Məhkəmə qərarları › İş №e-2(014)-481/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-481/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-481/2025 04.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Hüseynov Azər Yaqub oğlu (bundan sonra borcalan adlandırılacaq) arasında bağlanmış BPM**********50 nömrəli xx.xx.2023-cü il tarixli X1 müqaviləsinə (bundan sonra müqavilə adlandırılacaq) əsasən borcalana 36 ay müddətinə illik 24 % dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit xətti açılmış, həmçinin BPM**********50 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 16% dərəcəsi ilə hesablanmaqla 5100 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan xx.xx.2023-cü il tarixində öldüyündən müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən Hüseynov Azər Yaqub oğlunun miras əmlakına dair onun vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 miras payı əldə etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bank tərəfindən borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2025-ci il tarixli maliyyə arayışlarına əsasən Hüseynov Azər Yaqub oğlunun Kredit xətti müqaviləsi üzrə banka ödənilməmiş 161.61 manat əsas və 0 manat faiz borcu, nağd kredit müqaviləsi üzrə isə 3777.37 manat əsas, 0 manat faiz borcu qalmışdır. Cavabdehlər qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənlərə əsasən Hüseynov Azər Yaqub oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit xətti üzrə 151.61 manat əsas borcun, 0 manat faiz borcunun, nağd kredit üzrə isə 3777.37 manat əsas borc və 0 manat faiz borcu olmaqla, ümumilikdə 3928.98 (üç min doqquz yüz iyirmi səkkiz manat, doxsan səkkiz qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 59.29 (əlli doqquz manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Hüseynov Azər Yaqub oğlu (bundan sonra borcalan adlandırılacaq) arasında bağlanmış BPM**********50 nömrəli xx.xx.2023-cü il tarixli X1 müqaviləsinə (bundan sonra müqavilə adlandırılacaq) əsasən borcalana 36 ay müddətinə illik 24 % dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit xətti açılmış, həmçinin həmin müqaviləyə əsasən borcalana 24 ay müddətinə illik 16% dərəcəsi ilə hesablanmaqla 5100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Hüseynov Azər Yaqub oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********50 nömrəli kredit xətt müqaviləsi üzrə Hüseynov Azər Yaqub oğlunun xx.xx.2025-ci il tarixə 151.61 manat əsas borc, 0 manat faiz borcu təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Hüseynov Azər Yaqub oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsi üzrə Hüseynov Azər Yaqub oğlunun xx.xx.2025ci il tarixə nağd kredit üzrə qalıq borc isə 3777.37 manat təşkil edir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 338587 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş sürətindən görünür ki, Hüseynov Azər Yaqub oğlu xx.xx.2023-cü il tarixdə ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi səbəbindən ölmüşdür. İş materiallarında olan Ağdaş Rayon Notariat Ofisi tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli, 419 nömrəli məktubdan görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mərhum Hüseynov Azər Yaqub oğlunun vərəsələri hesab edilmişlər. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, “"xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 59.29 (əlli doqquz manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Hüseynov Azər Yaqub oğlu arasında bağlanmış BPM**********50 nömrəli xx.xx.2023-cü il tarixli X1 müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 24 % dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit xətti açılmış, həmin müqaviləyə əsasən borcalana 24 ay müddətinə illik 16% dərəcəsi ilə hesablanmaqla 5100 manat məbləğində kredit verilmiş, Hüseynov Azər Yaqub oğlu müqavilə üzrə üzərinə düşən öhtəliyi tam icra etməmiş və onun kredit xətti üzrə banka ödənilməmiş xx.xx.2025-ci il tarixə 151.61 manat əsas borcu, 0 manat faiz borcu, nağd kredit üzrə qalıq borc isə 3777.37 manat təşkil etmişdir. Hüseynov Azər Yaqub oğlu xx.xx.2023-cü il tarixdə ölmüş və onun varisləri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müəyyən edilmişdir. Hazırda bank mərhumun varisləri olan cavabdehlərdən banka olan borcun alınmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Hüseynov Azər Yaqub oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 kredit xətti üzrə 151.61 (yüz əlli bir manat, altmış bir qəpik) manat əsas borc, nağd kredit üzrə isə 3777.37 (üç min yeddi yüz yetmiş yeddi manat otuz yeddi qəpik) manat əsas borcu olmaqla, ümumilikdə 3928.98 (üç min doqquz yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat borcun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 59.29 (əlli doqquz manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Hüseynov Azər Yaqub oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 kredit xətti üzrə 151.61 (yüz əlli bir manat, altmış bir qəpik) manat əsas borc, nağd kredit üzrə isə 3777.37 (üç min yeddi yüz yetmiş yeddi manat otuz yeddi qəpik) manat əsas borcu olmaqla, ümumilikdə 3928.98 (üç min doqquz yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat borcun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 59.29 (əlli doqquz manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar