Məhkəmə qərarları › İş №e-2(014)-1592/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1592/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1592/2025 15.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1 İddiaçı «AllAllFinance” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «AllAllFinance” MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə əsas borcun məbləği 450 (dörd yüz əlli) AZN, kredit üzrə faiz borcunun məbləği 22,5 (iyirmi iki manat əlli qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 265,5 (iki yüz altmış beş manat əlli qəpik) AZN,iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 72 (yetmiş iki) AZN olmaqla, cəmi 810 (səkkiz yüz on) AZN məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, "xxxx" BOKT MMC ilə cavabdeh - Cavabdeh arasında elektron qaydada 03 iyul 2024-cü il tarixli, **********05 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdehna 1 (bir) ay müddətinə, illik 60,85%,verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0%,verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 72 AZN olmaqla, 450 (dörd yüz əlli) AZN məbləğdə kredit verilib. Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT bu Müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 1802/25 saylı “tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları İddiaçı MMC-yə ötürülmüşdür. (xx.xx.2025-ci il tarixli, 1802/25 saylı müqavilə üzrə təhvil-təslim aktı iddia ərizəsinə əlavə olunur.) Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, cavabdeh - Cavabdehuzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı - İddiaçı MMCtərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh 03 iyul 2024-cü il tarixli, **********05 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 450 (dörd yüz əlli) AZN, kredit üzrə faiz borcunun məbləği 22,5 (iyirmi iki manat əlli qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 265,5(iki yüz altmış beş manat əlli qəpik) AZN,iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 72 (yetmiş iki) AZN olmaqla, cəmi 810(səkkiz yüz on) AZN təşkil edir. 03 iyul 2024-cü il tarixli, **********05 tarixli kredit müqaviləsinin 1.14-cü maddəsinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85% həcmində faiz tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı «AllAllFinance” MMC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" BOKT MMC ilə cavabdeh - Cavabdeh arasında elektron qaydada 03 iyul 2024-cü il tarixli, **********05 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdehna 1 (bir) ay müddətinə, illik 60,85%,verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0%,verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 72 AZN olmaqla, 450 (dörd yüz əlli) AZN məbləğdə kredit verilib. İş materiallarında “«AllAllFinance” MMC tərəfindən verilmiş 21 may 2025-ci il tarixli «AllAllFinance” MMC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışa əsasən ilə Cavabdeh borcu 450 (dörd yüz əlli) manat, kredit üzrə faiz borcunun məbləği 22,5 (iyirmi iki manat əlli qəpik) manat, kredit üzrə hesablanmış cərimə məbləği 265,5 (iki yüz altmış beş manat əlli qəpik) manat, iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 72 (yetmiş iki) manat olmaqla, cəmi 810 (səkkiz yüz on) manat təşkil edir. İşin materiallarında olan «AllAllFinance” MMC tərəfindən Cavabdeh göndərilmiş 21 may 2025-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, "xxxx" BOKT MMC ilə "xxxx" MMC arasında bağlanılmış 'Tələb hüququnun satılması haqqında" müqaviləyə əsasən "xxxx" BOKT MMC ilə aralarında bağlanılmış kredit müqaviləsi üzre teleb hüquqları «AllAllFinance” MMC-ye ötürülmüşdür. Bağlanılmış **********005 sayh xx.xx.2024-ci1 il tarixli Kredit müqavilesinə əsasən üzerinize götürdüyünüz öhdəlikləri yerinə yetirmədiyiniz üçün xx.xx.2025-ci il tarixin. 810 manat məbləğində borc yaranmışdır. 3 iş günü ərizində borcunu ödəməsi barədə xəbərdarlıq etmişdir. İşin materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 1802/25 saylı “tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları İddiaçı MMC-yə ötürülmüşdür. İşin materiallarında olan «AllAllFinance” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1802/25 saylı müqavilə üzrə təhvil-təslim aktının surətindən görünür ki, xx.xx.2025-ci il tarixli 1802/25 saylı müqavilənin 01.02.03. və 04 saylı əlavəsində göstərilən siyahını təhvil-təslim etmişlər. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, «AllAllFinance” MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, iclasında müəyyən olundu ki, "xxxx" BOKT MMC ilə cavabdeh - Cavabdeh arasında elektron qaydada 03 iyul 2024-cü il tarixli, **********05 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdehna 1 (bir) ay müddətinə, illik 60,85%,verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0%,verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 72 AZN olmaqla, 450 (dörd yüz əlli) AZN məbləğdə kredit verilib. Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT bu Müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 1802/25 saylı “tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları İddiaçı MMC-yə ötürülmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. Cavabdeh 03 iyul 2024-cü il tarixli, **********05 nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği 450 (dörd yüz əlli) manat, kredit üzrə faiz borcunun məbləği 22,5 (iyirmi iki manat əlli qəpik) manat, kredit üzrə hesablanmış cərimə məbləği 265,5 (iki yüz altmış beş manat əlli qəpik) manat, iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 72 (yetmiş iki) manat olmaqla, cəmi 810 (səkkiz yüz on) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 45 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 450 (dörd yüz əlli) manat, kredit üzrə faiz borcunun məbləği 22,5 (iyirmi iki manat əlli qəpik) manat, kredit üzrə hesablanmış cərimə məbləği 45 (qırx beş) manat, iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 72 (yetmiş iki) manat olmaqla, cəmi 589.50 (beş yüz səksən doqquz manat əlli qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 450 (dörd yüz əlli) manat, kredit üzrə faiz borcunun məbləği 22,5 (iyirmi iki manat əlli qəpik) manat, kredit üzrə hesablanmış cərimə məbləği 45 (qırx beş) manat, iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 72 (yetmiş iki) manat olmaqla, cəmi 589.50 (beş yüz səksən doqquz manat əlli qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar