Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2199/2025 18.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qədirov Əşrəf Əbülfət oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********99 nömrəli kredit müqaviləsinə əsasən 299.92 manat əsas borcun, 65.19 manat faiz borcunun və 30 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Ağdaş” filialıilə mərhum Qədirov Əşrəf Əbülfət oğlu arasında bağlanan xx.xx.2022-ci il tarixli, BPM**********99 nömrəli kredit müqaviləsinə əsasən Əşrəf Qədirova illik 24 %-lə, 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, borcalan Müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. Əldə edilən məlumata əsasən, Qədirov Əşrəf Əbülfət oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki Qədirov Əşrəf Əbülfət oğlunun mirasını qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 notariusa müraciət etmiş və notariat ofisi tərəfindən sözügedən şəxslərə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, Qədirov Əşrəf Əbülfət oğlunun Banka ödənilməmiş xx.xx.2022-ci il tarixli, BPM**********99 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 299.92 manat, faiz borcu isə 65.19 manat təşkil edir. Belə ki, cavabdehlər- Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Qədirov Əşrəf Əbülfət oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və digərlərinə qarşı “müqavilələrdən irəli gələn öhdəliklər üzrə mübahisələrə” dair iddia ərizəsi üzrə baxış iclası xx.xx.2025-ci il tarixə saat 11:15-ə təyin edilmişdir. Qeyd edilənlərə əsasən sözügedən məhkəmə iclasını iştirakları olmadan keçirərək iddia ərizəmzin tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alıb, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin “Ağdaş” filialıilə mərhum Qədirov Əşrəf Əbülfət oğlu arasında bağlanan xx.xx.2022-ci il tarixli, BPM**********99 nömrəli kredit müqaviləsinə əsasən Əşrəf Qədirova illik 24 %-lə, 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Qədirov Əşrəf Əbülfət oğlunun banka 299.92 manat əsas borcun, 65.19 manat faiz borcu olmaqla, cəmi 365.11 manat borcu qalmışdır. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim 10 oktyabr 2024-cü il tarixli 2V-1114 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixdə vəfat etmiş Qədirov Əşrəf Əbülfət oğlunun vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BD328102 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211540C5152815, mühərrikin nömrəsi ******* və buraxılış ili 2012-ci il olan VAZ 21154 MİNİK markalı 99DA814 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim 10 oktyabr 2024-cü il tarixli 2V-1115 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə vəfat etmiş Qədirov Əşrəf Əbülfət oğlunun vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BD328102 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211540C5152815, mühərrikin nömrəsi ******* və buraxılış ili 2012-ci il olan VAZ 21154 MİNİK markalı 99DA814 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim 10 oktyabr 2024-cü il tarixli 2V-1116 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş Qədirov Əşrəf Əbülfət oğlunun vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BD328102 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211540C5152815, mühərrikin nömrəsi ******* və buraxılış ili 2012-ci il olan VAZ 21154 MİNİK markalı 99DA814 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Qədirov Əşrəf Əbülfət oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış öhdəliyi 3 gün müddətində tam şəkildə yerinə yetirmədikləri təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə Qədirov Əşrəf Əbülfət oğlu (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, BPM**********99 nömrəli kredit müqaviləsinə əsasən Əşrəf Qədirova illik 24 %-lə, 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən Qədirov Əşrəf Əbülfət oğlunun miras əmlakına dair onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2025-ci il tarixli maliyyə arayışlarına əsasən Qədirov Əşrəf Əbülfət oğlunun Kredit müqaviləsi üzrə Banka ödənilməmiş 299.92 manat əsas borcun, 65.19 manat faiz borcu olmaqla, cəmi 365.11 manat borcu qalmışdır. Cavabdehlər - Qədirov Əşrəf Əbülfət oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Təqdim edilmiş sübutlardan və 2V-1114 saylı 10 oktyabr 2024-cü il tarixli, 2V-1115 saylı 10 oktyabr 2024-cü il tarixli və 2V-1116 saylı 10 oktyabr 2024-cü il tarixli şəhadətnamələrdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum Qədirov Əşrəf Əbülfət oğlunun birinci növbədə vərəsəsi olmaqla qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariusa müraciət edərək mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə uyğun olraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək ilk olduğu əmlak hüquqularının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq isliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun mənasından göründüyü kimi hazırkı iş üzrə cavabdeh X3 vəfat etdiyindən, iddiaçı ilə kredit müqaviləsi bağlamış mərhum X1 vərəsələri kimi Cavabdeh3 oğlu və Cavabdeh1 kreditor qarşısında müqavilə üzrə öhdəliklərin icrası üzrə borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qədirov Əşrəf Əbülfət oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli, BPM**********99 nömrəli kredit müqaviləsinə əsasən 299.92 manat əsas borc, 65.19 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqının əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Qədirov Əşrəf Əbülfət oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli, BPM**********99 nömrəli kredit müqaviləsinə əsasən 299.92 manat əsas borc, 65.19 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqının əvəzi alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-2199/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2199/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver