Məhkəmə qərarları › İş №e-2(014)-1735/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-1735/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-1735/2025 14.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi Hümbətova Günay Xalid qızının katibliyi ilə, İddiaçı “Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işi məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə iddiaçı “Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada **********1442 saylı kredit müqaviləsi üzrə 486,95 manat əsas, faiz borcu 15,12 manat olmaqla cəmi 502,07 manat, **********1416 saylı kredit müqaviləsi üzrə isə 847,04 manat əsas, faiz borcu 26,22 manat olmaqla cəmi 873,30 manat borcun və 33,76 manat dövlət rüsumunun ümumilikdə 1375,37 manat borcun 33,76 dövlət rüsumunun Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbi üzrə borcun tam ödənilməsi səbəbindən hazırki iş üzrə ərizəsinin geri qaytarılmasını, mülkiişin baxılmamış saxlanmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı “Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatı tərəfindən ödənilmiş 33,76 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi:**********72) dövlət büdcəsindən iddiaçı “Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 33,76 manat (otuz üç manat yetmiş altı qəpik) məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2025, qəbz nömrəsi:**********72) dövlət büdcəsindən iddiaçı Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatına qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar