Məhkəmə qərarları › İş №e-2(014)-1772/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1772/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1772/2023 11.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsi köhnə Neft bazasının ərazisində X1 Ağdaş şöbəsinin Ləki qəsəbəsi EATS-nə məxsus 130 metr uzunluğunda olan rabitə kabellərini oğurlayaraq 520 (beş yüz iyirmi) manat məbləğində ziyan vurmuşdur. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(014)-9/2023 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsi köhnə Neftbazasının ərazisində X1 Ağdaş şöbəsinin Ləki qəsəbəsi EATS-nə məxsus xətt təsərrüfatından 130 metr məsafədə TPP 10x2 tutumlu ümumi diametri təxminən 11 mm olan, üzəri qara rəngli izolyasiyalı, içərisindən müxtəlif rəngli mis tərkibli üzəri izolyasiyalı 20 damar keçən 1 metri 4 manat dəyərində, 130 metr uzunluğunda olan dövlət və ictimai əhəmiyyətli rabitə xəttini gizli talayıb oğurlamaqla İddiaçınə 520 (beş yüz iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsi istiqamətində hər hansı bir addım atılmamış, vurulmuş ziyan bu günə kimi ödənilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 520 (beş yüz iyirmi) manat ziyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı nümayəndəsi Elnur Məmmədov məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən iddiaçının və cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(014)- 9/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh tamah məqsədi və talama niyyəti ilə xx.xx.2022ci il tarixdə, saat 23:00 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsi köhnə Neftbazasının ərazisində X1 Ağdaş şöbəsinin Ləki qəsəbəsi EATS-nə məxsus xətt təsərrüfatından ümumi diametri təxminən 11 mm olan, üzəri qara rəngli izolyasiyalı, içərisindən müxtəlif rəngli mis tərkibli, üzəri izolyasiyalı 20 damar keçən 1 metri 4 manat dəyərində, 130 metr uzunluğunda olan dövlət və ictimai əhəmiyyətli rabitə xəttini kəlbətin ilə qanunsuz kəsərək gizli talayıb oğurlamaqla İddiaçınə 520 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tamah məqsədi və talama niyyəti ilə xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsi köhnə Neftbazasının ərazisində X1 Ağdaş şöbəsinin Ləki qəsəbəsi EATS-nə məxsus xətt təsərrüfatından ümumi diametri təxminən 11 mm olan, üzəri qara rəngli izolyasiyalı, içərisindən müxtəlif rəngli mis tərkibli, üzəri izolyasiyalı 20 damar keçən 1 metri 4 manat dəyərində, 130 metr uzunluğunda olan dövlət və ictimai əhəmiyyətli rabitə xəttini kəlbətin ilə qanunsuz kəsərək gizli talayıb oğurlamaqla İddiaçınə 520 manat məbləğində maddi ziyan vurmuş və o, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(014)-9/2023 nömrəli hökmü ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı dəymiş ziyanın əvəzini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar