Məhkəmə qərarları › İş №e-2(014)-1859/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-1859/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-1859/2024 19.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehn qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dаir işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti Cavabdehn qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı “X2” ASCnin xeyrinə 5200 AZN əsas, 680.26 AZN faiz və 68.03 AZN cərimə olmaqla cəmi 5948.29 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 79.89 AZN məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası 19 dekabr 2024-cü il tarixə saat 10:00-a təyin edilmişdir. İddiaçı “X2” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci madəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, iddianın məhkəmədə baxılması üçün ödənilmiş 79 manat dövlət rüsumu dövlət büdcəsində iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263, 264, 266- 269-cu maddələrinin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehn qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddianın məhkəmədə baxılması üçün ödənilmiş 79 manat dövlət rüsumu dövlət büdcəsində iddiaçıya geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar