Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1513/2022 13.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclas katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nasir oğlunun iştirakı ilə , İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nasir oğluna qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən və zamindən tutulması” tələbinə dаir işə 13 dekabr 2022-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nasir oğluna qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən və zamindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nasir oğlundan müştərək qaydada 717.27 manat əsas borc və 131.08 manat müqavilə müddətində faiz borcu və 138.57 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 988.34 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, borclu X1 "xxxx" ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli 1376-xx.xx.2015-AGD59 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə kreditdən istifadəyə görə illik 22% dərəcəsi ilə hesablanmaqla 2100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank ilə X10 arasında xx.xx.2015-ci il tarixli 1376-xx.xx.2015-AGD59 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən borclu kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin hesablanacaq faizlərin dəbbə pulunun icranın gecidirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Lakin, X5 xx.xx.2017-ci il tarixində vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Göyçay rayon Notairat Ofisinin xx.xx.2022-ci il tarixli 461 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Notariat Ofisi tərəfindən X1 miras əmlakına dair Ağdaş rayon Ərəb kəndində qeydiyyatda olan Cavabdeh1 miras payı əldə etməsi barədə xx.xx.2019-ci il tarixli, 2V-448 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, 2V-47 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 2V-301 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, mərhum X1 Banka ödənilməmiş 717.27 manat əsas borc və 131.08 manat müqavilə müddətində faiz borcu və 138.57 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu, 1.41 manat cərimə borcu olmaqla, cəmi 988.34 manat borcu qalmışdır. Cavabdeh1 qalmış mirası qəbul etmələrinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək, atası X1 bankdan kredit alarkən kredit məbləğinin sığortalandığını və atasına “Həyat Sığortası” şəhadətnaməsinin verildiyini, buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 Nasir oğlu iddianı qəbul etməyərək, X1 bankdan kredit alarkən ona zamin durduğunu, zaminlik müqavilənin müddətinin 2018-ci ilik oktyabr ayında bitdiyini, buna görə də iddianın ona dair hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izаhаtını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа qismən təmin еdilməlidir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 1376-xx.xx.2015-AGD59 saylı kredit müqaviləsinə əsasən X1 "xxxx" ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli 1376-xx.xx.2015-AGD59 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə kreditdən istifadəyə görə illik 22% dərəcəsi ilə hesablanmaqla 2100 manat məbləğində kredit verilmişdir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 1376-xx.xx.2015-AGD59 saylı zaminlik müqaviləsinə əsasən "xxxx" ASC ilə X10 arasında xx.xx.2015-ci il tarixli 1376-xx.xx.2015-AGD59 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından məlum olur ki, X1 banka ödənilməmiş 717.27 manat əsas borc və 131.08 manat müqavilə müddətində faiz borcu və 138.57 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu, 1.41 manat cərimə borcu olmaqla, cəmi 988.34 manat borcu qalmışdır. İş materialları ilə müəyyən edilir ki, Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ 918747 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materialları ilə müəyyən edilir ki, Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il traixli 461 saylı məktuba əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X1 vərəsəsi olan Ağdaş rayon ərəb kəndində yaşayan oğlu Cavabdeh1 xx.xx.2019-cu il tarixdə Göyçay rayon notariat ofisində 2V-448 xx.xx.2021-ci il tarixdə Göyçay rayon notariat ofisində 2V-47 və xx.xx.2021-ci il tarixdə Göyçay rayon Notariat ofisində 2V-301 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İ-274 və İ-003 saylı bildirişlərin surətindən məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 Nasir oğluna yaranmış borclarını 3 gün müddətində ödəmədikləri təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini planı və ölçüsü”nün surətindən məlum olur ki, Ağdaş rayon, Ərəb kəndində yerləşən 0.827 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında X7, X2, X6 və Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Atəşgah sığorta tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli 0553 saylı məktubdan məlum olur ki, R.N.Abdullayevin AR “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq qəzaya uğraması və qəza nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi sığorta hadisəsi sayılmır. Buna görə də "xxxx" Sığorta şirkəti qeyd edilən hadisə ilə əlaqədar sığorta ödənişinin verilməsindən imtina edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" Sığorta şirkəti ASC ilə X5 arasında həyat sığortası şəhadətnaməsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaşırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üşün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üşün məsuliyyəti öz üzərinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətd birgə borclu kimi məsuliyyət daşıyırlar. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq borclunun ölümündən sonra ilk növbədə miras qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəlikləinin aradan qalxmasını və bununlada bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçmə qaydalarını müəyyənləşdiən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni miras qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr habelə qanunda və ya müqavilədə nəzərdə tutulan yalnız kreditorun və borculunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifləri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə tam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 "xxxx" ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli 1376-xx.xx.2015-AGD59 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə kreditdən istifadəyə görə illik 22% dərəcəsi ilə hesablanmaqla 2100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank ilə X10 arasında xx.xx.2015-ci il tarixli 1376-xx.xx.2015-AGD59 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən borclu kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin hesablanacaq faizlərin dəbbə pulunun icranın gecidirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Lakin, X5 xx.xx.2017-ci il tarixində vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Göyçay rayon Notairat Ofisinin xx.xx.2022-ci il tarixli 461 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Notariat Ofisi tərəfindən X1 miras əmlakına dair Ağdaş rayon Ərəb kəndində qeydiyyatda olan Cavabdeh1 miras payı əldə etməsi barədə xx.xx.2019-ci il tarixli, 2V-448 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, 2V-47 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 2V-301 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.Cavabdehdən Cavabdeh1 X1 vərəsəsi olduğundan və onun tərəfindən miras əmlak qəbul edildiyindən, qəbul etdiyi miras əmlakdakı pay həddində kreditor qarşısında məsuliyyət daşıyır. Cavabdeh1 miras qoyanın kredit müqaviləsi üzrə öhdəliyini lazimi qaydada icra etməli olduğu halda, o, kredit müqaviləsi üzrə öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739, 1151.1,1306-cı maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh1 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin, kreditə hesablanmış və gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 Nasir oğluna qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 Nasir oğluna aid hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli 1376-xx.xx.2015-AGD59 saylı kredit müqaviləsinə əsasaən 717.27 manat əsas borc və 131.08 manat müqavilə müddətində faiz borcu və 138.57 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 988.34 manat məbləğində kredit borcu, həmçinin ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh1 alınaraq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №e-2(014)-1513/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1513/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver