Məhkəmə qərarları › İş №e-2(014)-454/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-454/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-454/2025 05.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X2 Ənvər oğlunun sədrliyi ilə, "xxxx" X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 790,69 manat, faiz borcuna görə 80 manat, cərimə borcuna görə 131,29 manat, cəmi 1001,98 (min bir manat, doxsan səkkiz qəpik) manat məbləğində borc və 30,02 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, mülki iş üzrə cavabdehin öldüyü müəyyən edildiyindən işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dаir kiçik mübahisələr üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizənin dəlillərini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş şəxsi məlumatlara dair çıxarışdan görünür ki, Cavabdeh 23 yanvar 2025-ci il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, "xxxx" X1-Bank Kredit Təşkilatı tərəfindən 08 yanvar 2025-ci il tarixli, № **********33 nömrəli qəbzlə, “ASAN ödəniş” sistemi vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 30,02 (otuz manat, iki qəpik) manat dövlət rüsumu (büdcə kodu 142211) "xxxx" X1-Bank Kredit Təşkilatının hesabına geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 259.0.11, 260, 263-264, 266-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə1 ərizəsi təmin edilsin. İddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dаir kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. "xxxx" X1-Bank Kredit Təşkilatı tərəfindən 08 yanvar 2025-ci il tarixli, № **********33 nömrəli qəbzlə, “ASAN ödəniş” sistemi vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 30,02 (otuz manat, iki qəpik) manat dövlət rüsumu (büdcə kodu 142211) "xxxx" X1-Bank Kredit Təşkilatının hesabına geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar