Məhkəmə qərarları › İş №e-2(014)-475/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-475/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-475/2022 07.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiаçı İddiaçı QSC BOKT-un nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiаçı İddiaçı QSC BOKT-un cаvаbdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qаrşı «kredit borcunun tutulması» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı QSC BOKT cаvаbdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qаrşı «kredit borcunun tutulması» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada 3858.09 (üç min səkkiz yüz əlli səkkiz manat 09 qəpik) manat əsas borc olmaqla, cəmi 3858.09 (üç min səkkiz yüz əlli səkkiz manat 09 qəpik) manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı İddiaçı QSC BOKT iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1 qarşı 3858.0 manat əsas borc olmaqla, cəmi 3858.09 (üç min səkkiz yüz əlli səkkiz manat 09 qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ 16 noyabr 2017-ci il tarixli S-FK-AĞD-64 saylı təhviltəslim Aktı əsasında İddiaçı QSC BOKT-na təhvil verilmişdir. "xxxx" ASC-nin Ağdaş filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 790.30.06.2015-AĞD 59 saylı kredit müqaviləsinə əsasən cavabdeh Hüseynov Müşfiq Arif oğluna 48 ay müddətinə illik 24%-lə 5150.0 (beş min bir yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Ağdaş filialı ilə zaminlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 arasında 30 iyun 2015-ci il tarixli 790.30.06.2015- AĞD 59 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməli olduğu halda, Cavabdeh1 tərəfindən buna əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh1 iddiaçıya olan ödənilməmiş əsas borcu 3858.09 manat əsas borc olmaqla, cəmi 3858.09 manat təşkil edir.Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Hesab edir ki, X3 onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 3858.09 manat məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir. İddiаçı İddiaçı QSC BOKT-un nümayəndəsi X1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cаvаbdеh Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, "xxxx" ASC-nin Ağdaş filialı ilə onun arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 790.30.06.2015-AĞD 59 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 24%-lə 5150.0 (beş min bir yüz əlli) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən borcunu əvvəllər ödəsə də sonradan ödəyə bilmədiyi üçün borc yaranmışdır. Cаvаbdеhlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-in 185.5-ci mаddəsinə əsаsən cаvаbdеhlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izаhаtını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа qismən təmin еdilməlidir. İş materiallarında olan aktdan məlum olur ki, Azərbaycan Beynəlxalaq Bankı” ASCnin Cavabdeh1 qarşı 3858.0 manat əsas borc olmaqla, cəmi 3858.09 (üç min səkkiz yüz əlli səkkiz manat 09 qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ 16 noyabr 2017-ci il tarixli S-FK-AĞD-64 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC BOKTna təhvil verilmişdir. İş materiallarında olan, 30.06.2015-ci il tarixli təminatlı kredit müqaviləsindən məlum olur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 30 iyun 2015-ci il tarixli 790.30.06.2015-AĞD 59 saylı kredit müqaviləsinə əsasən cavabdeh Hüseynov Müşfiq Arif oğluna 48 ay müddətinə illik 24%-lə 5150.0 (beş min bir yüz əlli) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 30.06.2015-ci il tarixli zaminlik müqaviləsindən məlum olur ki, "xxxx" ASC-nin Ağdaş filialı ilə zaminlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 arasında 30 iyun 2015-ci il tarixli 790.30.06.2015- AĞD 59 saylı zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan Azərbaycan Beynəlxalaq Bankı tərəfindən verilmiş 30.06.2015-ci il tarixli razılıq əriəzsindən məlum olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 790-30.06.2015-AGD59 saylı kredit müqaviləsinin şərtlərinə əsasən ödəniş cədvəli üzrə aylıq ödəniş məbləği gecikdirildikdə, ödənilməli olan gecikdirilmiş əsas borc, hesablançış faiz və cərimə məbləğlərinin onun "xxxx" ASC-də olan əmək haqqı, pensiya və digər hesablarından akseptsiz qaydada bloklaşdırılaraq gecikdirilmiş öhdəlik həcmində borcalanın kredit hesabına silinməsinə razılıq verir. İş materiallarında olan 12.01.2022-ci il tarixli məlumatdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 790.30.06.2015-AĞD 59 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 3858.09 manat əsas kredit borcu olmaqla, cəmi 3858.09 manat məbləğində borcu vardır. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli 3-7/1388 saylı xəbərdarlıq məktubundan məlum olur ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehdən Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh1 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin, kreditə hesablanmış və gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminlərə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 30 iyun 2019-cu il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 aid hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3858.09 (üç min səkkiz yüz əlli səkkiz 09 qəpik) manat əsas borc olmaqla, cəmi 3858.09 (üç min səkkiz yüz əlli səkkiz 09 qəpik) manat məbləğində kredit borcu, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı QSC BOKT-a ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar