Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2381/2025 30.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1, İddiaçı X2-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **********3872 saylı kredit müqaviləsi üzrə 706,19 manat əsas, 19,92 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 726,11 (yeddi yüz iyirmi altı manat, on bir qəpik) manat, **********3882 saylı kredit müqaviləsi üzrə 1200,51 manat əsas, 35,20 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 1253,71 (bir min iki yüz əlli üç manat, yetmiş bir qəpik) manat borc və 39,80 (otuz doqquz manat, səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq İddiaçı MM QBKT ilə Cavabdeh arasında 30 dekabr 2019-cu il tarixdə, **********3872 saylı kredit alanın vaxtı keçmiş əsas kredit borcunun həmin müqavilə imzalanan tarixə qalıq olan 706,19 (yeddi yüz altı manat, on doqquz qəpik) manat, həmçinin eyni tarixli, **********3882 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 1200,51 (min iki yüz manat, əlli bir qəpik) manat, qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********3872 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,61 manat, dörd il müddətində isə hər ay 15,02 manat olmaqla və **********3882 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 1,00 manat, dörd il müddətində isə hər ay 25,53 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə ümumilikdə 1253,71 (bir min iki yüz əlli üç manat, yetmiş bir qəpik) manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı X2 Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab etmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, **********3872 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, 30 dekabr 2019-cu il tarixli, **********3872 saylı kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə imzalanan tarixə 706,19 manat qalıq məbləği illik 1 % dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, **********3882 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, 30 dekabr 2019-cu il tarixli, **********3882 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə imzalanan tarixə 1200,51 manat qalıq məbləği illik 1 % dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İddiaçı MM QBKT-nın 04 dekabr 2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, **********3872 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh 04 dekabr 2025-ci il tarixə 706,19 manat əsas borc, 19,92 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla, cəmi borc 726,11 manat; 30 dekabr 2019-cu il tarixli, **********3882 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh 04 dekabr 2025-ci il tarixə 1200,51 manat əsas borc, 35,20 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla, cəmi borc 1235,71 manat təşkil edir. İddiaçı MM QBKT tərəfindən Cavabdeh ünvanlanmış 02 dekabr 2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktublarından görünür ki, Cavabdeh 30 dekabr 2019-cu il tarixli, **********3872 və 30 dekabr 2019-cu il tarixli, **********3882 saylı güzəştli kredit (restrukturizasiya) müqavilələri üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün xəbərdar edilmişdir. **********53 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MM QBKT Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 39,80 (otuz doqquz manat, səksən qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, **********3872 saylı və 30 dekabr 2019-cu il tarixli, **********3882 saylı güzəştli kredit (restrukturizasiya) müqavilələrindən görünür ki, hər iki müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə imzalanan tarixə 706,19 manat və 1200,51 manat qalıq məbləği illik 1 % dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onların İddiaçı MM QBKT-yə 30 dekabr 2019-cu il tarixli, **********3872 saylı kredit müqaviləsi üzrə ümumilikdə 726,11 manat, 30 dekabr 2019-cu il tarixli, **********3882 saylı kredit müqaviləsi üzrə 1253,71 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırki iş üzrə hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olan Mülki Məcəllənin 739-cu maddəsinin rediakiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh **********3872 saylı kredit müqaviləsi üzrə 706,19 manat əsas, 19,92 manat faiz borcu olmaqla, cəmi 726,11 (yeddi yüz iyirmi altı manat, on bir qəpik) manat; **********3882 saylı kredit müqaviləsi üzrə 1200,51 manat əsas, 35,20 manat faiz borcu olmaqla, cəmi 1253,71 (bir min iki yüz əlli üç manat, yetmiş bir qəpik) manat borc və 39,80 (otuz doqquz manat, səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh **********3872 saylı kredit müqaviləsi üzrə 706,19 manat əsas, 19,92 manat faiz borcu olmaqla, cəmi 726,11 (yeddi yüz iyirmi altı manat, on bir qəpik) manat; **********3882 saylı kredit müqaviləsi üzrə 1200,51 manat əsas, 35,20 manat faiz borcu olmaqla, cəmi 1253,71 (bir min iki yüz əlli üç manat, yetmiş bir qəpik) manat borc və 39,80 (otuz doqquz manat, səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-2381/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2381/2025
30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver