Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1728/2023 29.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 07 noyabr 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahlarından 28 iyun 2016-ci il təvəllüdlü X8 və 03 oktyabr 2008-ci il təvəllüdlü X9 adlı iki uşaqları doğulmuşdur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə ilk vaxtlar ailə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədə bir-birlərini başa düşmədikləri üçün aralarında tez-tez mübahisələr yaranmışdır. Bütün bunların nəticəsində 14 senytabr 2018-ci il tarixdən Ağdaş Rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 135 manat alimentin tutulması qət edilmişdir. O, özü hazırda Bakı şəhərində yaşayır, övladları Bakı şəhərində məktəbə gedirlər. Böyük övladı Gülnur universitetə hazırlaşmaq üçün repititor yanına getməlidir, çünki artıq 10-cu sinifdə oxuyur. Məlumdur ki, Bakı, şəhər yeri olduğu üçün qiymətlər də rayona nisbətən bahadır. Odur ki, övladı Gülnurun 10-cu sinifdə oxuması, artıq universitetə hazırlıq ərəfəsində olduğu və repititor yanına getməli olduğunu nəzərə alıb, həmçinin faktiki olaraq Bakı şəhərində yaşadıqları üçün şəhər qiymətlərinin nəzərə alınmasını, odur ki, alimentin məbləğinin artırılaraq qanunvericiliklə müəyyən edilmiş hər uşaq üçün 220 manat məbləğində aliment müəyyən edilməsi labüddür. İlkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Qeyd edildiyi kimi, ailə və maddi vəziyyətlərinzdə baş verən sözügedən dəyişikliklər, onu müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməyə vadar etmişdir. Göstərilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlarının saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının hər uşaq üçün 220 manatdan az olmamaqla artırılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək 500 manat məbləğində əmək haqqı aldığını, başqa gəlir yeri olmadığını, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti hər ay əmək haqqısından tutulduğun və aliment borcu olmadığını, ikinci dəfə evləndiyini, övladları üçün ödədiyi alimentin məbləğinin, yenidən evlənməsinin nəzərə alınmasını və hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat təyin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2021-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, № 560637 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 03 may 2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası isə X10r. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1096/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 03 oktyabr 2008-ci il təvəllüdlü X9 və 28 iyun 2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 135 (yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin materiallarında olan 12 dekabr 2008-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ, № 210313 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03 oktyabr 2008-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə X7r. İşin materiallarında olan 21 iyul 2016-cı il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ, № 806915 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 iyun 2016-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə X7r. İşin materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi Paşa Nəzərov adına 60 №li tam orta məktəbdən verilmiş 05 oktyabr 2023-cü il tarixli, 565 saylı arayışdan görünür ki, X2 Nəzərov adına 60 №-li tam orta məktəbin X sinifində oxuyur. İşin materiallarında olan İlyas Əfəndiyev adına Elitar Gimnaziyadan verilmiş 06 oktyabr 2023-cü il tarixli, 649 saylı arayışdan görünür ki, X3 Əfəndiyev adına Elitar Gümnaziyanın İ sinifində (Rus bölməsi) oxuyur. İşin materiallarında olan 21 avqust 2023-cü il tarixdə Mingeçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 584741 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X14 21 avqust 2023-cü il tarixdə 538 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İşin materiallarında olan Fövqəladə Hallar Nazirliyi X23 tərəfindən verilmiş arayışdan görünür ki, İsmayılov X11 Hallar Nazirliyi X15 maddi-texniki təchizat və inzibati təsərrüfat şöbəsində baş mütəxəssis-böyük inspektor vəzifəsində çalışır və hesablanmış xalis əmək haqqısı 679,55 (altı yüz yetmiş doqquz manat, əlli beş qəpik) manatdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah nikahlarından 03 oktyabr 2008-ci il təvəllüdlü X9 və 28 iyun 2016-ci il təvəllüdlü X8 doğulmuş, sonradan tərəflərin nikahları pozulmuş və onlar həmin vaxtdan ayrı yaşayırlar, A Ağdaş Rayon Məhkəməsinin 2(014)-1096/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 03 oktyabr 2008-ci il təvəllüdlü X9 və 28 iyun 2016-ci il təvəllüdlü X1 üçün 135 manat məbləğində alimentin alınıb İddiaçı xeyirinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən bir uşaq üçün 135 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 150 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 03 oktyabr 2008-ci il təvəllüdlü X9 və 28 iyun 2016-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 03 oktyabr 2008-ci il təvəllüdlü X9 və 28 iyun 2016-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1728/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1728/2023
29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver