Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-189/2025 07.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X3 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2124,47 (iki min bir yüz iyirmi dörd manat, qırx yeddi qəpik) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 03 fevral 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. 15 fevral 2021-ci il tarixli əmrlə Cavabdeh administrator vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. 10 oktyabr 2023-cü il tarixli əmrlə cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 25 sentyabr 2023-cü il tarixində İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 25 sentyabr 2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2260,67 (iki min iki yüz altmış manat, altmış yeddi qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2124,47 (iki min bir yüz iyirmi dörd manat, qırx yeddi qəpik) manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2124,47 (iki min bir yüz iyirmi dörd manat, qırx yeddi qəpik) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə İddiaçı MMC arasında 03 fevral 2020-ci il tarixli əmək müqaviləsi bağlanmış və o, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 15 fevral 2021-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. 10 oktyabr 2023cü il tarixli əmrlə Cavabdeh işdən azad edilmişdir. 25 sentyabr 2023-cü il tarixdə İddiaçı MMC-nin mağazasında Cavabdeh iştirakı ilə inventarizasiya işləri aparılmış və inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 2260,67 (iki min iki yüz altmış manat, altmış yeddi qəpik) manat məbləğində zərər vurması müəyyən edilmiş, bundan başqa inventarizasiya yoxlamaları zamanı Cavabdeh iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2124,47 (iki min bir yüz iyirmi dörd manat, qırx yeddi qəpik) manat borc qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanların nəzərə alınıb Cavabdeh 2124,47 (iki min bir yüz iyirmi dörd manat, qırx yeddi qəpik) manat məbləğində borcun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların və DVD diskdə qeyd alınmış oğurluq hadisələrinin hazırki mülki iş üzrə sübut növü kimi tanınmasına etiraz edərək, iddia tələbi üzrə sayım işlərinin 28 avqust 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək olan aralıqda aparıldığını OBA-BAKİXANOV 13 mağazasından sonuncu oğurluq hadisəsinin isə 25 iyul 2023-cü il tarixdə baş verdiyini, iddia ərizəsində qeyd olunan sayımla üs-üstə düşmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 fevral 2020-ci il tarixli əmək müqaviləsinin surətindən və 03 fevral 2020-ci il tarixli, 045 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 03 fevral 2020-ci il tarixdən 03 mart 2020-ci il tarixədək Satış Departamenti – satış şöbəsinin satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinə 03 fveral 2020-ci il tarixdən etibarən Satıcı-nəzarətçi, kassir vəzifəsində işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. 15 fevral 2021-ci il tarixli, 93 saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh 03 fevral 2020-ci il tarixdən Cəmiyyətin Satış Departamentinin Administratoru vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh 03 fevral 2020-ci il tarixdən Cəmiyyətin Satış Departamentinin Administratoru vəzifəsinə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Cavabdeh “X7” MMC-nin direktoru X2 yazdığı 08 sentyabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, 10 oktyabr 2023-cü il tarixdən onun əmək müqaviləsinə xitam verilməsini “X7” MMC-nin direktorundan xahiş etmişdir. 10 oktyabr 2023-cü il tarixli 144x saylı əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin X1 Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cəmiyyətin Satış Departamentinin X1 Cavabdeh əmək müqaviləsinə 10 oktyabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. 12 avqust 2024-cü il tarixli İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışın surətindən görünür ki, 25 sentyabr 2023-cü il tarixdə Cavabdeh ilə bağlı aparılmış təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 2260,67 manat çatışmamazlıq müəyyən edilmişdir. Müvafiq göstərişlər aparıldıqdan sonra Cavabdeh 12 avqust 2024-cü il tarixə İddiaçı MMC-yə 2124,47 manat məbləğində borcu yaranmışdır. 25 sentyabr 2023-cü il tarixli OBA-BAKİXANOV 13 filialında aparılmış inventarizasiya nəticələrinə dair yekun aktın surətindən görünür ki, aparılmış inventarizasiya nəticəsində cəmiyyətə 2260,67 (iki min iki yüz altmış manat, altmış yeddi qəpik) manat məbləğində zərər vurulması müəyyən olunmuşdur. İddiaçı MMC-nin İdarə Heyətinin sədri Natəvan İbrahimovanın 02 oktyabr 2023-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventerizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs administrator Cavabdeh tələb olunması, “Təbii itki norması” satış dövriyyəsinin 0,15 %-nin müəyyən edilməsinə uyğun olmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 04 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-də çalışdığı OBA- BAKİXANOV 13 (439) mağazasında 25 sentyabr 2023-cü il tarixdə küçirilmiş inventarizasiya yoxlamasının (təhvil təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrinin imzalanmasının mütləq olması və buna görə də Daxili Nəzarət Departamentinə yaxınlaşması ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı MMC tərəfindən tərtib edilmiş 10 oktyabr 2023-cü il tarixli imtina aktının surətindən görünür ki, komissiya üzvlərinin iştirakı ilə İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən OBA-Bakıxanov 13 (439) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 25 sentyabr 2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-2260,67 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 13 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən müqaviləyə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. 274011 nömrəli poçt qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 13 avqust 2024-cü il tarixli bildiriş (xəbərdarlıq) məktubunu 20 avqust 2024-cü il tarixdə Cavabdeh özü şəxsən qəbul etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı Kənan Əliyev tərəfindən qəbul edilmiş 26 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, 16 yanvar 2023-cü il tarixdə saat 17:37-də ünvan 3 ünvanında yaşayan Cavabdeh administarator vəzifəsində çalışdığı Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən İddiaçı MMC-dən 120 manat dəyərində oğurluq edilməsinə dair müraciəti əsasında araşdırma aparılmış və Cavabdeh müraciəti əsasında torplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin 07 aprel, 15 may, 06 iyun və 04 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh 28 mart, 13 may, 28 may və 25 iyul 2023-cü il tarixlərdə administarator vəzifəsində çalışdığı Bakıxanov qəsəbəsi, S.Qocayev 25a küçəsində yerləşən İddiaçı MMC-dən oğurluq edilməsinə dair müraciətləri əsasında araşdırma aparılmış və Cavabdeh həmin müraciətləri ilə əlaqədar torplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06 noyabr 2024-cü il tarixli, MŞB/20/2024-00509 saylı arayışından görünür ki, “maddi ziyanın ödənilməsi”-nin mübahisələndirilməsi üzrə 06 noyabr 2024-cü il tarixdə saat 12:00-da keçirilmiş mediasiya prosesində İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının xərci olan 50 manat, poçt kargüzarlıq xidmətinə 10 manat, ümumilikdə isə 60 manat pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarına əlavə edilmiş sənədlərdən, eləcə də işəgötürən tərəfindən aparılmış müvafiq inventarizasiya araşdırmasının nəticəsindən göründüyü kimi, Cavabdeh öz vəzifə təlimatını, habelə əmək funksiyalarını pozaraq işəgötürənə 2260,67 manat məbləğində maddi ziyan vurması müəyyən edilmiş, müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq dəymiş ziyan 2124,47 manat təşkil etmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməti zəruri hesab edir ki, Cavabdeh administrator vəzifəsində çalışdığı müddətdə İddiaçı MMC-nin mağazasında inventarizasiya aparılması nəticəsində müəyyən edilmiş çatışmamazlıqları məhkəməyə təqdim etmiş olduğu cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarında əks olunmuş oğurluq hadisələri nəticəsində yaranması ilə əlaqəndirsə də, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda və DVD diskdə qeydə alınmış oğurluq hadisələri iddia tələbində qeyd olunmuş sayım dövrünə düşmür. Belə ki, sayım işləri 28 avqust 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək olan müddəti əhatə edir. İş materiallarından görünür ki, Cavabdeh 08 sentyabr 2023-cü il tarixdə işdən azad olunması ilə bağlı “X7” MMC-nin direktoruna müraciət etdikdən sonra 25 sentyabr 2023-cü il tarixdə Cavabdeh ilə bağlı aparılmış təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 2260,67 manat çatışmamazlıq müəyyən edilmişdir. Müvafiq göstərişlər aparıldıqdan sonra Cavabdeh 12 avqust 2024-cü il tarixə İddiaçı MMC-yə 2124,47 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi İddiaçı MMC-nin mağazasında sonuncu sayım 25 sentyabr 2023cü il tarixdə aparılmış və həmin sayım yalnız bir ayı əhatə edir ki, hazırda tələb olunan dəymiş ziyan da həmin bir ayda olan çatışmamazlıqlarla əlaqəlidir. Cavabdehin məhkəməyə təqdim etdiyi qərarların surəti ilə müəyyən olunur ki, OBA-BAKİXANOV 13 filialında sonuncu oğurluq hadisəsi 25 iyul 2023-cü il tarixdə olmuş və iddia ərizəsində qeyd olunan sayımla üs-üstə düşmür. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, həmçinin toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 2124,47 (iki min bir yüz iyirmi dörd manat, qırx yeddi qəpik) manat borc və mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2124,47 (iki min bir yüz iyirmi dörd manat, qırx yeddi qəpik) manat borc və mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(014)-189/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-189/2025
07.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver