Məhkəmə qərarları › İş №e-2(014)-439/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-439/2025

07.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-439/2025 07.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X3 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7201,99 (yeddi min iki yüz bir manat, doxsan doqquz qəpik) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 43 (qırx üç) manat məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmrlə cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 7307,43 (yeddi min üç yüz yeddi manat, qırx üç qəpik) manat zərər vurması müəyyən edilmişdir. İnventarizasiya yoxlamaları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7201,99 (yeddi min iki yüz bir manat, doxsan doqquz) manat borc qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və o, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023cü il tarixdə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli əmrlə Cavabdeh işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin mağazasında Cavabdeh iştirakı ilə təhvil-təslim işləri aparılmış və inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 7307,43 (yeddi min üç yüz yeddi manat, qırx üç qəpik) manat məbləğində zərər vurması müəyyən edilmişdir. Bundan başqa inventarizasiya yoxlamaları zamanı Cavabdeh iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7201,99 (yeddi min iki yüz bir manat, doxsan doqquz) manat borc qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanların nəzərə alınıb Cavabdeh 7201,99 (yeddi min iki yüz bir manat, doxsan doqquz) manat məbləğində borcun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, 27 oktyabr 2023-cü il tarixdə İddiaçı MMC-də administrator vəzifəsinə qəbul olmuş, işə hər zaman məsuliyyətlə yanaşmışdır. O, mağazanı təhvil verərkən bölgə müdirləri də dəyişmiş və yeni bölgə müdiri təyin edilmişdir. 29 yanvar 2024-cü il tarixdə iştirakı ilə İddiaçı MMC-nin OBA-NƏRİMANOV 11 mağazsında sayım keçirilmiş, inventarizasiya işləri aparılmış və müəyyən məhsullar mağazadan çıxarılaraq çölə yıığılmışdır. Sayımdan bir neçə gün sonra o, yeni bölgə müdirləri ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq sayımdan sonra çölə yığılmış malları nə etməli olduğunu soruşmuş, bölgə müdiri də həmin məhsullarla bağlı ondan əvvəl çalışmış bölgə müdiri ilə danışmasını, həmin malların inventarizasiyanın onun işə təyin edilməzdən əvvəl aparıldığını, buna görə də məsuliyyət daşımadığını bildirmişdir. Bundan sonra o, köhnə bölgə müdiri, yəni Vüqar müəllimlə telefon vasitəsi ilə əlaqə saxlayaraq malları nə etməli olduğunu soruşmuş, Vüqar da gəlməyəcəyini, malları atmasını bildirmişdir. Həmin günün sonunadək Vüqar müəllimlə telefon vasitəsi ilə əlaqə saxlamağa çalışmış, lakin zənglərinə cavab verilmədiyindən yenidən yeni təyin olunmuş bölgə müdiri ilə əlaqə saxlamış, Vüqar müəllimin telefon zənglərinə cavab vermədiyini bildirmiş və mağazaya gəlməsini xahiş etmişdir. Həmin şəxs də mağazaya gəlməyəcəyini, məhsulların ona aid olmadığını, həmçinin həmin malları atacağı halda malların üzərində qalacağını, çöldə qaldığı halda isə insanlar tərəfindən aparılacağını bildirmişdir. O da məhsulları yenidən mağazaya yığa bilməyəcəyi və evinə apara bilməyəcəyi üçün malları atmaqdan başqa çarəsi olamamış və atmışdır. O, malları atarkən məsələnin məhkəməyədək gəlib çıxacağını bilməmişdir. Hətta İddiaçı MMC həmin malların atıldığını bilirdi. Daha sonra İddiaçı MMC-dən dəymiş ziyanla bağlı məktub gəlmişdir. O, istifadə müddəti keçmiş məhsulları atarkən hər hansı bir akt tərtib etməmiş, atılan mallarını adını, sayını və növünü xatırlamır. Hazırda tələb olunan borcu ödəmək iqtidarında deyildir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 avqust 2023-cü il tarixli əmək müqaviləsinin surətindən və 128 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən 21 sentyabr 2023-cü il tarixədək Satış Departamenti – Satış Şöbəsinin satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh 27 oktyabr 2023-cü il tarixdən İddiaçı MMC-nin Satış Departamentinin administratoru vəzifəsinə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh 27 oktyabr 2023-cü il tarixdən Cəmiyyətin Satış Departamentinin administratoru vəzifəsinə keçirilmişdir. İddiaçı MMC-nin administratorunun vəzifə təlimatının 1.11-ci bəndindən görünür ki, administrator mağazada məhv ediləcək məhsulların təyin edilməsinə nəzarət və məhvetmə prosesini koordinasiyalı və təhlükəsiz şəkildə etmək; 3.2-ci bəndində isə sayım zamanı əksik gələn satış məhsullarına görə məsuliyyət daşıması qeyd olunmuşdur. Cavabdeh 27 oktyabr 2023-cü il tarixdə qeyd edilən vəzifə təlimatı ilə tanış olmuş və bunu imzası ilə təsdiq etmişdir. 23 fevral 2024-cü il tarixli 19-x saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı MMC-nin Satış Departamentinin Satış Şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışın surətindən görünür ki, 29 yanvar 2023-cü il tarixdə Cavabdeh ilə bağlı aparılmış təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 7307,43 manat çatışmamazlıq müəyyən edilmişdir. Müvafiq göstərişlər aparıldıqdan sonra Cavabdeh 18 oktyabr 2024-cü il tarixə İddiaçı MMC-yə 7201,99 manat məbləğində borcu yaranmışdır. İddiaçı MMC-nin İdarə Heyətinin sədri Natəvan İbrahimovanın 13 fevral 2024-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventerizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs administrator Cavabdeh Nəbi qızından tələb olunması, “Təbii itki norması” satış dövriyyəsinin 0,15 %nin müəyyən edilməsinə uyğun olmuşdur. İddiaçı MMC tərəfindən tərtib edilmiş 19 fevral 2025-ci il tarixli imtina aktının surətindən görünür ki, komissiya üzvlərinin iştirakı ilə İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən OBA-NƏRİMANOV 11 (529) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 29 yanvar 2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-7307,43 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 01 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən müqaviləyə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. 251130 nömrəli poçt qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 27 mart 2024-cü il tarixli bildiriş (xəbərdarlıq) məktubunu 02 aprel 2024-cü il tarixdə Cavabdeh qaynanası qəbul etmişdir İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 dekabr 2024-cü il tarixli, MŞB/20/2024-00588 saylı arayışından görünür ki, “maddi ziyanın ödənilməsi”-nin mübahisələndirilməsi üzrə 19 dekabr 2024-cü il tarixdə saat 12:30-da keçirilmiş mediasiya prosesində İddiaçı MMC-nin nümayəndəsi X2 iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının xərci olan 50 manat pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 43 (qırx üç) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarına əlavə edilmiş sənədlərdən, eləcə də işəgötürən tərəfindən aparılmış müvafiq inventarizasiya araşdırmasının nəticəsindən göründüyü kimi, Cavabdeh öz vəzifə təlimatını, habelə əmək funksiyalarını pozaraq işəgötürənə 7307,43 manat məbləğində maddi ziyan vurması müəyyən edilmiş, müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq dəymiş ziyan 7201,99 manat təşkil etmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməti zəruri hesab edir ki, Cavabdeh administrator vəzifəsində çalışdığı İddiaçı MMC-nin mağazasından istifadə müddəti keçmiş məhsulları çeşidləyək atdığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarına əsasən, həmçinin toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 7201,99 (yeddi min iki yüz bir manat, doxsan doqquz) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat və 43 (qırx üç) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 7201,99 (yeddi min iki yüz bir manat, doxsan doqquz) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat və 43 (qırx üç) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar