Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-320/2023 28.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiаçı ləğv prosesində olan İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı «kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dаir işə 28 mart 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı ləğv prosesində olan İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı «kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3013.07 manat-bundan 5930 manat əsas, 83.07 manat faiz borcu və iş üzrə ödənilmiş 80.60 manat dövlət rüsumumun cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın girov qoyulmuş, Cavabdeh2 məxsus cəmi dəyəri 4383 manat olan qızıl-zinət əşyalarına (7 ədəd boyunbağı, 3 ədəd qolbağı, 4 ədəd dəst, 3 ədəd sırğa, 5 ədəd klon) yönəldilməsi, yuxarıdakı qızıl-qinət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması və ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 115.LN.1675.101219.00003 saylı, kredit müqaviləsi əsasən cavabdehə 60 ay müddətinə illik 01 faizlə ödənilmək şərti ilə 5930 AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Gərayevə Məsmə Məmməd qızı ilə Bank arasında 10 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla bilrikdə cavabdehlik daşıyır. Tərəflər arasında imzalanmış 10 dekabr 2019-cu il tarixli, 115.CL.101219.00003/b saylı Saxlanc müqaviləsinə və ona əlavə edilmiş 1 saylı əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh2 məxsus olan qızıl-zinət əşyaları (7 ədəd boyunbağı, 3 ədəd qolbağı, 4 ədəd dəst, 3 ədəd sırğa, 5 ədəd klon-cəmi dəyəri 4383 manat) girov qoyulmuşdur. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borclana bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********145 saylı xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun və **********434 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsaduf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 6013.07 manat təşkil edir. Bundan 5930 manat əsas, 83.07 manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hüquqşünası X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəməyə üzürlü səbəbdən gələ bilməyəcəklərini, iddianı müdafiə etdiklərini və işə iştirakları olmada baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçı nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alaraq, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilsin. İş materiallarında olan, 10 dekabr 2019-cu il tarixli, 115.CL.101219.00003/b saylı Saxlanc müqaviləsinə və ona əlavə edilmiş 1 saylı əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh2 məxsus olan qızıl-zinət əşyaları (7 ədəd boyunbağı, 3 ədəd qolbağı, 4 ədəd dəst, 3 ədəd sırğa, 5 ədəd klon-cəmi dəyəri 4383 manat) girov qoyulmuşdur. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 115.LN.1676.101219.00003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış, 60 ay müddətinə illik 01 faizlə dərəcəsi ilə 5930 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********580 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Banka əsas məbləğ üzrə borc 5930 manat əsas, 83.07 manat faiz borcu olmaqla, cəmi 6013.07 manat müəyyən olunur. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 115.CL.101219.00003/a saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit verilərkən Gərayevə Məsmə Məmməd qızı ilə Bank arasında 10 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan, İddiaçı ASC tərəfindən **********145 saylı xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan məlum olur ki, kredit borcunu 3 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan, **********434 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubundan məlum olur ki, kredit borcunu 5 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh2 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər cavabdeh Gərayevə Məsmə Məmməd qızının mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onun kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda tələbin girov əmlaka yönəldilməsi və onun açıq hərracda satılmasına dair hissədə iddianı əsaslı hesab edir. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Göründüyü kimi, məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın qiymətləndirici tərəfindən məcburi qaydada qiymətləndirilməsi aparılır və qiymətləndirici icra məmurunun sifarişi əsasında dəvət olunur. Beləliklə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə girov predmeti olan qızıl-zinət əşyalarının ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə deyil, məhkəmənin qətnaməsi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilərkən, hərraca çıxarılan əşyaların ilkin satış qiymətinin, icra məmurunun sifarişi əsasında dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın “girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalıq məbləğin cavabdehdən tutulması” tələbinə münasibətdə də iddianı əsaslı hesab edir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı girov əmlakın satışından əldə olunacaq məbləğ borcun ödənilməsi üçün kifayət etməyəcəyi təqdirdə qalıq borc məbləğlərinin tutulması icra tədbirləri qismində icra məmuru tərəfindən ümumi qaydada davam etdirilməklə təmin edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdeh Gərayevə Məsmə Məmməd qızı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o Cavabdeh2 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Gərayevə Məsmə Məmməd qızı onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, cavabdehlər Cavabdeh2 və Gərayevə Məsmə Məmməd qızından müştərək qaydada 5930 manat əsas, 83.07 manat faiz borcu olmaqla, cəmi 6013.07 manat həmçinin 80.60 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, tutmanın girov qoyulmuş Cavabdeh2 məxsus cəmi dəyəri 4383 manat olan qızıl-zinət əşyalarına (7 ədəd boyunbağı, 3 ədəd qolbağı, 4 ədəd dəst, 3 ədəd sırğa, 5 ədəd klon) yönəldilməli, yuxarıdakı qızıl-qinət əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli və girov predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 117.05 manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Gərayevə Məsmə Məmməd qızından müştərək qaydada 5930 manat əsas, 83.07 manat faiz borcu olmaqla, cəmi 6013.07 manat borc və həmçinin 80.60 manat ödənilmiş dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilsin. Tutmanın girov qoyulmuş Cavabdeh2 məxsus cəmi dəyəri 4383 manat olan qızılzinət əşyalarına (7 ədəd boyunbağı, 3 ədəd qolbağı, 4 ədəd dəst, 3 ədəd sırğa, 5 ədəd klon) yönəldilsin, qızıl-qinət əşyaları açıq hərracda satılsın, həmin əşyanın satışından əldə edilən vəsait hesabına borc məbləği İddiaçı ASC-yə ödənilsin. Girov predmetinin satışından əldə edilmiş vəsait müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borc məbləği cavabdehlər Cavabdeh2 və Gərayevə Məsmə Məmməd qızından müştərək qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nizam Əliyev.