Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-55/2024 12.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin 06 dekabr 2023-cü il tarixli qərardadında olan yanlışlığın aradan qaldırılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu özü-özünə etiraz edərək, hazırkı tələb üzrə İddiaçı əvvəllər Ağdaş Rayon Məhkəməsinn sədri vəzifəsində işlədiyini, həmin vaxtda onunla iş yoldaşı olduğunu, buna görə də iddia tələbinə tərəfimdən baxılması yekun məhkəmə aktının obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğura bilər. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə bağlı həmin işə tərəfindən baxılmasına özü-özünə etiraz etmişdir. Ağdaş Rayon Məhkəməsi 06 dekabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun özü-özünə etirazı təmin edilməsi, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə dair mülki iş baxılması üçün məhkəmənin digər hakiminin icraatına verilməsi qərara alınmışdır. Məhkəmə işin materiallarını araşdırarkən müəyyən edilmişdir ki, qərardadın nəticə hissəsinin ikinci abzasında yanlış olaraq, “İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə dair mülki iş hakimin (sədr vəzifəsini icra edən) özü-özünə etirazına baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.” əvəzinə “İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə dair mülki iş baxılması üçün məhkəmənin digər hakiminin icraatına verilsin.” kimi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.5-ci maddəsinin tələbinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qərardadın nəticə hissəsinin ikinci abzasında buraxılmış yanlışlıq düzəldilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2(014)-1508/2023 saylı qərardadda olan yanlışlıq aradan qaldırılsın. Qərardadın nəticə hissəsinin ikinci abzasında olan “İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə dair mülki iş baxılması üçün məhkəmənin digər hakiminin icraatına verilsin.” cümləsi “İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə dair mülki iş hakimin (sədr vəzifəsini icra edən) özü-özünə etirazına baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.” kimi oxunsun. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-55/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-55/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver