Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2154/2025 24.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Sədəddin oğlunun, Cavabdeh1 iştirakları ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 2456,70 manat, faiz borcu qismində 712,25 manat, cərimə qismində 300,83 manat olmaqla cəmi 3469,78 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 54,70 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında 26 Dekabr 2022-ci il tarixində bağlanmış AgFQK3014 saylı Kredit Müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlanacaq) əsasən cavabdehə illik faiz dərəcəsi 28.51 %olmaqla 48 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, kredit müqaviləsi üzrə cəmi 3500 (üç min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, cavabdeh əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay orta hesabla 123.01 ( bir yüz iyirmi üç manat 0.01- qəpik) AZN olmaqla, cəmi 5904.11 (beş min doqquz yüz dörd manat 0.11- qəpik) AZN məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 2735.16 (iki min yeddi yüz otuz beş manat 0.16-qəpik) AZN məbləğində əsas və faiz borcu üzrə ödəniş etmişlər. Cavabdehlər bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmaqlarına baxmayaraq, yuxarıda göstərilən kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişlər. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, cavabdehlər kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi və krediti ödəmədiyi təqdirdə,cavabdehlər İddiaçının xeyrinə gecikdirmiş əsas məbləğin 0.1 %-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə cavabdehdirlər. Belə ki, 15 oktyabr 2025-ci il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehlərın bu günə əsas borc üzrə 2456.70 AZN, faiz borcu üzrə 701.79 AZN və cərimə üzrə 300.83 AZN olmaqla, cəmi 3459.32 (üç min dörd yüzəlli doqquz manat 0.32-qəpik) AZN məbləğində borcları yaranmışdır. Həmin Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraqBOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 26 Dekabr 2022-ci il tarixində ZMAgFQK-3014saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-cimaddəsinə əsasən cavabdeh zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin İddiaçı qarşısında cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2025-ci il tarixdə məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun ifadə verdi, iddia tələbinin və rüsuma ödənilmiş pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etdi. Həmçinin göstərdi ki, iddia ərizəsində borclunun 2456,70 manat əsas, 712,25 manat faiz borcu olduğu göstərilsə də məhkəmə prosesində borclu tərəfindən cəmi 550 manat məbləğində ödəniş edilmiş, nəticədə əsas borcu 2156,70 manat , faiz borcu 462,25 manat, cərimə borcu 300,83 manat qalmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbində qeyd edilən krediti götürdüyünü, lakin bir müddət işləmədiyindən həmin krediti tam ödəyə bilmədiyini, hazırda borcundan 550 manat ödəniş etdiyini, lakin qalıq borcu olduğunu göstərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilməsi üçün məhkəmə tərəfindən tədbirlər görülmüş, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, AgFQK-3014 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh1 48 ay müddətinə, illik 28,51 faiz dərəcəsi ilə 3500 manat məbləğində kredit vermişdir. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kreditor BOKT "xxxx" MMC qarşısında borcalan Cavabdeh1 ilə tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AgFQK-3014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2025-ci il tarixə ödənilməmiş əsas borcu 2556,70 manat, faiz borcu 712,25 manat, cərimə borcu 300,83 manat, ümumi borcu isə 3469,78 manat təşkil edir. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə və zaminə xx.xx.2022-ci il tarixli, AgFQK-3014 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi, vaxtı keçmiş 641,19 manat əsas borc, 504,73 manat faiz borcu, 102,09 manat cərimə borcunu könüllü ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, borclular tərəfindən xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 70 manat və xx.xx.2025-ci il tarixdə 80 manat məbləğində ödəniş edilməklə, hazırda əsas borc 2156,70 manat, faiz borcu 462,25 manat, cərimə borcu 300,83 manat qalmışdır. Beləliklə, mülki iş materiallarından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AgFQK-3014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28,51% dərəcəsi olmaqla 48 ay müddətinə 3500 (üç min beş yüz) manat kredit verilmiş, həmin borc Cavabdeh2 zaminliyi ilə təmin edilmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə « BOKT "xxxx" MMC-yə borcu yaranmış, lakin məhkəmə prosesində həmin borcdan ödəniş etməklə əsas borcu 2156,70 manat, faiz borcu 462,25 manat, cərimə borcu 300,83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin 30 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borc qismində 2156,70 manat, faiz borcu qismində 462,25 manat, cərimə qismində 30 manat, cəmi 2648,95 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edildiyi hissəsinə görə (cəmi 2648,95 manat borc) məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 46,49 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bank Olmayan Kredit Təşkilatı İddiaçı iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixli, AgFQK-3014 nömrəli kredit müqaviləsi üzrə əsas borc qismində 2156,70 manat (iki min yüz əlli altı manat yetmiş qəpik), faiz borcu qismində 462,25 manat (dörd yüz altmış iki manat iyirmi beş qəpik), cərimə qismində 30 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 46,49 manat (qırx altı manat qırx doqquz qəpik) olmaqla, cəmi 2695,44 manat (iki min altı yüz doxsan beş manat qırx dörd qəpik) məbləğində pul vəsaiti tutulsun. Bank Olmayan Kredit Təşkilatı İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №e-2(014)-2154/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2154/2025
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver