Məhkəmə qərarları › İş №e-2(014)-236/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-236/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-236/2023 16.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili və nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə etdiyi ** SM *** dövlət nömrə nişanlı BMW markal avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə N.Yusifbəyli küçəsi tərəfindən H.Ələsgərov küçəsi istiqamətində hərəkət edərkən, mülkiyyət hüququ ilə ona məxsus olan, lakin etibarnamə əsasında oğlu X9 tərəfindən idarə edilən Ford Focus markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobili vurmuş, nəticədə avtomobilə 9360 manat məbləğində ziyan dəymişdir. Maddi zərərin 5000 nanatı icbari sığorta tərəfindən ödənilmiş, yerdə qalan 4360 manat məbləğ Cavabdeh tərəfindən ödənilməmişdir. Qalıq məbləğin ödənilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixdə bildiriş pretenziya göndərilmiş, lakin cavabdehin adından etibarnamə əsasında çıxış edən X7 tərəfindən xx.xx.2022-ci il tarixdə №01/22 saylı məktub göndərilərək qalıq məbləğin ödənilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh vurulmuş zərərin əvəzi kimi 4360 manat pulun, hüquqi yardımın göstərilməsinə görə Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 150 manat və dövlət rüsumunun əvəzi kimi 65,93 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə göndərərək bildirmişdir ki, məhkəmə tərəfindən iş üzrə dəymiş zərərin hesablanması üçün ekspertiza təyin edilmiş və ekspertiza mərkəzinin məhkəməyə təqdim etdiyi müvafiq rəyə əsasən cavabdeh tərəfindən onun avtomobilinə vurulmuş zərərin məbləği 7486 manat müəyyən edilmişdir. Ekspert bu məbləği müəyyən edərkən qanunverciliyin tələblərinə və xüsusi biuliklərə əsaslanmışdır ki, bu səbəbdən ekspert rəyi ilə razılaşır və Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 2486 manat pulun, hüquqi yardımın göstərilməsinə görə Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 150 manat və dövlət rüsumunun əvəzi kimi 40,53 manat, ümumilikdə 2676,43 manat (iki min altı yüz yetmiş altı manat, qırx üç qəpik) pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlər uyğun izahat verərk iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və vəkili və nümayəndəsi X3 iddia ərizəsinin əsassız olduğunu bildirdi. Belə ki, qiymətlər şişirdilmişdir və ekspert rəyi ilə razı deyil. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Avtoservis tərəfindən verilmiş avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısından görünür ki, ** TK *** dövlət nömrə nişanlı Ford Focus markalı avtomobilinin ehtiyat hissələri 7045 manat, xidmət haqqı isə 2315 manat olmaqla, cəmi 9360 manat dəyərində qiymətləndirilmişdir. İşin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvalanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh 4360 manat pulun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşin materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 14 dekabr 2022ci il tarixli məktubdan görünür ki, İddiaçı dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. Buna görə də onların iddia etdikləri məbləğin tərəflərindən ödənilməsi əsassızdır. İşin materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün 150 manat ödəniş etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 9/1909 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan fiziki şəxs X8 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Ford Focus” markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7486 manat müəyyən edilir. İşin materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, AsanPay vasitəsilə ödənilmiş ********** nömrəli qəbzə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə İddiaçı Ağdaş Rayon Məhkəməsinə 25 (iyirmi beş) manat və 40,53 (qırx manat, əlli üç qəpik) manat, ümumilikdə 65,53 (altmış beş manat, əlli üç qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh idarə etdiyi ** SM *** dövlət nömrə nişanlı BMW markal avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə N.Yusifbəyli küçəsi tərəfindən H.Ələsgərov küçəsi istiqamətində hərəkət edərkən, mülkiyyət hüququ ilə ona məxsus olan, lakin etibarnamə əsasında oğlu X9 tərəfindən idarə edilən Ford Focus markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobili vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Sığorta Şirkəti tərəfindən İddiaçı 5000 manat dəymiş zərərlə bağlı ödəniş edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 9/1909 saylı rəyinə əsasən “Ford Focus” markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci 7486 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 2486 (iki min dörd yüz səksən altı) manat məbləğində pul, hüquqi yardımın göstərilməsinə görə Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 150 (yüz əlli) manat və dövlət rüsumunun əvəzi kimi 40,53 (qırx manat, əlli üç qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2486 (iki min dörd yüz səksən altı) manat məbləğində pul, hüquqi yardımın göstərilməsinə görə Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 150 (yüz əlli) manat və dövlət rüsumunun əvəzi kimi 40,53 (qırx manat, əlli üç qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar