Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-215/2025 20.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştrakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 07 iyul 2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 11 aprel 2022-ci il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. 12 may 2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 01 may 2023-cü il tarixdə İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 11670 (on bir min altı yüz yetmiş) manat 64 (altmış dörd) qəpik zərər vurması müəyyən edilmişdir. İnventarizasiya yoxlamalarızamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 11265 (on bir min iki yüz altmış beş) manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 11265 (on bir min iki yüz altmış beş) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş11265 (on bir min iki yüz altmış beş) manat, mediasiya xərci üçün ödənilmiş 60 (əlli beş) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 64 (altmış dörd) AZN məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh 11 fevral 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında izahatında iddianı qəbul etmədiyini, borcun onun olmadığını, həmin sənədlərdə olan imzaların ona məxsus olmadığını bildirmişdir. Daha sonra Cavabdeh 20 iyun 2025-ci il tarixdə məhkəmə baxış iclasında izahatında əmək kitabçasını almağa getdiyi zaman həmin sənədlərə imza etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: İddiaçı MMC ilə Cavabdeh arasında 07 iyul 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh həmin tarixdən satıcı kassir vəzifəsinə təyin edilmişdir. 07 iyul 2021-ci il tarixli, 360 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh həmin tarixdən satıcı kassir vəzifəsinə təyin edilmişdir. 11 aprel 2022-ci il tarixli, 153 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 11 aprel 2022-ci il tarixdən adminstrator vəzifəsinə keçrilmişdir. 11 aprel 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X4 haqqında müqavilə bağlanmışdır. 01 may 2023-cü il tarixli aktivlər üzrə invertarlaşdırma haqqında aktdan görünür ki, İddiaçı MMC-nin “OBA Nərimanov 12” mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 01 may 2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 11265 (on bir min iki yüz altmış beş) manat məbləğində zərər vurması müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 fevral 2024-cü il tarixə İddiaçı MMC-yə borcu 11265 (on bir min iki yüz altmış beş) manat təşkil edir. 12 may 2023-cü il tarixli, 88x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 12 may 2023-cü il tarixdə adminstrator vəzifəsindən işdən azad edilmişdir. 04 noyabr 2024-cü il tarixli MŞB/20/2024-00504 saylı ilkin mediasiya sessiyasıda iştrak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi saylı ilkin mediasiya sessiyasıda iştrak etmiş, lakin Cavabdeh iştrak etməmişdir. İMS xərci və poçtkargüzarlığı barədə olan 60 manat pul İddiaçı MMC tərəfindən ödənilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 60 (altmış) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2025-ci il tarixli, 4/582 saylı ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş, mülki işin 56-57-ci vərəqlərində olan İddiaçı MMC-nin İnventarizasiya komissiyasına xx.xx.2023-cü il tarixli iltizamnamənin 1-ci vərəqində “Maddi-məsul şəxsin imzası:” qrafasındakı imza, 2-ci vərəqində “Təhvil verən mağaza müdirinin (maddi məsul şəxs) xüsusi qeydləri:” bölməsində “sayımda tam iştirak etdim sonda əksik verən malları yoxladım sayım qrupundan etirazım yoxdur Cavabdeh” əlyazmaları və “Cavabdeh” əlyazmalarının qarşısındakı imza; 59-70-ci vərəqlərində olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktının sonuncu vərəqində “Üzləşmənin nəticələri ilə tanış oldum: (maddi-məhsul şəxsin imzası, a.s.a)” qrafasındakı imza; 71-ci vərəqində olan Oba-Neftçilər 2 filialında aparılmış növbədən kənar inventarizasiya nəticələrinə dair xx.xx.2023-cü il tarixli yekun aktda “İnventarizasiya nəticələri mənim iştirakın ilə araşdırıldı. Çıxarılan nəticə ilə razıyam: Maddi məsul şəxs:” qrafasındakı imza; 72-ci vərəqində olan İddiaçı MMC-nin İnventarizasiya şöbəsinin araşdırma bölməsinə xx.xx.2023-cü il tarixli iltizamnamədə “Maddi-məsul şəxsin imzası:” qrafasındakı imza və “Mağaza administratorunun (maddi məsul şəxsin) xüsusi qeydləri:” bölməsində “yo Araşdırmayla bağlı etirazam yoxdur” əlyazmaları - Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 iyul 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh həmin tarixdən satıcı kassir vəzifəsinə təyin edilmişdir. 07 iyul 2021-ci il tarixli, 360 saylı əmrlə Cavabdeh həmin tarixdən satıcı kassir vəzifəsinə təyin edilmişdir. 11 aprel 2022-ci il tarixli, 153 saylı əmrlə Cavabdeh 11 aprel 2022-ci il tarixdən adminstrator vəzifəsinə keçrilmiş və onunla 11 aprel 2022-ci il tarixli X4 haqqında müqavilə bağlanmışdır. 01 may 2023-cü il tarixli aktivlər üzrə invertarlaşdırma haqqında aktda əsasən İddiaçı MMC-nin “OBA Nərimanov 12” mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 01 may 2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 11265 (on bir min iki yüz altmış beş) manat məbləğində zərər vurması müəyyən edilmişdir. Bundan sonra 12 may 2023-cü il tarixli, 88x saylı əmrlə Cavabdeh 12 may 2023-cü il tarixdə adminstrator vəzifəsindən işdən azad edilmişdir. Hazırda iddiaçı həmin ziyanın ödənilməsini tələb edir. Eyni zamanda Cavabdeh 11 fevral 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında izahatında iddianı qəbul etmədiyini, borcun onun olmadığını, həmin sənədlərdə olan imzaların ona məxsus olmadığını bildirsə də, iş üzrə keçrilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2025-ci il tarixli, 4/582 saylı ekspert rəyi ilə bütün sənədlərin Cavabdeh tərəfindən icra olunduğu qeyd edilmiş, həmçinin Cavabdeh 20 iyun 2025-ci il tarixdə məhkəmə baxış iclasında izahatında əmək kitabçasını almağa getdiyi zaman həmin sənədlərə imza etdiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi ziyana görə 11265 (on bir min iki yüz altmış beş) manat, mediasiya sessiyası üçün çəkilmiş xərcin əvəzi olan 60 (altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 64 (altmış dörd) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi ziyana görə 11265 (on bir min iki yüz altmış beş) manat, mediasiya sessiyası üçün çəkilmiş xərcin əvəzi olan 60 (altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 64 (altmış dörd) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-215/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-215/2025
20.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver