39 manat əsas və 34,38 manat faiz borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: "xxxx" ASC ilə Dursunov Mayıs Hümbət oğlu arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli, BPM**********19 saylı X9 müqaviləsindən görünür ki, Bank Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmış, həmçinin 48 ay müddətinə illik 22 % dərəcəsi ilə hesablanmaqla 3300 manat məbləğində kredit verilmişdir. 26 yanvar 2021-ci il tarixli, BPM**********19 saylı X9 müqaviləsinin əlav\əsi olan ödəniş cədvəlindən görünür ki, Dursunov Mayıs Hümbət oğlu 3300 manat məbləğində krediti 48 ay müddətinə illik 22 % dərəcəsilə hesablanmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 253441 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Dursunov Mayıs Hümbət oğlu 17 fevral 2022-ci il tarixdə ölmüşdür. "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, "xxxx" ASC 26 yanvar 2021-ci il tarixli, BPM**********19 saylı X9 müqaviləsinə əsasən Dursunov Mayıs Hümbət oğlu üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona vərəsələri olan cavabdehlərə xəbərdarlıq etmişdir. 19 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Dursunov Mayıs Hümbət oğlu arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli, BPM**********19 saylı X9 müqaviləsi üzrə Dursunov Mayıs Hümbət oğlunun 19 mart 2025-ci il tarixə kredit xətti üzrə əsas borcu 443,89 manat, faiz borcu 3,12 manat, kredit müqaviləsi üzrə əsas borcu 2722,39 manat, faiz borcu 34,38 manat təşkil edir. Cavabdeh tərəfindən Ağdaş rayon Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh mərhum Dursunov Mayıs Hümbət oğlundan miras qalmış fərdi yaşayış evi və torpaq sahəsi üzrə vərəsəsi olduğunu bildirmişdir. Eyni zamanda ərizədə qızı X1 və qızı X2 mərhum Dursunov Mayıs Hümbət oğlunun vərəsələri olduğu qeyd edilmişdir. Elekton Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh uşaqları 08 fevral 1998-ci il təvəllüdlü X4 və 24 yanvar 2000-ci il təvəllüdlü X3r. 19 mart 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 52,04 (əlli iki manat, dörd qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Dursunov Mayıs Hümbət oğlu arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli, BPM**********19 saylı X9 müqaviləsinə əsasən Bank Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmış, həmçinin 48 ay müddətinə illik 22 % dərəcəsi ilə hesablanmaqla 3300 manat məbləğində kredit verilmişdir. Dursunov Mayıs Hümbət oğlu 17 fevral 2022-ci il tarixdə ölmüş və onun vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Hazırda bank Dursunov Mayıs Hümbət oğlunun vərəsəsi olan cavabdehdən 19 mart 2025-ci il tarixə banka olan kredit xətti üzrə əsas borcu 443,89 manat, faiz borcu 3,12 manat, kredit müqaviləsi üzrə əsas borcu 2722,39 manat, faiz borcu 34,38 manat borcun alınmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə (müqavilə bağlandığı dövürdə qüvvədə olan) əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə (müqavilə bağlandığı dövürdə qüvvədə olan) əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə (müqavilə bağlandığı dövürdə qüvvədə olan) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Dursunov Mayıs Hümbət oğlunun vərəsəsi, Cavabdeh kredit xətti üzrə 443,89 manat əsas, 3,12 manat faiz, nəğd kredit üzrə 2722,39 manat əsas, 34,38 manat faiz borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 52,04 (əlli iki manat, dörd qəpik) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Dursunov Mayıs Hümbət oğlunun vərəsəsi, Cavabdeh kredit xətti üzrə 443,89 manat əsas, 3,12 manat faiz, nəğd kredit üzrə 2722,39 manat əsas, 34,38 manat faiz borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 52,04 (əlli iki manat, dörd qəpik) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-1491/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1491/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver