Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1664/2023 04.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 (Hacıyev Sarvan) Süleyman oğlu, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 (Hacıyev Sarvan) Süleyman oğlu, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə cavabdeh Hacıyev Sarvan Süleyman oğlu arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 22 % dərəcəsi ilə 4300 (dörd min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Hacıyev Sarvan Süleyman oğlu” və “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin adlara uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh Hacıyev Sarvan Süleyman oğluna kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında 270008735/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4287,52 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Hacıyev Sarvan Süleyman oğlunun kredit üzrə cəmi borcu 3638,89 (üç min altı yüz otuz səkkiz ABŞ dolları, səksən doqquz sent) ABŞ dolları təşkil edir. Bundan 1233.08 (min iki yüz otuz üç ABŞ dolları, səkkiz sent) ABŞ dolları əsas, 304,15 (üç yüz dörd ABŞ dolları, on beş sent) ABŞ dolları faiz, 1923,67 (min doqquz yüz iyirmi üç ABŞ dolları, altmış yeddi sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 177,99 (yüz yetmiş yeddi ABŞ dolları, doxsan doqquz sent) ABŞ dolları faiz borcu təşkil edir. Hacıyev Sarvan Süleyman oğlunun kredit qovluğu üzrə sənədləri məhkəməyə hazırlayan zaman Hacıyev Sarvan Süleyman oğlunun barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etmək üçün ASAN informasiya sisteminə həmin şəxsin FİN kodu daxil edilərək, FİN koda uyğun fərdi məlumatlar əldə edilmiş və məlum olmuşdur ki, xxxxxxx Fin kodlu şəxs hal-hazırda Cavabdeh2dur. Qeyd etmək istəyirik ki, Fərdi identifikasiya nömrəsi (əvvəllər PİN adlanırdı) – şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdimedilən təkrarolunmaz koddur. Göstərilənlərə əsasən 1233,08 (min iki yüz otuz üç ABŞ dolları, səkkiz sent) ABŞ dolları əsas borc, 304,15 (üç yüz dörd ABŞ dolları, on beş sent) ABŞ dolları faiz borcu, 1923,67 (min doqquz yüz iyirmi üç ABŞ dolları, altmış yeddi sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 177,99 (yüz yetmiş yeddi ABŞ dolları, doxsan doqquz sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 81,87 (səksən bir manat, səksən yeddi qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 (Hacıyev Sarvan) Süleyman oğlu, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Hacıyev Sarvan Süleyman oğlu arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Hacıyev Sarvan Süleyman oğluna 24 ay müddətinə illik 22 % dərəcəsi ilə 4300 (dörd min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 270008735/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan 270008735/ZM nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dair ödəniş cədvəlinin surətindən görünür ki, Hacıyev Sarvan Süleyman oğlu xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək hər ay 223,11 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 223 ABŞ dolları kredit ödənişi etməli idi. İşin materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Hacıyev Sarvan Süleyman oğlu xx.xx.2017-ci il tarixdən hər ay 80,11 ABŞ dolları olmaqla xx.xx.2020-ci il tarixədək kredit ödənişi etməli idi. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Hacıyev Sarvan Süleyman oğlu arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4287,52 ABŞ dolları təşkil edir. Kreditin müddəti 36 ay təyin edilir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Hacıyev Sarvan Süleyman oğlu arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişdən görünür ki, zaminlər Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsinə edilmiş 28 sentyabr 2017-ci il tarixli 01 saylı əlavə sazişi öz imzaları ilə təsdiq etmişlər. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 18 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Hacıyev Sarvan Süleyman oğlunun 11 avqust 2023-cü il tarixə banka ümumi borcu 3638,89 (üç min altı yüz otuz səkkiz ABŞ dolları, səksən doqquz sent) ABŞ dolları borcu qalmışdır. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 (Hacıyev Sarvan) Süleyman oğlu, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış 10 avqust 2023-cü il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, cavabdehlər Cavabdeh2 (Hacıyev Sarvan) Süleyman oğlu, Cavabdeh1 və Cavabdeh3 bank tərəfindən kredit müqaviləsinə əsasən kredit borcunun qaytarılması ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 81,87 (səksən bir manat, səksən yeddi qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə cavabdeh Hacıyev Sarvan Süleyman oğlu arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 22 % dərəcəsi ilə 4300 (dörd min üç yüz) ABŞ dolları məbləğində kredit verilmiş, Hacıyev Sarvan Süleyman oğluna kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında 270008735/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4287,52 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka əsas borc 1233,08 (min iki yüz otuz üç ABŞ dolları, səkkiz sent) ABŞ dolları, faiz borcu üzrə 304,15 (üç yüz dörd ABŞ dolları, on beş sent) ABŞ dolları, cərimə borcu üzrə 1923,67 (min doqquz yüz iyirmi üç ABŞ dolları, altmış yeddi sent) ABŞ dolları qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdehzamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2020-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 3 ilə yaxın müddət keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 4.1-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 150 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 (Hacıyev Sarvan) Süleyman oğlundan əsas borc üzrə 1233,08 (min iki yüz otuz üç ABŞ dolları, səkkiz sent) ABŞ dolları, faiz borcu üzrə 304,15 (üç yüz dörd ABŞ dolları, on beş sent) ABŞ dolları, cərimə borcu üzrə 150 (yüz əlli) ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 177,99 (yüz yetmiş yeddi ABŞ dolları, doxsan doqquz sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 81,87 (səksən bir manat, səksən yeddi qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 (Hacıyev Sarvan) Süleyman oğlundan əsas borc üzrə 1233,08 (min iki yüz otuz üç ABŞ dolları, səkkiz sent) ABŞ dolları, faiz borcu üzrə 304,15 (üç yüz dörd ABŞ dolları, on beş sent) ABŞ dolları, cərimə borcu üzrə 150 (yüz əlli) ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 177,99 (yüz yetmiş yeddi ABŞ dolları, doxsan doqquz sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 81,87 (səksən bir manat, səksən yeddi qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1664/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1664/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver