Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-2358/2025 16.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3722 (üç min yeddi yüz iyirmi iki manat) manat, faiz borc üzrə 1131.19 (min bir yüz otuz bir manat 19 qəpik) manat olmaqla, cəmi borc 4853.19 (dörd min səkkiz yüz əlli üç manat 19 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 68.84 (altmış səkkiz manat, 84 qəpik) manat məbləğində dövlət rüsumunu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə dövlət rüsumu haqqında ********** nömrəli qəbz əlavə edilsə də, Elektron Məhkəmə İnformasiya Sistemində yoxlama zamanı müəyyən edilmişdir ki, eyni nömrəli qəbzlə iddiaçı 19 noyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin 21 noyabr 2025-ci il tarixli, e-2(014)-2253/2025 nömrəli qərardadı ilə İddiaçı QSC BOKT-un cavabdehlər X1 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş ödənilmiş 68.84 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi xx.xx.2025, qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-a qaytarılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, sözü gedən qərardad qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Ağdaş rayon İcra və probasiya şöbəsinə 09 dekabr 2025-ci il tarixdə göndərilmiş və icra sənədi Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən e315703/2025-71-0 nömrə ilə qeydə alınmışdır. Göründüyü kimi həmin qəbz üzrə ödənilmiş dövlət rüsumu artıq icra olunmaqdadır. Halbuki, məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumunun ödənilməməsi nəzərə alınsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-2358/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-2358/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver