Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-499/2024 01.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cаvаbdеh Cavabdeh qarşı «pul» tələbinə dаir iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cаvаbdеh Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2775.12 (iki min tyeddi yüz yetmiş beş manat, on iki qəpik) manat və Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) AZN dövlət rüsumu məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X12” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli 04 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Oba – mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş,“İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği cəmi 3149,47 (Üç min bir yüz qırx doqquz) manat 47 qəpik məbləğində olması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, yoxlamadan keçən dövrdə müvafiq güzəşt tətbiq edildikdən sonra qalıq borc 2775,12 (İki min yeddi yüz yetmiş beş) manat 12 qəpik təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddiməsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Beləliklə İddiaçı MMC-nin əmlakına (maddi qiymətlərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2775.12 (iki min yeddi yüz yetmiş beş manat, on iki qəpik) manat, mediasiya xərc kimi ödənilmiş 50 (əlli) manat dövlət rüsumu məbləğin Cavabdeh Xaqani oğlundan tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia ərzəsinin tam təmin edilərək qətnamə qəbul edlməsini xahiş etdi. İddiaçı MMC-nin nümayəndəsi X7 01 iyul 2024-cü il tarixdə məhkəməyə məlumat göndərərək, bildirmişdir ki, əlavə edilmiş sənədlərə əsasən cavabdeh məzuniyyətə çıxaraq ölkəni tərk etmişdir. Cavabdeh öz ərizəsində bildirir ki, oktyabr ayında ərizə yazıb ki, noyabr ayında işdən çıxsın, belə bir ərizə İddiaçı MMC-yə daxil olmamışdır. Burda bir sual yaranır ki, cavabdehin qeyd etdiyi “işdən çıxma ərizəsi” olubsa niyə noyabr ayının 11 cavabdeh məzuniyyət ərizəsi ilə müraciət edir ki, noyabrn 14-dən 16 günlük əmək məzuniyyətinə buraxılsın. Burda bir nəticəyə gəlmək olar ki, cavabdeh bunu planlı şəkildə edir ki, ölkəni tərk edib getsin. Cavabdehin əmək məzuniyyəti bitdikdən sonra iş yerinə qayıtmır, bundan sonra sayım keçirilmişdir və işə əlavə edilmiş “imtina aktında” cavabdehin iştrak edilməsi texniki səhvdir (şablon üzərində doldurulub). Cavabdeh sayımda iştrak etməmişdir lakin cavabdehin sayımda iştirak etməməsi onu məsuliyyətdən azad etmir. Yuxarıda yazılanları nəzərə alaraq və işdə olan sənəd və sübutları əsas tuturaq iddia ərzəsinin tam təmin edilərək qətnamə qəbul edlməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə məhkəmədə izahatında bildirdi ki, oğlunun həmin borcdan məlumatı olmamış, oğlu 2022-ci ilin oktyabr ayında ərizə yazıb işdən çıxmış, 14 noyabr 2022-ci il tarixdə isə Budapeştə getmişdir. Həmin gündən sonra isə ölkəyə qayıtmamışdır. Çatışmamazlıq aktı oğlunun iştirakı ilə tərtib oluna bilməz çünki həmin akt tərtib olunarkən oğlu Azərbaycanda belə olmamışdır. Oğlu işdən çıxıb getdikdən sonra yagin ki, həmin vəzifə başqa şəxsə həvalə olunub, bəlkə həmin şəxsin vaxtında olub çatışmamazlıq. Oğlu 2022-ci ilin oktyabr ayında ərizə yazmasına baxmayaraq onun vəzifədən azad etmə əmri 06 yanvar 2023-cü il tarixdə imzalanmışdır. Bunun səbəbini də bilmir. Məhkəmədən ədalətli qərar verilməsini və idda tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq ərizəsində göstərmişdir ki, o, 2021-ci ilin noyabr ayında Oba marketlər şəbəkəsinin Xətai 4 mağaza kodu 701 filialında satıcı kassir kimi işə başlamışdır. Bir müddət sonra baş satıcı və sonrada mağaza müdiri kimi işləməyə davam etmişdir. Mağaza müdiri işlədiyi vaxta çox yoxlamalar gəlib mağazaya, daxili nəzarət bir neçə dəfə gəlib yoxlanış keçirmişdir. Bu müddət ərzində mağazada yoxlama sayıda olub və heç bir halda mağazada heç bir ərzaqdan kəsr aşkar olunmamışdır. İşdən çıxmaq üçün 2022-ci ilin oktyabr ayında ərizə yazmış və noyabr ayında işdən çıxmışdır. Mağazanı təhvil verdikdə heç bir borcu qalmamış və heç bir borca imza çəkməmişdir. 2022-ci ilin noyabr ayının 15-də Azərbaycandan çıxmışdır. Mağazanın sayım tarixinə baxılsa sayım 2022-ci iil 15 noyabr tarixindən sonra olubsa o, həmn sayımda iştirak etməmış və bu da qeyri qanunidir çünki mağaza müdiri mağazada olmasa sayım keçirmək qadağandır. O, işdən çıxdıqdan sonra ona qeyri qanuni məzuniyyət yazmışlar. Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilir ki, səbəbindən və əsasından asılı olmayaraq işçiyə istifadə etmədiyi məzuniyyətə görə pul odənilməlidir. Amma bunlar özlərindən məzuniyyət yazmışlar və işdən çıxışına görə ona təminat ödənilməmişdir. Onun işinə xx.xx.2023-cü ildə xitam verilib, halbuki həmin tarixdən 2 ay öncə o, işdən çıxmışdır. Məhkəmədən yazılanların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, OBA Market MMC ilə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan OBA Market MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 186-1 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən Cəmiyyətin Satış Departamentinə Administrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 345 manat müəyyən edilmişdir. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, OBA Market MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş və o, Cəmiyyətin Satış Departamentinin Satış 4 Şöbəsində administrator vəzifəsinə keçirilmişdir. Həmin müqavilə 29 noyabr 2021-ci il tarixli əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, o, 14 noyabr 2022-ci il tarixdən 29 noyabr 2022-ci il tarixədək ona 16 günlük əmək məzuniyyəti verilməsini xahiş etmişdir. İş materiallarında olan OBA Market MMC tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli 596 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 14 noyabr 2022-ci il tarixdən 29 noyabr 2022-ci il tarixədək 16 təqvim günü əmək məzuniyyəti verilmişdir. xx.xx.2022-ci il tarixdən vəzifəsinin icrasına başlanılması nəzərdə tutulmuşdur. İş materiallarında olan Oba Xətai 4 filialında aparılmış növbədən kənar inventarizasiya nəticələrinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, yoxlama zamanı filialda yekun ziyan məbləği 3149.47 (üç min bir yüz qırx doqquz manat, qırx yeddi qəpik) müəyyən edilmişdir. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli imtina aktından məlum olur ki, İddiaçı MMC-nin Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi-17C ünvanında yerləşən Oba-Xətai 4 (701) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştrakı ilə xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştrak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-3149.48 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan OBA Market MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 04 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin satış 4 şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş, Son haqq-hesab: İstifadə edilməmiş təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, DN229 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də çalışdığı OBA-XƏTAİ 4(701) mağazasında xx.xx.2022-ci tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (təhvil-təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrinin imzalanması ilə bağlı departamentə yaxınlaşması bildirilmişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, DN2082 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən müqaviləyə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 22 may 2023-cü il tarixli arayışından məlum olur ki, xx.xx.2022-ci il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3149.47 (üç min bir yüz qırx doqquz manat qırx yeddi qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümimi olaraq 2775.12 (iki min yeddi yüz yetmiş beş manat, on ik qəpik) manat borcu qalmışdır. Beləliklə Cavabdeh 22 may 2023-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 2775.12 (iki min yeddi yüz yetmş beş manat, on iki qəpik) manat təşkil edir. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli, MŞB/4-2023-0078 nömrəli, Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Oba Market MMC-nin xx.xx.2023-cü il tarixli, 1843 saylı etbarnamə üzrə nümayəndəsi X1 Sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Bundan başqa Oba Market MMC-nin xx.xx.2023-cü il tarixli, 1843 saylı etbarnamə üzrə nümayəndəsi X10 Mediasiya Sesiyasında (İMS) iştrak edilməsi barədə 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan EMİS-nin e-2(014)-499/2024 saylı mülki iş üzrə sərhədkeçmə məlumatlarından görünür ki, Cavabdeh X9 Aeroportundan 14 noyabr 2022-ci il tarixdə, saat 03:56-da Budapeştə çıxış etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Beləliklə məhkəmədə müəyyən olundu ki, cаvаbdеh Cavabdeh 28 aprel 2022-ci il tarixdən İddiaçı MMC-nin Xətai-4 filialında administrator vəzifəsində işə başlamış və həmin tarixdə inventarın ona təhvil verilməsinə dair iddiaçı tərəfindən heç bir sübut iş materiallarına əlavə olunmamışdır. Eyni zamanda, iddiaçı iş materiallarına əlavə etdiyi əmrdən çıxarışda cavabdehin 14 noyabr 2022-ci il tarixdən 29 noyabr 2022-ci il tarixədək əmək məzuniyyətində olmasını bildirsə də məzuniyyətdən əvvəl mağazada olan inventarların cavabdehin vəzifəsini icra edən şəxsə təhvil verilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı 07 dekabr 2022-ci il tarixdə İddiaçı MMC-nin Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi-17C ünvanında yerləşən Oba-Xətai 4 (701) mağazasında inventarın yoxlanılmasını həyata keçirərkən, komissiya iştirakçıları tərəfindən tərtib olunmuş aktda mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiyanın keçirilməsini, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etməsini bildirsə də işin materilları ilə cavabdehin həmin tarixdə Azərbaycan Respublikasının ərazisində olmadığı müəyyən olunur. Bundan sonra iddia tərəfi həmin vəziyyəti izah etmək məqsədi ilə “imtina aktında” cavabdehin iştirakının texniki səhv (şablon üzərində doldurulub) nəticəsində göstərildiyini qeyd etsə də 5 nəfər komissiya üzvünün imzaladığı sənəddə texniki səhvin olması ağlabatan hesab edilmir. Bundan başqa məhkəmə Cavabdeh 14 noyabr 2022-ci il tarixdə ölkədən çıxmasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsinin 06 yanvar 2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən xitam verilməsinə münasibətdə qeyd edir ki, iddia tərəfinin təqdim etdiyi əmək müqavilələrindən görünür ki, Cavabdeh ilə OBA Market MMC arasında xx.xx.2022-ci il tarixdə 29 noyabr 2021-ci il tarixli əmək müqaviləsinə əlavə imzalanmış, ilkin müqavilənin müddətsiz bağlandığı müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, mülki hüquq pozuntusu başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olduğundan, hazırda isə Cavabdeh təqsiri sübuta yetirilmədiyindən iddia tələbi rədd olunmalıdır. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaəsn və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ЕTDİ: İddiaçı MMC-nin cаvаbdеh Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-499/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-499/2024
01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver