Məhkəmə qərarları › İş №e-2(014)-2122/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2122/2025

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2122/2025 02.03.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı MM QBKT-nın Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı MM QBKT Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2023-cü il tarixli, **********0858 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc üzrə 2248 manat, faiz borcuna görə 221,19 manat və 44,70 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən İddiaçı MMC QBKT-nin xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MM QBKT iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0858 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2400.00 (iki min dörd yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 133 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0858–893034 saylı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 2248.00 AZN, faiz borcuna görə 221.19 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 2469.19 (iki min dörd yüz altmış doqquz manat on doqquz qəpik) AZN təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəflərindən cavabdehlərə xx.xx.2025-ci il tarixində Pretenziya məktubu göndərilmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etmişdir. «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və cavabdehlər MMC Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 2248 manat, faiz borcuna görə 156,19 manat olmaqla cəmi 2404,19 manat borcun və 44,70 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək kredit götürdüyünü, lakin bir az ödəniş etsə də sonradan səhhətində problem olduğundan işləyə bilmədiyi üçün krediti ödəyə bilmədiyini göstərdi.Həmçinin bildirdi ki, iddiaçı məhkəməyə müraciət etdikdən sonra borcundan 65 manat ödəniş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 göstərdi ki, Cavabdeh2 onun tanışı olmaqla, sonuncunun götürdüyü kreditə zamin olmuşdur, lakin Cavabdeh2 əsas borclu olmaqla krediti özü ödəyəcəyini bildirmiş, sonradan ona məlum olmuşdur ki, sonuncunu borcunu ödəyə bilmir. Məhkəmə cavabdehləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, **********0858 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC QBKT Cavabdeh2 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 2400 manat məbləğində kredit vermişdir. xx.xx.2023-cü il tarixli, **********0858 -893034 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor İddiaçı MM QBKT qarşısında borcalan Cavabdeh2 ilə tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, kredit kartına mədaxil aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, **********0858 nömrəli kredit müqaviləsi üzrə kredit məbləği nağdsız qaydada üzərində “Fincard” adı qeyd edilmiş **********729893 saylı kredit kartında Cavabdeh2 təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, **********0858 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2025-ci il tarixə ödənilməmiş əsas borcu 2248 manat, faiz borcu 221,19 manat təşkil edir. xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehlərə 2248 manat əsas borc, faiz borcu üzrə 221,19 manat borcunu könüllü ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, «Finca Azərbaycan» X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0858 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 28% dərəcəsi olmaqla 24 ay (2 il) müddətinə 2400 (iki min dörd yüz) manat kredit verilmiş, həmin borc Cavabdeh1 zaminliyi ilə təmin edilmiş, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə «Finca Azərbaycan” X1-Bank Kredit Təşkilatına ümumilikdə əsas borcu 2248 manat, faiz borcu 221,19 manat yaranmış, lakin həmin borcdan məhkəmə prosesi dövründə 65 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2248 manat, faiz borcun əvəzi qismində isə 156,19 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edildiyi hissəsinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 44,04 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatının iddiası qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, **********0858 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 2248.00 (iki min iki yüz qırx səkkiz) manat, faiz borcu qismində 156,19 manat (yüz əlli altı manat on doqquz qəpik) və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 44,04 manat (qırx dörd manat dörd qəpik), cəmi 2448,23 manat (iki min dörd yüz qırx səkkiz manat iyirmi üç qəpik) məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar