Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-18/2025 11.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbi haqqında iddiasına dair işə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 22089.61 (iyirmi iki min səksən doqquz manat 61 qəpik) manat - bundan 8633.25 (səkkiz min altı yüz otuz üç manat 25 qəpik) manat əsas, 5534.52 (beş min beş yüz otuz dörd Manat 52 qəpik) manat faiz, 6677.44 (altı min altı yüz yetmiş yeddi Manat 44 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1244.40 (bir min iki yüz qırx dörd Manat 40 qəpik) Manat faiz borcu və iş üzrə ödənilmiş 156.27 (bir yüz əlli altı Manat 27 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh2arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə və əsas vəsaitlər” məqsədi ilə 24 ay müddətinə illik 32 % dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə və əsas vəsaitlər” məqsədi ilə 24 ay müddətinə illik 21.5 % dərəcəsi ilə 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilələrə əsasən kredit Borcalana “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2”vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh2 kreditlər verilərkənCavabdeh1, Cavabdeh4 və Cavabdeh3ilə Bank arasında 270006784/ZM nömrəli xx.xx.2015-ci il tarixli və 270007846/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik Müqavilələri bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 32 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Bİrgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 6040.24 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 33 ay təyin edilmişdir. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 2 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısında ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə 4718.73 USD təşkil edən əsas borc və ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə 1923.64 USD təşkil edən əsas borc məbləğlərinin qalıqları 9343.60 USD konvertasiya edilib (1USD = 1.40 AZN) birləşdirilməklə cəmi 13081.04 AZN (bundan sonra “Restrukturizasiya edilmiş kredit”) təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 22089.61 (iyirmi iki min səksən doqquz Manat 61 qəpik) Manat təşkil edir. Bundan 8633.25 (səkkiz min altı yüz otuz üç Manat 25 qəpik) Manat əsas, 5534.52 (beş min beş yüz otuz dörd Manat 52 qəpik) Manat faiz, 6677.44 (altı min altı yüz yetmiş yeddi Manat 44 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1244.40 (bir min iki yüz qırx dörd Manat 40 qəpik) Manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Rəşad Tağızadə məhkəmə iclasına ərizə ünvanlayaraq bildirdi ki, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 vəkili Vəkil məhkəmə iclasına 28 iyun 2024-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq bildirdi ki, Ağdaş Rayon Məhkəməsinə İddiaçı açıq səhmdar cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair e-2(014)-656/2024 saylı mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən iddia ərizəsinə qarşı Etiraz İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 22089.61 (iyirmi iki min səksən doqquz manat 61 qəpik) manat - bundan 8633.25 (səkkiz min altı yüz otuz üç manat 25 qəpik) manat əsas, 5534.52 (beş min beş yüz otuz dörd manat 52 qəpik) manat faiz, 6677.44 (altı min altı yüz yetmiş yeddi manat 44 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1244.40 (bir min iki yüz qırx dörd manat 40 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 156.27 (bir yüz əlli altı manat 27 qəpik) AZN dövlət rüsumunun Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin bizə münasibətdə hissəsini qəbul etmirik və aşağıda göstərdiyimiz işin faktiki hallarına və əsaslara görə hesab edirik ki, iddia biz cavabdehlərə aid hissədə əsassız olduğundan rədd edilməlidir. 1. İş materiallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə Kredit müqaviləsi imzalanaraq cavabdehə aylıq faiz dərəcəsi 32 faiz olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Götürülmüş kreditin qaytarılmasının təminatı kimi həmin tarixdə mən Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. 2. 30 mart 2015-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə Əlavə Saziş bağlanmışdır. Həmin Sazişə əsasən xx.xx.2015-ci ildə verilmiş kreditin 6040,24 ABŞ dolları qalıq məbləğinin qaytarılması müddəti Müqavilənin 2.3-cü bəndinə əsasən 33 ay təyin edilmişdir. Həmin tarixdə eyni zamanda mən Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsinə dəyişiklik evilməsi barədə əlavə saziş imzalanmışdır. 3. 03 avqust 2015-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında ********* saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı Cavabdeh2 illik faiz dərəcəsi 21.5 faiz olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda həmin tarixdə Cavabdeh2 verilmiş kreditin təminatı kimi mən Cavabdeh1 və digər Cavabdeh4 arasında ********* saylı zaminlik müqaviləsi bağlanmışdır. 4. 18 aprel 2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında ********* saylı xx.xx.2015-ci il tarixli və ********* saylı 03.2015-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliklərə dair Əlavə saziş imzalanmışdır. Həmin dəyişikliklərə görə Cavabdeh2 4 il müddətində iddiaçıya faizi ilə birlikdə cəmi 12422.69 manat pul qaytarmalı idi. 5. Həmin tarixdə iddiaçı ilə biz cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında 1 saylı zaminlik müqaviləsi bağlanmışdır. 6. Biz cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh2 həm ilk dəfə bankdan kredit götürən zaman, həm də sonradan iddiaçı ilə birlikdə müqavilələrə əlavələr, sonradan yeni kredit müqaviləsi bağlanan və sonda müqavilələr birləşdirilən zaman bizi bankdan götürdüyü krediti qrafik üzrə vaxtlı-vaxtında qaytaracağına tam əmin etmişdir. Biz cavabdehlər də hər dəfə Cavabdeh2 səmimiyyətinə inanmışıq. 7. Belə ki, mən Cavabdeh1 xx.xx.2015-ci il tarixdə Kredit müqaviləsi üzrə Cavabdeh2 verilmiş 6300 ABŞ dolları məbləğində vəsaitin qaytarılmasına zamin durmuşam. Sonradan Cavabdeh2 iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə görə kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ay ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmiş, iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsi ilə aralarında müəyyən maraqlarına görə bir il müddətində əlavə saziş imzalanmış, müqavilənin müddəti artırılmış, sonradan hansısa maraqlara görə yeni kredit müqaviləsi bağlanmış, ən nəhayətində 2017ci ilin aprel ayında yenidən 12422.69 manat vəsaitə görə kredit müqaviləsi bağlanmışdır. Sonuncu müqavilə bağlanana kimi əvvəlki müqavilələrə əlavə iki nəfər zamin də əlavə olunmuşdur. İddiaçı tərəf hər dəfə əsas müqaviləyə əlavə saziş, yenidən müqavilə və müqavilələrin birləşdirilməsinə dair əlavə saziş balanan zaman biz 3 nəfər zaminin qeyd edilən əqdlərin bağlanmasının bizim məsuliyyətimizin artmasına və bunun bizim maddi vəziyyətimizlə əlaqədar ağır nəticələrə səbəb olacağını bildiyinə görə bizimlə həmin müqavilə və əlavələri bağlamalı deyildir. Göründüyü kimi bütün bunlar zamin kimi bizim vəziyyətimizi ağırlaşdırmışdır. Ayrı-ayrılıqda bağlanmış kredit və zaminlik müqavilələri üzrə zaminlərin tərkibi başqa-başqa olduğundan, sonuncu müqavilədə bütün kreditlərin birləşdirilməsi və bütün zaminlərin həmin kredit müqavilələrinə zamin qoyulması düz olmamış və zamin kimi bizim məsuliyyətimizi artırmaqla vəziyyətimizi daha da ağırlaşdırmışdır. 8. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25.4 və 60-cı maddələrinə görə heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 9. Zaminlik müqaviləsinin 5.1 və 5.1.1- ci maddələrinin şərtlərinə görə Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə Zamin və ya Zaminlərin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və ya dəyişdirilmə onun məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 10. Göründüyü kimi Cavabdeh2 və iddiaçı tərəfin nümayəndəsi müqavilə və əlavə sazişlər bağlanan zaman krediti vaxtlıvaxtında qaytarmağa biz cavabdehləri inandıra bilmişlər və keçən müddətdə bir neçə dəfə müqavilə və sazişlər bağlamaqla və eləcə də əlavə faizlərlə müddəti uzatmaqla qazanc əldə etmişlər və biz cavabdehlərin də vəziyyətini ağırlaşdırmışlar. 11. Sonuncu müqavilə bağlanan zaman biz cavabdehlərin məsuliyyətimiz artdığından, bunun nəticəsinin biz cavabdehlərin maddi maddi vəziyyətimizi ağırlaşdıdığından, iddiaçı tərəf bütün bunları bildiyinə görə zaminlik müqaviləsinə xitam verilməli olduğundan həmin müqavilə etibarsız müqavilə hesab olunur.
12. Bundan başqa zaminlik müqavilələrində və əlavə sazişlərdə müqavilə və sazişlərin bağlanma tarixi göstərilsə də, eləcə də iddiaçı tərəf ilə Cavabdeh2 arasında bağlanmış sonuncu müqavilədə (2 saylı, xx.xx.2024-cü il tarixli əlavə saziş) müddət 48 ay göstərilsə də, sonuncu 1 saylı, 18 aprel 2017-ci il tarixli zaminlik müqaviləsində qurtarma müddəti göstərilməmişdir. 13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 14. Göründüyü kimi iddiaçı tərəflə biz cavabdehlər arasında zaminlik müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanmış, müqavilədə müqavilənin qurtarma müddəti göstərilməmişdir. İddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi 48 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək bağlandığı nəzərə alınarsa, onda iddiaçı təşkilat biz cavabdehlərə qarşı xx.xx.2022-ci il tarixədək, maksimum halda isə xx.xx.2023- cü il tarixədək iddia tələbi irəli sürə bilərdi. Lakin iddiaçı tərəf həmin hüquqdan qeyd edilən müddətlərdə istifadə etmədiyinə görə zaminlik müqaviləsinə xitam verilməlidir. 15. Ona görə də hesab edirik ki, iddiaçı tərəf həmin müddətdə hüququndan istifadə etmədiyinə, ona görə də zaminlik müqaviləsinə xitam verildiyindən və iddiaçı bu əsasların əksi olaraq biz cavabdehləri iş üzrə əsassız olaraq cavabdeh qismində işə cəlb etdiyinə görə iddia tələbi biz cavabdehlərə münasibətdə rədd edilməlidir. Odur ki, yuxarıda göstərdiyimiz işin faktiki hallarına və əsaslara görə etirazımızın nəzərə alınmasını, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddianın qismən təmin edilməsi, cəmi borcu 22089.61 (iyirmi iki min səksən doqquz manat 61 qəpik) manat bundan 8633.25 (səkkiz min altı yüz otuz üç manat 25 qəpik) manat əsas, 5534.52 (beş min beş yüz otuz dörd manat 52 qəpik) manat faiz, 6677.44 (altı min altı yüz yetmiş yeddi manat 44 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1244.40 (bir min iki yüz qırx dörd manat 40 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 156.27 (bir yüz əlli altı manat 27 qəpik) AZN dövlət rüsumunun Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin biz cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 aid hissədə isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC -yə olan kredit borcunun, fazilərin və penyanın hesablanması haqqında 23 fevral 2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC -yə 8633.25 (səkkiz min altı yüz otuz üç manat 25 qəpik) manat əsas, 5534.52 (beş min beş yüz otuz dörd Manat 52 qəpik) manat faiz, 6677.44 (altı min altı yüz yetmiş yeddi Manat 44 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1244.40 (bir min iki yüz qırx dörd Manat 40 qəpik) Manat faiz borcu, cəmi 22089 manat məbləğində borcu vardır. İş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası tərəfindən verilmiş 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/17 saylı qərarın surətindən məlum olur ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərzisi təmin edilməsi, İddiaçı ASC müflis elan edilməsi və iflas prosedurana başlanılması, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğv edicisi təyin edilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən edilir ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, **********165 saylı bildirişin surətindən görünür ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə, tələb olunan 22082.41 manat borcun ödənilməsini 3 gün müddətində Banka ödəməyi tələb olunur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC -nin xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə və əsas vəsaitlər” məqsədi ilə 24 ay müddətinə illik 32 % dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materialları ilə müəyyən edilir ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********* saylı ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 bankdan 24 ay müddətinə illik 32 % dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməlidir. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 270006784/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredt borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC -nin xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə və əsas vəsaitlər” məqsədi ilə 24 ay müddətinə illik 21.5 % dərəcəsi ilə 4700 ABŞ məbləğində kredit verilmişdir. İş materialları ilə müəyyən edilir ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********* saylı ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 bankdan 24 ay müddətinə illik 21.5 % dərəcəsi ilə 4700 ABŞ dolları məbləğində krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməlidir. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 270007846/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredt borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 18 aprel 2017-ci il tarixli, 1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredt borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 156.27 (yüz əlli altı manat, iyirmi yeddi qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli 3-16-16/2-9/318/2025 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 18 aprel 2017-ci il tarixli, 02 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASCyə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən xx.xx.2021-ci il tarixə: əsas borc üzrə 8539.32 manat, faiz borcu üzrə 5216.85 manat, xx.xx.2024-cü il tarixə illik 5% hesablamaqla əsas borc üzrə 8539.32 manat, faiz borcu üzrə 5216.85 manat, faiz borcu 5% ilə 1210.92 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh2arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə və əsas vəsaitlər” məqsədi ilə 24 ay müddətinə illik 32 % dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə və əsas vəsaitlər” məqsədi ilə 24 ay müddətinə illik 21.5 % dərəcəsi ilə 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilələrə əsasən kredit Borcalana “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2”vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh2 kreditlər verilərkənCavabdeh1, Cavabdeh4 və Cavabdeh3ilə Bank arasında 270006784/ZM nömrəli xx.xx.2015-ci il tarixli və 270007846/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik Müqavilələri bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 32 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Bİrgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 6040.24 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 33 ay təyin edilmişdir. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 2 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısında ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə 4718.73 USD təşkil edən əsas borc və ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə 1923.64 USD təşkil edən əsas borc məbləğlərinin qalıqları 9343.60 USD konvertasiya edilib (1USD = 1.40 AZN) birləşdirilməklə cəmi 13081.04 AZN (bundan sonra “Restrukturizasiya edilmiş kredit”) təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 22089.61 (iyirmi iki min səksən doqquz Manat 61 qəpik) Manat təşkil edir. Bundan 8633.25 (səkkiz min altı yüz otuz üç Manat 25 qəpik) Manat əsas, 5534.52 (beş min beş yüz otuz dörd Manat 52 qəpik) Manat faiz, 6677.44 (altı min altı yüz yetmiş yeddi Manat 44 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1244.40 (bir min iki yüz qırx dörd Manat 40 qəpik) Manat faiz borcu təşkil edir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli 3-16-16/2-9/318/2025 saylı ekspert rəyindən məlum olur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 18 aprel 2017-ci il tarixli, 02 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə illik 5% hesablamaqla əsas borc üzrə 8539.32 manat, faiz borcu üzrə 5216.85 manat, faiz borcu 5% ilə 1210.92 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin^ 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdehzamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə 19 aprel 2021-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 3 ilə yaxın müddət keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 4.1-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulu deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə, işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kreditin məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faizi nəzərə alır və iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-in iddiasının 6677.44 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, faizi təyin edilərkən tənasüblük qorunmamışdır. Fazi borcunun azaldılması mümkün olmadığından kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, hesablanmış dəbbə (cərimə faizi) pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 300 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 8539.32 manat əsas borc, 5216.85 manat faiz borcu, 300 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1210.92 manat faiz olmaqla, cəmi 15267.09 (on beş min iki yüz altmış yeddi manat doqquz qəpik) manat borc, həmçinin 135.80 (yüz otuz beş manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 8539.32 manat əsas borc, 5216.85 manat faiz borcu, 300 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1210.92 manat faiz olmaqla, cəmi 15267.09 (on beş min iki yüz altmış yeddi manat doqquz qəpik) manat borc, həmçinin 135.80 (yüz otuz beş manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova