Məhkəmə qərarları › İş №e-2(014)-2366/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2366/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2366/2025 23.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1170 manat məbləğində vəsaitin və 31.7 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində 61BF992 dövlət qeydiyyat nişanlı VAZ 2103 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh2 idarə etdiyi 61BF992 dövlət qeydiyyat nişanlı VAZ 2103 markalı həmin avtonəqliyyat vasitəsi ilə 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh2 idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilindiyi üçün 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1170 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 1170 manat məbləğində sığorta ödənişi zərərçəkən X2 hesabına köçürülmüşdür. 11 oktyabr 2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Göründüyü kimi, 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə "xxxx" ASC tərəfindən ödənilmiş 1170 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, 61BF992 dövlət qeydiyyat nişanlı VAZ 2103 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh2 idarə etdiyi 61BF992 dövlət qeydiyyat nişanlı VAZ 2103 markalı həmin avtonəqliyyat vasitəsi ilə 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuş, zərərin məbləği 1170 manat müəyyən edilmiş və zərərçəkmiş şəxs X2 hesabına köçürülmüşdür. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 165075 saylı zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilindiyi üçün 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1170 manat məbləğində müəyyən edilmişdir. İşin materiallarında olan PAŞA Sığorta” ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 1170 manat məbləğində sığorta ödənişi zərərçəkən X2 hesabına köçürülmüşdür. İşin materiallarında olan PAŞA Sığorta” ASC-nin xx.xx.2022-ci il tarixli 6658/İ saylı pretenziyadan görünür ki, xx.xx.2022-ci il tarixində tərəflərindən idarə olunan ** BF *** dövlət qeydiyyat nişanlı VAZ2103 markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə etdiyi ** BR *** dövlət qeydiyyat nişanlı X7 Markalı avtonəqliyyat vasitəsi zərərə məruz qalmışdır. Dəymiş zərər təmir müəssisəsi tərəfindən 1170 manat (bir min bir yüz yetmiş manat) məbləğində müəyyən olunmuşdur. Tərəflərindən subroqasiya hüququ üzrə iddia irəli sürüləcəyi bildirilmişdir. İşin materiallarında olan 11 oktyabr 2022-ci il tarixli 6727/L saylı pretenziyadan görünür ki, ** BF *** dövlət qeydiyyat nişanlı VAZ 2103 markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Tərəflərindən idarə olunan həmin avtonəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** BR *** dövlət qeydiyyat nişanlı X6 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən İ 170,00 (bir min bir yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, siz ** BF *** dövlət qeydiyyat nişanlı VAZ 2103 markalı avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişlər. Bu səbəbdən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2-ci və 25.1.3-cü maddələrinə uyğun olaraq şirkətin onlara qarşı subroqasiya hüququ yaranır. Yuxarıda qeyd olunanları nəzərə alaraq "xxxx" ASC tərəfindən ödənilmiş 1170,00 (bir min bir yüz yetmiş) manat məbləğində vəsaiti 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödəsilməsi xahiş edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 31.70 (otuz bir manat yetmiş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. İşin materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərara və İXP ******* saylı protokola əsasən, Cavabdeh2 İXM-nin 327.2-ci və 334.1-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh2 idarə etdiyi 61BF992 dövlət qeydiyyat nişanlı VAZ 2103 markalı həmin avtonəqliyyat vasitəsi ilə 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 noyabr 2017-ci il tarixli AD N 075590 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 61BF992 dövlət qeydiyyat nişanlı VAZ 2103 markalı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 sentyabr 2022-ci il tarixli 215 saylı sərxoşluq vəziyyətinin tibbi müayinənin surətindən görünür ki, X1 vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 sentyabr 2022-ci il tarixli 349 saylı sərxoşluq vəziyyətinin tibbi müayinənin surətindən görünür ki, Cavabdeh2 yüngül dərəcəli sərxoşluq vəziyyəti aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, 61BF992 dövlət qeydiyyat nişanlı VAZ 2103 markalı avtonəqliyyat vasitəsi mülkiyyətçi (təmsil edilən) Cavabdeh1dur, etibar edilən şəxs Cavabdeh2dur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixində 61BF992 dövlət qeydiyyat nişanlı VAZ 2103 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh2 idarə etdiyi 61BF992 dövlət qeydiyyat nişanlı VAZ 2103 markalı həmin avtonəqliyyat vasitəsi ilə 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən məlum olmuşdur ki, Cavabdeh2 idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilindiyi üçün 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1170 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 1170 manat məbləğində sığorta ödənişi zərərçəkən X2 hesabına köçürülmüşdür. 11 oktyabr 2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Hazırda iddiaçı "xxxx" ASC 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə "xxxx" ASC tərəfindən ödənilmiş 1170 manat məbləğində vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı nəqliyyat vasitəsinə görə ödənilmiş 1170 AZN (bir min bir yüz yetmiş manat) ödəniş, iddianın qaldırılması üçün ödənilmiş 31.7 AZN (otuz bir manat yetmiş qəpik) dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 77BR678 dövlət qeydiyyat nişanlı X7 markalı nəqliyyat vasitəsinə görə ödənilmiş 1170 AZN (bir min bir yüz yetmiş manat) ödəniş, iddianın qaldırılması üçün ödənilmiş 31.7 AZN (otuz bir manat yetmiş qəpik) dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar