Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-281/2023 17.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sürücüsü X3 10 noyabr 2022-ci il tarixdə saat 17:50 radələrində ona məxsus “Toyota Camry” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağdaş şəhəri, M.İsayev küçəsində hərəkətdə olduğu zaman qarşısına piyada çıxdığından avtomobilin surətini azaltmış, arxadan gələn Cavabdeh idarə etdiyi VAZ 2106 markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə onun minik avtomobilinin arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət almamış, onun avtomobilinə ümumilikdə 3095 (üç min doxsan beş) manat dəyərində maddi zərər vurmuşdur. Hadisə ilə əlaqədar Ağdaş rayon Polis şöbəsi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Hadisə zamanı müraciəti əsasında Gəncə şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən minik avtomobilinə baxış keçirilmiş və avtomobilə ümumilikdə 3095 manat (2215 manat avtomobilin ehtiyyat hissələrinə dəyən ziyan + 880 manat xidmət-təmir işləri) maddi zərər vurulduğu aşkar edilmiş, bu barədə qüsur aktı tərtib edilərək imzalanmışdır. Ağdaş Rayon Məhkəməsinin 3(014)-616/2022 nömrəli, 12 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Cavabdehin ona vurduğu 3095 manat maddi zərəri könüllü ödəməkdən yayındığından aralarında yaranmış dəymiş maddi zərərin ödənilməsinə dair mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilərək Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində onun tərəfindən iddiaçıya dəymiş 3095 (üç min doxsan beş) manat məbləğində maddi zərərin və 50,95 (əlli manat, doxsan beş qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçıya 3000 manat təklif etmiş, lakin həmin pulu iddiaçı qəbul etməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində onun günahı yoxdur, avtomobilə dəymiş ziyanın məbləği şişirdilmişdir, hal-hazırda maddi vəziyyəti tələb olunan məbləğin ödənilməsinə imkan vermir. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 3(014)-616/2022 nömrəli, 12 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinməsi və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 12 noyabr 2022-ci il tarixli Qüsur aktından görünür ki, 2022-ci il buraxılışı olan “Toyota Camry”, BAN JTNB23HK9124908 nömrəli, ** NN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ehtiyat hissələri 2215 manat, xidmət haqqı isə 880 manat olmaqla, cəmi 9095 manat dəyərində qiymətləndirilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 9/1908 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “X4” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Toyota Camry” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3095 manat müəyyən edilir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, Nümayəndə Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 50,95 (əlli manat, doxsan beş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “Toyota Camry” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı minik avtomobil Ağdaş şəhəri, M.İsayev küçəsində hərəkətdə olduğu zaman qarşısına piyada çıxdığından avtomobilin surəti azaldıldığından arxadan gələn Cavabdeh idarə etdiyi VAZ 2106 markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobil həmin avtomobili arxa hissəsindən vurması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Ağdaş Rayon Məhkəməsinin 3(014)-616/2022 nömrəli, 12 noyabr 2022-ci il tarixli qərarı ilə həmin hadisə üzrə Cavabdeh təqsirli bilinmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 9/1908 saylı rəyinə əsasən “Toyota Camry” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərci 3095 manat təşkil etmişdir. Hazırda İddiaçı Cavabdeh onun xeyrinə 3095 (üç min doxsan beş ) manat məbləğində pul, 50,95 (əlli manat, doxsan beş qəpik) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 3095 (üç min doxsan beş ) manat məbləğində dəymiş ziyan və 50,95 (əlli manat, doxsan beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3095 (üç min doxsan beş ) manat məbləğində dəymiş ziyan və 50,95 (əlli manat, doxsan beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-281/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-281/2023
17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver