Məhkəmə qərarları › İş №e-2(014)-223/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-223/2025

20.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-223/2025 20.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 28 sentyabr 2023-cü il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 31 oktyabr 2023-cü il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. 16 yanvar 2024-cü il tarixliəmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 25 dekabr 2023-cü il tarixdə İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 8928 (səkkiz min doqquz yüz iyirmi səkkiz) manat 34 (otuz dörd) qəpik zərər vurması müəyyən edilmişdir. İnventarizasiya yoxlamaları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7950 (yeddi min doqquz yüz əlli) manat 19 (on doqquz) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh halhazırda İddiaçı MMC-yə ümumilikdə 7950 (yeddi min doqquz yüz əlli) manat 19 (on doqquz) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddiməsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7950 (yeddi min doqquz yüz əlli) manat 19 (on doqquz) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 40 (qırx) AZN məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı MMC-nin nümayəndəsi Kamil Məmmədov məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh 11 fevral 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında izahatında iddianı qəbul etmədiyini, borcun onun olmadığını, inventarizasiya aparılarkən kameraların işləmədiyini, bu səbəbdən inventarizasiyanın aparılmasına etiraz etdiyini, inventarizasiya ilə bağlı olan sənədlərdəki imzaların ona məxsus olmadığını bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: İddiaçı MMC ilə Cavabdeh arasında 28 sentyabr 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh həmin tarixdən satıcı-kassir vəzifəsinə təyin edilmişdir. 28 sentyabr 2023-cü il tarixli, 156/İQ saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh həmin tarixdən satıcı kassir vəzifəsinə təyin edilmişdir. 31 oktyabr 2023-cü il tarixli, 332 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 31 oktyabr 2023-cü il tarixdən adminstrator vəzifəsinə keçrilmişdir. 31 oktyabr 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X2 haqqında müqavilə bağlanmışdır. 25 dekabr 2023-cü il tarixli aktivlər üzrə invertarlaşdırma haqqında aktdan görünür ki, İddiaçı MMC-nin mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 25 dekabr 2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 7950,19 (yeddi min doqquz yüz əlli manat on doqquz qəpik) manat məbləğində zərər vurması müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 sentyabr 2024-cü il tarixə İddiaçı MMC-yə borcu 7950,19 (yeddi min doqquz yüz əlli manat on doqquz qəpik) manat təşkil edir. 16 yanvar 2024-cü il tarixli, 3-x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 16 yanvar 2024-cü il tarixdə adminstrator vəzifəsindən işdən azad edilmişdir. 01 noyabr 2024-cü il tarixli MŞB/20/2024-00494 saylı ilkin mediasiya sessiyasıda iştrak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi saylı ilkin mediasiya sessiyasıda iştrak etmiş, lakin Cavabdeh iştrak etməmişdir. İMS xərci və poçtkargüzarlığı barədə olan 60 manat pul İddiaçı MMC tərəfindən ödənilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 40 (qırx) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli, 4/586 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı inventarizasiya kommissiyasına iltizamnamədə “maddi-məsul şəxsin imzası” qarşısındakı imza, “Təhvil verən mağaza müdirinin (maddi məsul şəxs) xüsusi qeydləri:” qrafasındakı əlyazma və imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında 28 sentyabr 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh həmin tarixdən satıcı-kassir vəzifəsinə təyin edilmişdir. Daha sonra 31 oktyabr 2023-cü il tarixli, 332 saylı əmrlə Cavabdeh 31 oktyabr 2023-cü il tarixdən adminstrator vəzifəsinə keçrilmişdir. Eyni zamanda onunla 31 oktyabr 2023-cü il tarixli m İddiaçı MMC arasında X2 haqqında müqavilə bağlanmışdır. 25 dekabr 2023-cü il tarixli aktivlər üzrə invertarlaşdırma haqqında aktdan görünür ki, İddiaçı MMC-nin mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 25 dekabr 2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 7950,19 (yeddi min doqquz yüz əlli manat on doqquz qəpik) manat məbləğində zərər vurması müəyyən edilmişdir. Hazırda iddiaçı həmin ziyanın ödənilməsini tələb edir. Eyni zamanda Cavabdeh 11 fevral 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında izahatında iddianı qəbul etmədiyini, borcun onun olmadığını, inventarizasiya aparılarkən kameraların işləmədiyini, bu səbəbdən inventarizasiyanın aparılmasına etiraz etdiyini, inventarizasiya ilə bağlı olan sənədlərdəki imzaların ona məxsus olmadığını bildirsə də, iş üzrə keçrilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli, 4/586 saylı ekspert rəyi ilə bütün sənədlərin Cavabdeh tərəfindən icra olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi ziyana görə 7950,19 (yeddi min doqquz yüz əlli manat, on doqquz qəpik) manat, mediasiya sessiyası üçün çəkilmiş xərcin əvəzi olan 60 (altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 (qırx) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi ziyana görə 7950,19 (yeddi min doqquz yüz əlli manat, on doqquz qəpik) manat, mediasiya sessiyası üçün çəkilmiş xərcin əvəzi olan 60 (altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 (qırx) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar