Məhkəmə qərarları › İş №e-2(014)-498/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-498/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-498/2024 30.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 aprel 2022-ci il tarixli, YSNPU-06608 saylı kredit müqaviləsinə əsasən illik 14% (on dörd) faiz dərəcəsi olmaqla 28 (iyirm səkkiz) ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin2.1; 2.3; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərn icrasına təminat olaraq 18 aprel 2022-c il tarixdə İddiaçı ASC-nin Yasamal filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasındakı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 18 aprel 2022-c il tarixli, YSNPU-06608 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 18 aprel 2022-ci il tarixli, YSNPU-06608 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, peniya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair vaxtında və lazımi qaydada cra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 18 aprel 2022-ci il tarixli, YSNPU-06608 saylı kredit kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 18-dən gec olamayaraq hər ay 420.71 (dörd yüz iyirmi manat, yetmiş bir qəpik) manat ödəniş etməli halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunana maliyyə arayışına əsasən Cavabdeh1 18 aprel 2022-c il tarixli, YSNPU-06608 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5753.63 (beş min yeddi yüz əll üç manat, altmış üç qəpik) manat, faiz borcuna görə 259.34 (iki yüz əlli doqquz manat, otuz dörd qəpik) manat, dəbbə borcuna görə 1209.45 (min iki yüz doqquz manat, qırx beş qəpik) manat olmaqla, cəmi məbləği 7222.42 (yeddi min iki yüz iyirmi iki manat, qırx iki qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən kredit müqaviləsində irəli gələn öhdəliyini vaxtında və lazım qaydada icra etmədiyi üçün cavabdehlər X1 və Cavabdeh1 18 aprel 2022-ci il tarixli, YSNPU-06608 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5753.63 (beş min yeddi yüz əlli üç manat, altmış üç qəpik) manat, faiz borcuna görə 259.34 (iki yüz əlli doqquz manat, otuz dörd qəpik) manat, dəbbə borcuna görə 1209.45 ( min iki yüz doqquz manat, qırx beş qəpik) manat, cəmi 7222.42 ( yeddi min iki yüz iyirmi iki manat, qırx iki qəpik) manat pul tutulmalıdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2024cü il tarixinə təyin olunmuş mülki iş üzrə məhkəmə baxış iclasının onların iştrakı olmadan keçirlməsini, mülki iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Krediti o (cavabdeh) özü götürdüyünü, Bahar xanım ona zamin durduğunu bildirmişdir. 5753.63 manat əsas borc hissəsini qəbul etdiyini, lakin cərimə (dəbbə) borcunun şişirdildiyini və cərimə borcunu qəbul etmədiyini bildirdi. Məhkəmədən iddianın qismən təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 aprel 2022-ci il tarixli, YSNPU-06608 saylı kredit müqaviləsinə əsasən illik 14% (on dörd) faiz dərəcəsi olmaqla 28 (iyirmi səkkiz) ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Zamin 1.2 bəndində göstərilən müqavilə üzrə borclunun kreditor qarısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsinə cavabdehlik daşıyır. İşin materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, RB-02/PK-697 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka əsas borc üzrə 5753.63 manat, faiz borcu üzrə 259.34 manat, 1209.45 manat cərimə borcu olmaqla, cəmi 7222.42 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 93 (doxsan üç) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, , İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 aprel 2022-ci il tarixli, YSNPU-06608 saylı kredit müqaviləsinə əsasən illik 14% (on dörd) faiz dərəcəsi olmaqla 28 (iyirm səkkiz) ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin2.1; 2.3; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərn icrasına təminat olaraq 18 aprel 2022-c il tarixdə İddiaçı ASC-nin Yasamal filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasındakı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 18 aprel 2022-c il tarixli, YSNPU-06608 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 18 aprel 2022-ci il tarixli, YSNPU-06608 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, peniya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair vaxtında və lazımi qaydada cra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka əsas borc üzrə 5753.63 manat, faiz borcu üzrə 259.34 manat, cərimə borcu 1209.45 manat olmaqla, cəmi 7222.42 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 18 aprel 2022-ci il tarixli, YSNPU-06608 saylı kredit müqaviləsi üzrə cərimə borcu 120 manat məbləğində müəyyən edilməlidir. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qsmən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5753.63 (beş min yeddi yüz əlli üç manat, altmış üç qəpik) manat, faiz borcu üzrə 259.34 (iki yüz əlli doqquz manat, otuz dörd qəpik) manat, cərimə borcu 120 (yüz iyirmi) olmaqla, cəmi 6132.97 (altı min bir yüz otuz iki manat, doxsan yeddi qəpik) manat borc və 93 (doxsan üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5753.63 (beş min yeddi yüz əlli üç manat, altmış üç qəpik) manat, faiz borcu üzrə 259.34 (iki yüz əlli doqquz manat, otuz dörd qəpik) manat, cərimə borcu üzrə 120 (yüz iyirmi) cəmi 6132.97 (altı min bir yüz otuz iki manat, doxsan yeddi qəpik) manat borc və 93 (doxsan üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamənin icrası cavabdehlərin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar