Məhkəmə qərarları › İş №e-2(014)-344/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-344/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-344/2025 10.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Mehtiyeva (İbrahimova) Gültəkin Şoşan qızı, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh2, Mehtiyeva (İbrahimova) Gültəkin Şoşan qızı, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh2 ilə BOKT "xxxx" MMC-nin Göyçay filialı (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-GO-0048558-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 4803.56 (dörd min səkkiz yüz üç manat 56 qəpik) manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq Mehtiyeva (İbrahimova) Gültəkin Şoşan qızı, Cavabdeh1 və Cavabdeh4 ilə müvafiq olaraq AS-00001057, AS- 00001063, AS-0000787 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1068.79 (min altmış səkkiz manat 79 qəpik) manat, faiz borcu üzrə 226.21 (iki yüz iyirmi altı manat 21 qəpik) manat olmaqla cəmi 1295 (min iki yüz doxsan beş) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 3734,77 (üç min yeddi yüz otuz dörd manat 77 qəpik) manat, faiz borcu üzrə 1,66 (bir manat 66 qəpik) manat olmaqla 3736,43 (üç min yeddi yüz otuz altı manat 43 qəpik) manat məbləğində kredit borcu var. Göstərilənləri nəzərə alaraq cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış L-GO-0048558-F saylı Kredit və AS-00001057, AS00001063, AS-00000787 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Mehtiyeva (İbrahimova) Gültəkin Şoşan qızından, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada əsas məbləğ üzrə 3734,77 (üç min yeddi yüz otuz dörd manat 77 qəpik) manat, faiz borcu üzrə 1,66 (bir manat 66 qəpik) manat olmaqla 3736,43 (üç min yeddi yüz otuz altı manat 43 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Mehtiyeva (İbrahimova) Gültəkin Şoşan qızı, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan BOKT "xxxx" MMC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, L-GO-0048558-F saylı Kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC-nin Göyçay filialı Cavabdeh2 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 4803.56 (dörd min səkkiz yüz üç manat 56 qəpik) manat məbləğində güzəştli kredit verilmişdir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Mehtiyeva (İbrahimova) Gültəkin Şoşan qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AS-00001057 saylı zaminlik müqaviləsindən görünür ki, Mehtiyeva (İbrahimova) X2 Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, L-GO-0048558-F saylı Kredit Müqaviləsinə əsasən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi tam şəkildə ödəməyi öz öhdəsinə götürmüdür. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GO-00001063 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, L-GO-0048558-F saylı Kredit Müqaviləsinə əsasən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi tam şəkildə ödəməyi öz öhdəsinə götürmüdür. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AS-00000787 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, L-GO-0048558-F saylı Kredit Müqaviləsinə əsasən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi tam şəkildə ödəməyi öz öhdəsinə götürmüdür. İşin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh2, Mehtiyeva (İbrahimova) Gültəkin Şoşan qızına, Cavabdeh1 və Cavabdeh4 göndərilmiş xx.xx.2024cü il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC borcalanlara xx.xx.2019-cu il tarixli, L-GO-0048558-F saylı Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-GO-0048558-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə ümumi borcu 3736,43 (üç min yeddi yüz otuz altı manat 43 qəpik) manat təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 58 (əlli səkkiz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, BOKT "xxxx" MMC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, L-GO-0048558-F saylı Kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC-nin Göyçay filialı Cavabdeh2 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 4803,56 (dörd min səkkiz yüz üç manat 56 qəpik) manat məbləğində güzəştli kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1068.79 manat, faiz borcu üzrə 226.21 manat olamqla, cəmi 1295 manat məbləğində pul ödənilmişdir. Bundan başqa Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Mehtiyeva (İbrahimova) Gültəkin Şoşan qızı arasında xx.xx.2019-cu il tarixli, AS-00001057 saylı, X1 arasında xx.xx.2019-cu il tarixli, GO-00001063 saylı saylı, Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixli, AS-00000787 saylı zaminlik müqavilələri bağlamış, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etmədikləri üçün xəbərdarlıq edilmişlər və nəticədə onların xx.xx.2019-cu il tarixli, L-GO-0048558-F saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə ümumi borcu 3736,43 (üç min yeddi yüz otuz altı manat qırx üç qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Mehtiyeva (İbrahimova) Gültəkin Şoşan qızından, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada əsas məbləğ üzrə 3734,77 (üç min yeddi yüz otuz dörd manat yetmiş yeddi qəpik) manat, faiz borcu üzrə 1,66 (bir manat, altmış altı qəpik) manat olmaqla 3736,43 (üç min yeddi yüz otuz altı manat qırx üç qəpik) manat borc və 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Mehtiyeva (İbrahimova) Gültəkin Şoşan qızından, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada əsas məbləğ üzrə 3734,77 (üç min yeddi yüz otuz dörd manat yetmiş yeddi qəpik) manat, faiz borcu üzrə 1,66 (bir manat, altmış altı qəpik) manat olmaqla 3736,43 (üç min yeddi yüz otuz altı manat qırx üç qəpik) manat borc və 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar