Məhkəmə qərarları › İş №e-2(014)-43/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-43/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-43/2023 02.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiаçı "xxxx" ASC-nin cаvаbdеh Cavabdeh qаrşı «kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi» tələbinə dаir işə 02 may 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı "xxxx" ASC cаvаbdеh Cavabdeh qаrşı «kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə CL-EE000036348 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 7861.55 manat, faiz borcu üzrə 494.72 manat olmaqla, cəmi 8356.27 manat tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2023-cü il tarixdə məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh əsas borc üzrə 7861.55 manat, faiz borcu üzrə 1405 manat olmaqla, cəmi 9266.55 manat tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 112.67 manat dövlət rüsumunun və 0.80 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahis etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış CL-EE000036348 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh elektron təsdiq vasitəsi ilə (OTP kod) illik 17.9 faizlə 36 ay müddətinə 8000 (səkkiz min manat, sıfır qəpik) manat kredit verilmişdir. Kreditin təyinatı bor alanın borc verən qarşısında mövcud olan 8000 manat məbləğində qalıq kredit borcunun ödənilməsidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayraq borclu öz öhdəlliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən CL-EE000036348 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 7861.55 manat, faiz borcu üzrə 1405 manat olmaqla, cəmi 9266.55 manat borcu mövcuddur. Eyni zamandan tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 112.67 manat dövlət rüsumu və Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2022ci il tarixində 22-9010/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin direktoru Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəməyə üzürlü səbəbdən gələ bilməyəcəklərini, iddianı müdafiə etdiklərini və işə iştirakları olmada baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçı nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alaraq, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilsin. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 22-9010/2022 saylı bildirişin surətindən məlum olur ki, Cavabdeh yaranmış borclarını ödəmədikləri təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli CL-EE000036348 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən elektron təsdiq vasitəsi ilə (OTP kod) illik 17.9 faizlə 36 ay müddətinə 8000 (səkkiz min manat, sıfır qəpik) manat kredit verilmişdir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh banka ödənilməmiş əsas borc üzrə 7861.55 manat, faiz borcu üzrə 1405 manat olmaqla, cəmi 9266.55 manat borcu qalmışdır. İş materialları ilə müəyyən edilir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/246 saylı ekspert rəyindən məlum olur ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış, 13 yanvar 2022-ci il tarixli, CL- EE00036348 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 13 yanvar 2022-ci il tarixli, CL-EE000036348 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərə "xxxx"ASC-ə olan borcu aşağıdakı kimi müyyən edilir, o cümlədən xx.xx.2022-ci il tarixə əsas kredit borcu 7.926.29 manat, faiz borcu 918.28 manat. xx.xx.2022-ci il tarixdə əsas kredit borcu 7.926.29 manat, faiz borcu 926.16 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləlsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, 7926.29 manat, faiz borcu üzrə 926.16 manat olmaqla, cəmi 8852.45 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 112.67 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. CL-EE000036348 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 7926.29 manat, faiz borcu üzrə 926.16 manat olmaqla, cəmi 8852.45 manat borc və iş üzrə ödənilmiş 12.67 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 150 (yüz əlli) manat ekspertiza xərci müştərək qaydada Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar