Məhkəmə qərarları › İş №e-2(014)-176/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-176/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-176/2025 04.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı QSC-nin Cavabdeh Srac oğluna qarşı “kredit borcunun qaytarılması” tələbi haqqında iddiasına dair işə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh Srac oğluna qarşı «kredit borcunun qaytarılması» tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 İddiaçı QSC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 026KK**********01 kart kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc 500 manat, faiz üzrə borc 115.67 manat, cərimə borcu 2068.58 manat olmaqla, ümumilikdə cəmi 2684 (iki min altı yüz səksən dörd) manat 25 (iyirmi beş) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 46.85 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarasınız. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək bildirdi ki, iddia ərizəsinin xahiş etdi hissəsində texniki səbəbdən tələb Cavabdeh Srac oğlu əvəzinə X2 olaraq ifadə edilmişdir. Bu səbəbdən də hazırda həmin işlə bağlı iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdeh Srac oğlundan İddiaçı QSC-nin xeyrinə -xx.xx.2021-ci il tarixli 026KK**********01 kart kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc 500 manat, faiz üzrə borc 115.67 manat, cərimə borcu 2068.58 manat olmaqla, ümumilikdə cəmi 2684 (iki min altı yüz səksən dörd) manat 25 (iyirmi beş) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 46.85 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sirac oğlunun "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 026KK**********01 kart kredit müqaviləsi əsasında cavabdehə “X4 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Cavabdeh Sirac oğlunun əsas borcu üzrə 500 manat məbləğində kredit borcu qalmışdır. Kart Kredit Müqaviləsinin 2.4-cü bəndinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 1311 gün üçün hesablanmış faiz borcu 115.67 manat , 3.7-ci bəndinə müvafiq olaraq cərimə 2068.58 manat təşkil edir İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq iddia ilə bağlı bütün zəruri sənədləri məhkəməyə təqdim etdiklərini bildirərək mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam olaraq təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdeh Srac oğlu məhkəmə iclasına xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq bildirdi ki, İddiaçı QSC-nin ona qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə tanış olmuş, lakin iddianın cərimə borcu hissəsi ilə razılaşmır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Cavabdeh Sirac oğlunun "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 026KK**********01 kart kredit müqaviləsi əsasında cavabdehə “X4 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır İşin materiallarında olan 25 sentyabr 2024-cü il tarixli, OUT-2024/09/25-28 saylı arayışdan görünür ki, Cavabdeh Srac oğlunun xx.xx.2021-ci il tarixli 026KK**********01 saylı kredit razılaşması üzrə, əsas məbləğ üzrə borc 500 manat, faiz üzrə borc 115.67 manat, cərimə borcu 2068.58 manat olmaqla, ümumilikdə cəmi 2684 (iki min altı yüz səksən dörd) manat 25 (iyirmi beş) qəpik borcu vardır. İşin materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh Srac oğluna ünvanlanmış 25 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Srac oğluna İddiaçı QSC tərəfindən kredit razılaşmasına əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək xx.xx.2021-ci il tarixli 026KK**********01 saylı kredit razılaşması üzrə cərimə borcu 200 manat məbləğində müəyyən edilməlidir. Bildiriş məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh Srac oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, 46.85 (qırx altı manat, səksən beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Srac oğlu kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh Srac oğlundan əsas məbləğ üzrə borc 500 manat, faiz üzrə borc 115.67 manat, 200 manat cərimə olmaqla, cəmi 815.67 manat borc, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməsin. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Srac oğlundan xx.xx.2021-ci il tarixli 026KK**********01 saylı kredit razılaşmasına əsasən əsas məbləğ üzrə borc 500 manat, faiz üzrə borc 115.67 manat, 200 manat cərimə olmaqla, cəmi 815.67 manat borc, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təımin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar