Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-586/2025 16.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı Aqrar Sığorta Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Hüseyn oğlunun iştirakları ilə, İddiaçı Aqrar Sığorta Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Hüseyn oğlu və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X14 qarşı «pul vəsaitinin cavabdehlərdən tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Aqrar Sığorta Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Hüseyn oğlu və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X14 qarşı «pul vəsaitinin cavabdehlərdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12754,12 (on iki min yeddi yüz əlli dörd manat on iki qəpik) manat sığorta ödənişi məbləğinin və 128,26 (yüz iyirmi səkkiz manat iyirmi altı qəpik) manat dövlət rüsumunun, cəmi 12882,38 (on iki min səkkiz yüz səksən iki manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh4, X4, Cavabdeh2 və X6 tutulub iddiaçı Fondun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ölkələrində stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) qəbul edilmiş və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu (bundan sonra – Fond) təsis edilmişdir. Qanunun 4.1-ci maddəsinə əsasən aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu daxildir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir. Fondun adından "xxxx" Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- Cəmiyyət) ilə X24 arasında BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS- **********-PS, BS-**********- PS, BS-**********-PS, BS-**********-PS nömrəli sığorta müqavilələri bağlanmış və ona məxsus arpa sahələri sığorta olunaraq qanunvericilikdə nəzərdə tutulan risklər üzrə sığorta təminatı altına alınmışdır. Sığortalı X24 tərəfindən 2024-cü il 12 yanvar tarixində Fonda müraciət olunaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlər aralığında ona məxsus Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 1,0919 hektar, 1,5 hektar, 1,3649 hektar, 1,0937 hektar, 1,365 hektar, 0,8189 hektar, 4,0937 hektar, 0,7002 hektar və 1,5 hektar arpa sahələrinə heyvanların girməsi ilə bağlı dəymiş zərərin aradan qaldırılması və zərərin ödənilməsi xahiş edilmişdir. Sözügedən sığorta hadisəsinin ətraflı araşdırılması və üçüncü şəxslərin hərəkətlərinə münasibətdə faktı təsdiq edən sənədin əldə edilməsi üçün Fondun idarəeidici qurumu olan Cəmiyyət tərəfindən Ağdaş Rayon Polis Şöbəsinə 2023-cü il 11 dekabr tarixli, 12-9/2- 1702/2023 nömrəli məktub ünvanlanmışdır. Ağdaş Rayon Polis Şöbəsinin Cəmiyyətə ünvanlanmış 2023-cü il 11 dekabr tarixli, 43/313-62/2-3364/2023 nömrəli məktubuna əsasən sığortalı X14 məxsus Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 1,0919 hektar, 1,5 hektar, 1,3649 hektar, 1,0937 hektar, 1,365 hektar, 0,8189 hektar, 4,0937 hektar, 0,7002 hektar və 1,5 hektar arpa sahələrinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlər aralığında müxtəlif vaxtlarda Cavabdeh4, X5 və X36 məxsus heyvanların girərək ziyan vurduğu müəyyən edilmişdir. Ağdaş Rayon Polis Şöbəsinin Cəmiyyətə ünvanlanmış 2023-cü il 11 dekabr tarixli, 43/313-62/2-3364/2023 nömrəli məktubuna əsasən həmin sığorta hadisəsi (üçüncü şəxsin hərəkəti ilə bağlı) nəticəsində sığortalı X14 dəymiş ziyan sığortaçı olan Fond tərəfindən BS-**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 1592,14 (min beş yüz doxsan iki manat on dörd qəpik) manat, BS-**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 955,16 manat, (doqquz yüz əlli beş manat on altı qəpik) manat, BS**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 816,71 (səkkiz yüz on altı manat yetmiş bir qəpik) manat, BS-**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 4774,9 (dörd min yeddi yüz yetmiş dörd manat doqquz qəpik) manat, BS-**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 1592,02 (min beş yüz doxsan iki manat iki qəpik) manat, BS-**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 1749,6 (min yeddi yüz qırx doqquz manat altı qəpik) manat, BS-**********-PS nömrəli sığorta şəhadətnamə üzrə 1273,59 (min iki yüz yetmiş üç manat əlli doqquz qəpik) manat olmaqla, cəmi 12754,12 (on iki min yeddi yüz əlli dörd manat on iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilməklə qarşılanmışdır. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 12754,12 (on iki min yeddi yüz əlli dörd manat on iki qəpik) manat sığorta ödənişinin məbləğini cavabdehlərdən tələb etmək hüququna malikdir. Bildiririk ki, Fond tərəfindən cavabdehlər Cavabdeh4, X4, Cavabdeh2 və X10 2024-cü il 30 sentyabr tarixli, 12-9/2-Ə-21-1025/2024 nömrəli pretenziya məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Fonda ödənilməmişdir. Tərəfimizdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət olunaraq müvafiq şəxslərin yaşayış yerləri barədə müvafiq təsdiqedici sənədlərin surətlərinin Fonda təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş 2024-cü il 12 sentyabr tarixli, 18/2-25704/2024 nömrəli məktubda Cavabdeh4, X4 və Cavabdeh2 Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olduğu qeyd edilmişdir. İddiaçı Aqrar Sığorta Fondunun nümayəndəsi Nümayəndə məhkəmə ərizə ünvanlayaraq bildirmişdir ki, icraatınızda olan iş üzrə iddia ərizəsi və xahiş etdi hissəsində texniki səhvə yol verərək Cavabdeh1 yanlışlıqla X21 olaraq qeyd edilmişdir. Odur ki, X8 Cavabdeh1 olaraq nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğlu 11 mart 2025-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı Aqrar Sığorta Fondu onlara qarşı sığorta ödənişi tələbi ilə məhkəməyə müraciət etmiş, onlardan 12882 manat pul tələb etmişdir. Sığortalı X25 xx.xx.2024-cü ildə müraciət edərək xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixləri ərzində ona məxsus Ağdaş rayon Ərəbocağı kəndində yerləşən arpa əkilmiş torpaq sahələrinin heyvan girməsi nəticəsində məhv edilməsi ilə bağlı Aqrar Sığorta Fonduna müraciət edərək dəymiş ziyan tələb etmişdir. Aqrar Sığorta Fondu tərəfindən ekspertiza aparılmış, heyvan otarılması aşkar edilmişdir. Ancaq bunun onlar ilə əlaqəsi yoxdur. Onlar iddiaçıya məxsus torpaq sahəsində heç bir heyvan otarmamışlar və tərəflərindən X15 heç bir ziyanlıq dəyməmişdir. Bununla bağlı X11 və Aqrar Sığorta Fondunun əlində heç bir əsası və sübutu yoxdur. İddiaçı ziyanlıq vurduqları iddia etdiyi torpaq sahəsindən ümumiyyətcə qonşulardan heç kim məhsul götürməmişdir. Səbəb isə quraqlıq və susuzluq olmuşdur. Bütün bunlara kənd sakinləri də şahitdirlər. X2 bütün kənd sakinləri sahəni və özü sahəsini heyvanlara otlatdıqdan sonra Aqrar Sığorta Fonduna müraciət edərək sahəyə gətirmişdir. İdiaçı heç bir əsası olmayan iddia tələbi ilə onlara qarşı həqiqətə uyğun olmayan ziyanın ödənilməsi tələbi ilə müraciət etmişdir. İddiaçının X15 onların tərəflərindən dəymiş maddi zərərin sübutu demək olar ki yoxdur. İddiaçının iddia üçün əsas olaraq göstərdiyi tələbinin və sübutlarının əsassız olması səbəbindən 2(014)-586/2025 saylı iş üzrə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Aqrar Sığorta Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. X15 dəymiş zərərə görə sığorta ödənişi ödənilmişdir. Subroqasiya hüququ yaranmışdır. Cavabdehlərin heyvanları X11 torpaq sahəsinə zərər vurmuşdur. Həmin zərər müstəqil ekspertiza keçirilərək müəyyən edilmişdir. Ekspertiza nəticəsində hər müqavilə üzrə 100% zərər vurulduğu aşkar edilmişdir. Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş materialda da məlum olur ki, cavabdehlər hər biri dəymiş zərəri etiraf etmişlər. Onların sığorta ödənişi ortalama 40 sentner olmuş, lakin onlar 28 sentner qoyulmuşdur. İddia tələbləri əsaslı olduğundan təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, heyvan həmin yerə girməmişdir. 2023-cü il tarixində həmin yerə arpaq əkmişlər, lakin bicmədilər, heyvanlara yedizdirmişlər. Onların ayrı yeri var, onları orada otarırlar. Həmin vaxt onun 50 baş qoyunu var idi. 6.5 ha torpağı vardır. Təqsirlərini qismən qəbul edirlər. Cəriməni ödəyirlər. Heyvanı uşaqlar güdüb, salıb, onlar öz boyunlarına götürmüşlər. Amma orada heçnə əkilməmişdir. Sahib həmin yerin şəklini çəkərək şikayət etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin gün 17 baş heyvan çıxartmışdılar. Onlar 4 ha torpaq sahəsinə girməmişlər. Polis şöbəsinə gedib izahat vermişlər. Həmin vaxt arpa əkmişdir, həmin arpanı da heyvanlarına vermişdir. 1.91 ha torpaq sahəsi vardır. Ziyan vurduqlarını etiraz etmirlər. Cavabdeh3 Hüseyn oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, 70 sot torpaq sahəsinə girmişlər. Ora xəttin altıdır. Sahibin torpağı 70 sot olardı. Sahib səhəri günü bütün kəndin heyvanları həmin sahəsinə salıb açıqca otarmışdır. Polis şöbəsinə gedərək izahat vermişlər. 2 h 70 sot əkmişdir. Cavabdeh4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Polis şöbəsində o da izahat vermişdir. 50 baş qoyuna şərikli olmuşlar. 2 h 80 sot əkmişdir. Qanuni ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, Vətəndaşları tanıyır. Qoşaqovaq bələdiyyəsinin sədridir. Ərəb kəndi sakinləridir. Məsələdən xəbəri vardır. Sahib Cəfərovun gərginlik altında torpaqları vardır, örüş torpaqlarıdır.Dağın ətəyində örüş sahəsi var, vətəndaşlar orada otarırlar. Dağın ətəyində Sahib Cəfərovun sahəsi vardır. Məhsul həmin vaxt aşağı senter olmuşdur. O 2 il məhsul salmamışdır. Həmin torpaqlar yaxşı sulanarsa 6 ton məhsul götürmək olar. Sulanmayanda 3-5 senter olur. 3-4 ildir ki, məhsul götürmək olmur. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadə verərək bildirdi ki, cavabdehlər onların kəndciləridir. Taxıl sahəsini heyvanların yedizdiriklərini eşitmişdir. Sahəyə taxıl əkirlər, lakin həmin il heçnə əkməmişlər. Sahibin sahəsi ilə onun arasında 100 metr məsafə olar. Cavabdehlər tərəfindən həmin yerə heyvan buraxıldığını görməmişdir. Kiminsə şəxsi kombaynı olanda özü biçir. Yağış yağanda təxminən 20 senter məhsul götürmək mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək bildirdi ki, cavabdehlər və Sahib Cəfərovu tanıyır. 3 ha ərazisi vardır. Həmin il məhsul olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, 3-cü şəxs X24 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən 3-cü şəxs X12 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon polis şöbəsi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli 43/313-62/2-33642/2023 saylı məktubuna əsasən sığortalı X14 məxsus Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 1,0919 hektar, 1,5 hektar, 1,3649 hektar, 1,0937 hektar, 1,365 hektar, 0,8189 hektar, 4,0937 hektar, 0,7002 hektar və 1,5 hektar arpa sahələrinə xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlər aralığında müxtəlif vaxtlarda Cavabdeh4, X5 və X36 məxsus heyvanların girərək ziyan vurduğu müəyyən edilmişdir. 3-cü şəxsin hərəkətləri mövcuddur. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli 12-9/2-Ə-21-1025/2024 saylı pretenziya məktubunun surətindən görünür ki, Fondun subroqasiya hüququnun mövcudluğu və əkin sahəsinə dəymiş ziyanın baş verməsində məsul olduqlarını nəzərə alaraq, sığotalıya ödənilmiş məbləğin Fonda 10 gün ərzində geri ödənilməsinə dair öhdəlik götürməyi xahiş olunur. Əks təqdirdə məhkəməyə müraciəti ediləcəyi bildirilmişdir. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən 05 sentyabr 2024-cü il tarixində Ağdaş Rayon Polis şöbəsinə ünvanlanmış 12-9/2-725/2024 saylı məktubun surətindən görünür ki, Ağdaş Rayon polis şöbəsi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli 43/313-62/2-33642/2023 saylı məktubuna əsasən sığortalı X14 məxsus Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 1,0919 hektar, 1,5 hektar, 1,3649 hektar, 1,0937 hektar, 1,365 hektar, 0,8189 hektar, 4,0937 hektar, 0,7002 hektar və 1,5 hektar arpa sahələrinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlər aralığında müxtəlif vaxtlarda Cavabdeh4, X5 və X36 məxsus heyvanların girərək ziyan vurduğu bildirilmişdir. Həmin sığorta hadisəsi (üçüncü şəxsin hərəkəti ilə bağlı) nəticəsində sığortalı X14 dəymiş ziyan sığortaçı olan Aqrar Sığorta Fondu (bundan sonra –Fond) tərəfindən müvafiq qaydada sığorta ödənişi həyata keçirilməklə qarşılanmışdır.şəxslərin şəxsiyyətini təsdiq edən məlumatların, eyni zamanda sözügedən şəxsin əməlində inzibati xətanın və ya cinayətin tərkib əlamətlərinin mövcud olub-olmaması, olduğu təqdirdə aidiyyati qaydada göndərilibgöndərilməməsi barədə məlumatların, habelə AR İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş üzrə icraata xitam verildiyi halda müvafiq qərarın təqdim edilməsi barədə aidiyyatı üzrə tapşırıq verilməsi xahiş edilmişdir. Belə ki, iş materiallarında Ağdaş rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva- Məmişovaya ünvanlanmış 3-13-62/2-1936/2025 saylı məktubun surətindən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kənd sakini X17 məxsus əkin sahəlrinə həmkəndliləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qoyun sürüləri salaraq ona maddi ziyan vurmaları ilə bağlı xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aprılmış, toplanmış material üzrə xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli CHB-B-202400133 saylı sığorta aktının surətindən görünür ki, BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış X14 Ağdaş rayonu Ərəbocağı kəndində xx.xx.2023 və xx.xx.2023 tarixləri aralığında baş verən sığorta hadisəsi nəticsində sığorta predmetinə dəymiş zərərin qiymətləndirilməsinə dair yekun ekspert rəyinə uyğun olaraq 1944 manat maddi ziyan hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş sığorta ödənişinə əsasən X14 1749.6 manat sığorta ödənişi hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş BS-**********-PS saylı sığorta şəhadətnaməsinə əsasən X14 1944 manat sığorta məbləği hesablanmışdır. Belə ki, iş materiallarında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyindən görünür ki, BS-**********-PS saylı sığorta şəhadətnaməsinə müqavilə sahibi Cəfərov Sahib ilə xx.xx.2023 tarixində Ağdaş rayonu Ərəbocağı kəndindəki arpa sahəsinə gəlindi. Sığortalı BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS- **********- PS, BS-**********-PS, BS-**********-PS nömrəli müqavilələr müştərək sahə içərisində olub və birlikdə dəyərləndirilmiş. Zərər ekspertizası zamanı sahədə heyvan otarılması nəticəsində tam zərər meydana gəldiyi aşkar olundu. Sahədə məhsul olmadığı üçün məhduldarlığı hesablamaq mümkün olmadı. Sığortalı tərəfindən müqavilədə bəyan edilən 28.8 ha məhsuldarlıq qəbul edildi. Zərərin faizi 100%. Belə ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 29 noyabr 2022-ci il tarixli Çıxarışın surətindən və Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 1.5 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 163 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydə alınmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sığorta tələbi və 12 yanvar 2024-cü il tarixli ərizənin surətindən görünür ki, ona məxsus xx.xx.2023-cü il tarixli BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış Arpa sahəsi , sığorta hadisəsi nəticəsində dəymiş zərərlər bağlı Aqrar Sığorta Fondu tərəfindən 4774.90 manat sığorta ödənişi edilməsini xahiş edir. Bu hadisə ilə bağlı iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bununla bağlı yarana biləcək əlavə xərcləri öz üzərinə götürür. Zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquqlarını Aqrar Sığorta Fonduna subroqasiya qaydasında keçməsinə etiraz etmir. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli CHB-B-202400131 saylı sığorta aktının surətindən görünür ki, BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış X14 Ağdaş rayonu Ərəbocağı kəndində xx.xx.2023 və xx.xx.2023 tarixləri aralığında baş verən sığorta hadisəsi nəticsində sığorta predmetinə dəymiş zərərin qiymətləndirilməsinə dair yekun ekspert rəyinə uyğun olaraq 5305.44 manat maddi ziyan hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş sığorta ödənişinə əsasən X14 4774.9 manat sığorta ödənişi hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş BS-**********-PS saylı sığorta şəhadətnaməsinə əsasən X14 5305.44 manat sığorta məbləği hesablanmışdır. Belə ki, iş materiallarında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyindən görünür ki, BS-**********-PS saylı sığorta şəhadətnaməsinə müqavilə sahibi Cəfərov Sahib ilə xx.xx.2023 tarixində Ağdaş rayonu Ərəbocağı kəndindəki arpa sahəsinə gəlindi. Sığortalı BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS- **********- PS, BS-**********-PS, BS-**********-PS nömrəli müqavilələr müştərək sahə içərisində olub və birlikdə dəyərləndirilmiş. Zərər ekspertizası zamanı sahədə heyvan otarılması nəticəsində tam zərər meydana gəldiyi aşkar olundu. Sahədə məhsul olmadığı üçün məhduldarlığı hesablamaq mümkün olmadı. Sığortalı tərəfindən müqavilədə bəyan edilən 28.8 ha məhsuldarlıq qəbul edildi. Zərərin faizi 100%. Belə ki, iş materiallarında Aqrar Sığorta X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sığorta tələbi və 12 yanvar 2024-cü il tarixli ərizənin surətindən görünür ki, ona məxsus xx.xx.2023-cü il tarixli BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış Arpa sahəsi, sığorta hadisəsi nəticəsində dəymiş zərərlər bağlı Aqrar Sığorta Fondu tərəfindən 1749.60 manat sığorta ödənişi edilməsini xahiş edir. Bu hadisə ilə bağlı iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bununla bağlı yarana biləcək əlavə xərcləri öz üzərinə götürür. Zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquqlarını Aqrar Sığorta Fonduna subroqasiya qaydasında keçməsinə etiraz etmir. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli CHB-B-202400128 saylı sığorta aktının surətindən görünür ki, BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış X14 Ağdaş rayonu Ərəbocağı kəndində xx.xx.2023 və xx.xx.2023 tarixləri aralığında baş verən sığorta hadisəsi nəticsində sığorta predmetinə dəymiş zərərin qiymətləndirilməsinə dair yekun ekspert rəyinə uyğun olaraq 1769.04 manat maddi ziyan hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş sığorta ödənişinə əsasən X14 1592.14 manat sığorta ödənişi hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş BS-**********-PS saylı sığorta şəhadətnaməsinə əsasən X14 1769.04 manat sığorta məbləği hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sığorta tələbi və 12 yanvar 2024-cü il tarixli ərizənin surətindən görünür ki, ona məxsus xx.xx.2023-cü il tarixli BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış Arpa sahəsi, sığorta hadisəsi nəticəsində dəymiş zərərlər bağlı Aqrar Sığorta Fondu tərəfindən 1592.14 manat sığorta ödənişi edilməsini xahiş edir. Bu hadisə ilə bağlı iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bununla bağlı yarana biləcək əlavə xərcləri öz üzərinə götürür. Zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquqlarını Aqrar Sığorta Fonduna subroqasiya qaydasında keçməsinə etiraz etmir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 26 avqust 2021-ci il tarixli Çıxarışın surətindən və Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 1.365 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydə alınmışdır. Belə ki, iş materiallarında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyindən görünür ki, BS-**********-PS saylı sığorta şəhadətnaməsinə müqavilə sahibi Cəfərov Sahib ilə xx.xx.2023 tarixində Ağdaş rayonu Ərəbocağı kəndindəki arpa sahəsinə gəlindi. Sığortalı BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS- **********- PS, BS-**********-PS, BS-**********-PS nömrəli müqavilələr müştərək sahə içərisində olub və birlikdə dəyərləndirilmiş. Zərər ekspertizası zamanı sahədə heyvan otarılması nəticəsində tam zərər meydana gəldiyi aşkar olundu. Sahədə məhsul olmadığı üçün məhduldarlığı hesablamaq mümkün olmadı. Sığortalı tərəfindən müqavilədə bəyan edilən 28.8 ha məhsuldarlıq qəbul edildi. Zərərin faizi 100%. Belə ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 18 mart 2017-ci il tarixli Çıxarışın surətindən və Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 4.0937 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydə alınmışdır. Belə ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş RX ******* seriyalı **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışın surətindən və Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 1.3649 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydə alınmışdır. Belə ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən və Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 0.7002 ha torpaq sahəsi X13 xüsusi mülkiyyətindədir. Ümumi birgə payları üzrə hüquq sahibləri X27 və X18r. Belə ki, iş materiallarında “elektron notariat” X1 əldə edilmiş çıxarış və 28 oktyabr 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinun surətindən görünür ki, satıcılar X27 və X28 tərəfindən Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 0.7002 ha torpaq sahəsi alıcı X24 2000 manat qiymətinə satılmışdır. Belə ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş RX ******* seriyalı **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışın surətindən və Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 1.0919 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydə alınmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sığorta tələbi və 12 yanvar 2024-cü il tarixli ərizənin surətindən görünür ki, ona məxsus xx.xx.2023-cü il tarixli BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış Arpa sahəsi, sığorta hadisəsi nəticəsində dəymiş zərərlər bağlı Aqrar Sığorta Fondu tərəfindən 955.16 manat sığorta ödənişi edilməsini xahiş edir. Bu hadisə ilə bağlı iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bununla bağlı yarana biləcək əlavə xərcləri öz üzərinə götürür. Zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquqlarını Aqrar Sığorta Fonduna subroqasiya qaydasında keçməsinə etiraz etmir. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli CHB-B-202400129 saylı sığorta aktının surətindən görünür ki, BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış X14 Ağdaş rayonu Ərəbocağı kəndində xx.xx.2023 və xx.xx.2023 tarixləri aralığında baş verən sığorta hadisəsi nəticsində sığorta predmetinə dəymiş zərərin qiymətləndirilməsinə dair yekun ekspert rəyinə uyğun olaraq 1061.29 manat maddi ziyan hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş sığorta ödənişinə əsasən X14 955.16 manat sığorta ödənişi hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş BS-**********-PS saylı sığorta şəhadətnaməsinə əsasən X14 1061.29 manat sığorta məbləği hesablanmışdır. Belə ki, iş materiallarında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyindən görünür ki, BS-**********-PS saylı sığorta şəhadətnaməsinə müqavilə sahibi Cəfərov Sahib ilə xx.xx.2023 tarixində Ağdaş rayonu Ərəbocağı kəndindəki arpa sahəsinə gəlindi. Sığortalı BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS- **********- PS, BS-**********-PS, BS-**********-PS nömrəli müqavilələr müştərək sahə içərisində olub və birlikdə dəyərləndirilmiş. Zərər ekspertizası zamanı sahədə heyvan otarılması nəticəsində tam zərər meydana gəldiyi aşkar olundu. Sahədə məhsul olmadığı üçün məhduldarlığı hesablamaq mümkün olmadı. Sığortalı tərəfindən müqavilədə bəyan edilən 28.8 ha məhsuldarlıq qəbul edildi. Zərərin faizi 100%. Belə ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən və Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 0.8189 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydə alınmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sığorta tələbi və 12 yanvar 2024-cü il tarixli ərizənin surətindən görünür ki, ona məxsus xx.xx.2023-cü il tarixli BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış Arpa sahəsi, sığorta hadisəsi nəticəsində dəymiş zərərlər bağlı Aqrar Sığorta Fondu tərəfindən 1592.02 manat sığorta ödənişi edilməsini xahiş edir. Bu hadisə ilə bağlı iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bununla bağlı yarana biləcək əlavə xərcləri öz üzərinə götürür. Zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquqlarını Aqrar Sığorta Fonduna subroqasiya qaydasında keçməsinə etiraz etmir. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli CHB-B-202400132 saylı sığorta aktının surətindən görünür ki, BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış X14 Ağdaş rayonu Ərəbocağı kəndində xx.xx.2023 və xx.xx.2023 tarixləri aralığında baş verən sığorta hadisəsi nəticsində sığorta predmetinə dəymiş zərərin qiymətləndirilməsinə dair yekun ekspert rəyinə uyğun olaraq 1768.91 manat maddi ziyan hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş sığorta ödənişinə əsasən X14 1592.02 manat sığorta ödənişi hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş BS-**********-PS saylı sığorta şəhadətnaməsinə əsasən X14 1768.91 manat sığorta məbləği hesablanmışdır. Belə ki, iş materiallarında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyindən görünür ki, BS-**********-PS saylı sığorta şəhadətnaməsinə müqavilə sahibi Cəfərov Sahib ilə xx.xx.2023 tarixində Ağdaş rayonu Ərəbocağı kəndindəki arpa sahəsinə gəlindi. Sığortalı BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS- **********- PS, BS-**********-PS, BS-**********-PS nömrəli müqavilələr müştərək sahə içərisində olub və birlikdə dəyərləndirilmiş. Zərər ekspertizası zamanı sahədə heyvan otarılması nəticəsində tam zərər meydana gəldiyi aşkar olundu. Sahədə məhsul olmadığı üçün məhduldarlığı hesablamaq mümkün olmadı. Sığortalı tərəfindən müqavilədə bəyan edilən 28.8 ha məhsuldarlıq qəbul edildi. Zərərin faizi 100%. Belə ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş RX ******* seriyalı **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışın surətindən və Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 1.3649 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydə alınmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sığorta tələbi və 12 yanvar 2024-cü il tarixli ərizənin surətindən görünür ki, ona məxsus xx.xx.2023-cü il tarixli BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış Arpa sahəsi, sığorta hadisəsi nəticəsində dəymiş zərərlər bağlı Aqrar Sığorta Fondu tərəfindən 816.71 manat sığorta ödənişi edilməsini xahiş edir. Bu hadisə ilə bağlı iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bununla bağlı yarana biləcək əlavə xərcləri öz üzərinə götürür. Zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquqlarını Aqrar Sığorta Fonduna subroqasiya qaydasında keçməsinə etiraz etmir. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli CHB-B-202400130 saylı sığorta aktının surətindən görünür ki, BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış X14 Ağdaş rayonu Ərəbocağı kəndində xx.xx.2023 və xx.xx.2023 tarixləri aralığında baş verən sığorta hadisəsi nəticsində sığorta predmetinə dəymiş zərərin qiymətləndirilməsinə dair yekun ekspert rəyinə uyğun olaraq 907.46 manat maddi ziyan hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş sığorta ödənişinə əsasən X14 816.71 manat sığorta ödənişi hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş BS-**********-PS saylı sığorta şəhadətnaməsinə əsasən X14 907.46 manat sığorta məbləği hesablanmışdır. Belə ki, iş materiallarında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyindən görünür ki, BS-**********-PS saylı sığorta şəhadətnaməsinə müqavilə sahibi Cəfərov Sahib ilə xx.xx.2023 tarixində Ağdaş rayonu Ərəbocağı kəndindəki arpa sahəsinə gəlindi. Sığortalı BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS- **********- PS, BS-**********-PS, BS-**********-PS nömrəli müqavilələr müştərək sahə içərisində olub və birlikdə dəyərləndirilmiş. Zərər ekspertizası zamanı sahədə heyvan otarılması nəticəsində tam zərər meydana gəldiyi aşkar olundu. Sahədə məhsul olmadığı üçün məhduldarlığı hesablamaq mümkün olmadı. Sığortalı tərəfindən müqavilədə bəyan edilən 28.8 ha məhsuldarlıq qəbul edildi. Zərərin faizi 100%. Belə ki, iş materiallarında Aqrar Sığorta X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sığorta tələbi və 12 yanvar 2024-cü il tarixli ərizənin surətindən görünür ki, ona məxsus xx.xx.2023-cü il tarixli BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış Arpa sahəsi, sığorta hadisəsi nəticəsində dəymiş zərərlər bağlı Aqrar Sığorta Fondu tərəfindən 1273.59 manat sığorta ödənişi edilməsini xahiş edir. Bu hadisə ilə bağlı iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bununla bağlı yarana biləcək əlavə xərcləri öz üzərinə götürür. Zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquqlarını Aqrar Sığorta Fonduna subroqasiya qaydasında keçməsinə etiraz etmir. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli CHB-B-202400134 saylı sığorta aktının surətindən görünür ki, BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış X14 Ağdaş rayonu Ərəbocağı kəndində xx.xx.2023 və xx.xx.2023 tarixləri aralığında baş verən sığorta hadisəsi nəticsində sığorta predmetinə dəymiş zərərin qiymətləndirilməsinə dair yekun ekspert rəyinə uyğun olaraq 1415.1 manat maddi ziyan hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş sığorta ödənişinə əsasən X14 1273.59 manat sığorta ödənişi hesablanmışdır. Belə ki, iş materiallarında Aqrar Sığorta Fondu tərəfindən verilmiş BS-**********-PS saylı sığorta şəhadətnaməsinə əsasən X14 1415.1 manat sığorta məbləği hesablanmışdır. Belə ki, iş materiallarında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyindən görünür ki, BS-**********-PS saylı sığorta şəhadətnaməsinə müqavilə sahibi Cəfərov Sahib ilə xx.xx.2023 tarixində Ağdaş rayonu Ərəbocağı kəndindəki arpa sahəsinə gəlindi. Sığortalı BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS-**********-PS, BS- **********- PS, BS-**********-PS, BS-**********-PS nömrəli müqavilələr müştərək sahə içərisində olub və birlikdə dəyərləndirilmiş. Zərər ekspertizası zamanı sahədə heyvan otarılması nəticəsində tam zərər meydana gəldiyi aşkar olundu. Sahədə məhsul olmadığı üçün məhduldarlığı hesablamaq mümkün olmadı. Sığortalı tərəfindən müqavilədə bəyan edilən 28.8 ha məhsuldarlıq qəbul edildi. Zərərin faizi 100%. Belə ki, iş materiallarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X43 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli 3-21-3-35/2- 2425/2025 saylı mütəxəssis rəyindən görünür ki, pozuntunun baş verdiyi ərazinin (cavabdehlərin heyvanlarını otardığı torpaq sahəsi) yerləşdiyi torpaq sahəsi ilə X12 mülkiyyətinə **********57 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi 0.50 ha hissədə, **********25 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi 0.50 ha hissədə, **********25 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi 0.0838 ha hissədə üst-üstə düşür. Üst-üstə düşən hissə rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Yüksək gərginlikli xətlərinin keçdiyi torpaq sahələri xüsusi və dövlət mülkiyyətinə aid olan torpaq sahələridir. Belə ki, iş materiallarında Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 3-13-62/2-8991/25 saylı məktuba əlavə edilmiş, xx.xx.2023-cü il tarixində X24 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, Ağdaş rayon Ərəbocağı kəndində özəl toxumçuluq təsərrfatı ilə məşğul olur və dövlətin onlara verdiyi dəstək sayəsində strateji olan taxıl toxumlarını yetişdirirlər. Ona məxsus olan 10 hektar toxumluq Qarabağ-33 apra sortu olan sahəni aşağıda adları olan kənd sakinləri qoyun sürüləri ilə tamamən məhv etmişdirlər. Bunlar Cavabdeh3 Hüseyn oğlu, X22, Cavabdeh4, Cavabdeh2, X31 tərəfindən müxtəlif zamanlarda 10 hektarlıq sahə tamamilə yedizdirilmişdir. Bu barədə video görüntü də qeydə alınmışdır. Ona dəymiş ziyana görə ziyan vuranlar məsuliyyətə cəlb olunsun və dəymiş ziyan ona ödənilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında Ağdaş rayon prokurorluğu tərəfindən verilmiş xx.xx.2026ci il tarixli məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Hüseyn oğlu barəsində X12 rayon prokurorluğuna müraciəti daxil olmamışdır. Belə ki, iş materiallarında Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 3-13-62/2-8991/25 saylı məktuba əlavə edilmiş, arayışın surətindən görünür ki, Tərəfindən aparılmış araşdırma zamanı izahatı alınmış Ağdaş rayon Ərəbocağı kənd sakini Cavabdeh3 Hüseyn oğlu izahatında ona məxsus heyvanları bələdiyyə tərəfinən onlara verilmiş işıq diəklərinin altında olan iyirmi metir ərazidə otardığını izahatında bildirmişdir. Ağdaş rayon Ərəbocağı kənd sakini Cavabdeh2 izahatında ona məxsus heyvanları bələdiyyə tərəfinən onlara verilmiş işıq diəklərinin altında olan iyirmi metir ərazidə otardığını izahatında bildirmişdir. Ağdaş rayon Ərəbocağı kənd sakini Cavabdeh4 izahatında ona məxsus heyvanları bələdiyyə tərəfinən onlara verilmiş işıq diəklərinin altında olan iyirmi metir ərazidə otardığını izahatında bildirmişdir. Ağdaş rayon Ərəbocağı kənd sakini X19 izahatında ona məxsus heyvanları bələdiyyə tərəfinən onlara verilmiş işıq diəklərinin altında olan iyirmi metir ərazidə otardığını izahatında bildirmişdir. Belə ki, iş materiallarında 08 yanvar 2026-cı il tarixdə Əmlak Qiymətləndirmə 2021 MMC tərəfindən verilmiş rəydən görünür ki, Ağdaş rayon Ərəbocağı kəndində yerləşən torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs X24, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, həmçinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisləri iştirak etmişdir. Baxış zamanı 3-cü şəxs X24 ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 göstərdiyi əraziyə baxış keçirilmiş, Məhkəmənin ekspert qarşınında qoyduğu suallar baxış zamanı yerində araşdırılmış, sorğular aparılmışdır. DƏDKR PHŞ-nin 17 saylı ərazi idarəsinin Yerquruluşu şöbəsinin mütəxəssis rəyi bizə təqdim edildikdən sonra əkilmiş arpa torpaq sahəsindən məhv edilmiş arpanın sahəsi iki hissədə 0.50 ha. və 0.0838 ha. müəyyən edilmişdir. Həmin torpaq sahələrinin dəmyə əkin sahələri olduğunu nəzərə alaraq 2023-cü ildə həmin torpaq sahələrində bir hektar əkin sahəsindən biçilən arpanın orta həcmi 1.7 ton olduğu müəyyən edilmişdir. Ümumilikdə 0.50 ha. və 0.0838 ha. torpaq sahələrinə əkilmiş arpanın məhv edilməsi nəticəsində dəymiş ziyan hesablanaraq (0.50 ha. və 0.0838 ha. torpaq sahələrində bitən arpanın 992.46 kq olması və 2023-cü il üçün orta bazar satış qiymətinin 0.30 manat olması nəzərə alınmaqla) 298 (iki yüz doxsan səkkiz) manat müəyyən edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, Aqrar Sığorta Fondu Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 128.26 (yüz iyirmi səkkiz manat iyirmi altı qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Fondun adından "xxxx" Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-Cəmiyyət) ilə X24 arasında BS-**********-PS, BS- **********-PS, BS-**********-PS, BS-**********-PS, BS-**********- PS, BS-**********-PS, BS- **********-PS nömrəli sığorta müqavilələri bağlanmış və ona məxsus arpa sahələri sığorta olunaraq qanunvericilikdə nəzərdə tutulan risklər üzrə sığorta təminatı altına alınmışdır. Sığortalı X24 tərəfindən 2024-cü il 12 yanvar tarixində Fonda müraciət olunaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlər aralığında ona məxsus Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 1,0919 hektar, 1,5 hektar, 1,3649 hektar, 1,0937 hektar, 1,365 hektar, 0,8189 hektar, 4,0937 hektar, 0,7002 hektar və 1,5 hektar arpa sahələrinə heyvanların girməsi ilə bağlı dəymiş zərərin aradan qaldırılması və zərərin ödənilməsi xahiş edilmişdir. Sözügedən sığorta hadisəsinin ətraflı araşdırılması və üçüncü şəxslərin hərəkətlərinə münasibətdə faktı təsdiq edən sənədin əldə edilməsi üçün Fondun idarəeidici qurumu olan Cəmiyyət tərəfindən Ağdaş Rayon Polis Şöbəsinə 2023-cü il 11 dekabr tarixli, 12-9/2- 1702/2023 nömrəli məktub ünvanlanmışdır. Ağdaş Rayon Polis Şöbəsinin Cəmiyyətə ünvanlanmış 2023-cü il 11 dekabr tarixli, 43/313-62/2-3364/2023 nömrəli məktubuna əsasən sığortalı X14 məxsus Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 1,0919 hektar, 1,5 hektar, 1,3649 hektar, 1,0937 hektar, 1,365 hektar, 0,8189 hektar, 4,0937 hektar, 0,7002 hektar və 1,5 hektar arpa sahələrinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlər aralığında müxtəlif vaxtlarda Cavabdeh4, X5 və X36 məxsus heyvanların girərək ziyan vurduğu müəyyən edilmişdir. Ağdaş Rayon Polis Şöbəsinin Cəmiyyətə ünvanlanmış 2023-cü il 11 dekabr tarixli, 43/313-62/2-3364/2023 nömrəli məktubuna əsasən həmin sığorta hadisəsi (üçüncü şəxsin hərəkəti ilə bağlı) nəticəsində sığortalı X14 dəymiş ziyan sığortaçı olan Fond tərəfindən BS-**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 1592,14 (min beş yüz doxsan iki manat on dörd qəpik) manat, BS- **********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 955,16 manat, (doqquz yüz əlli beş manat on altı qəpik) manat, BS**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 816,71 (səkkiz yüz on altı manat yetmiş bir qəpik) manat, BS-**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 4774,9 (dörd min yeddi yüz yetmiş dörd manat doqquz qəpik) manat, BS-**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 1592,02 (min beş yüz doxsan iki manat iki qəpik) manat, BS-**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 1749,6 (min yeddi yüz qırx doqquz manat altı qəpik) manat, BS-**********-PS nömrəli sığorta şəhadətnamə üzrə 1273,59 (min iki yüz yetmiş üç manat əlli doqquz qəpik) manat olmaqla, cəmi 12754,12 (on iki min yeddi yüz əlli dörd manat on iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilməklə qarşılanmışdır. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 12754,12 (on iki min yeddi yüz əlli dörd manat on iki qəpik) manat sığorta ödənişinin məbləğini cavabdehlərdən tələb edir. İş materiallarına əlavə edilmiş Əmlak Qiymətləndirmə 2021 MMC tərəfindən verilmiş rəydən məlum olur ki, Ağdaş rayon Ərəbocağı kəndində yerləşən torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs X24, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, həmçinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisləri iştirak etmişdir. Baxış zamanı 3-cü şəxs X24 ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 göstərdiyi əraziyə baxış keçirilmiş, Məhkəmənin ekspert qarşınında qoyduğu suallar baxış zamanı yerində araşdırılmış, sorğular aparılmışdır. DƏDKR PHŞ-nin 17 saylı ərazi idarəsinin Yerquruluşu şöbəsinin mütəxəssis rəyi bizə təqdim edildikdən sonra əkilmiş arpa torpaq sahəsindən məhv edilmiş arpanın sahəsi iki hissədə 0.50 ha. və 0.0838 ha. müəyyən edilmişdir. Həmin torpaq sahələrinin dəmyə əkin sahələri olduğunu nəzərə alaraq 2023-cü ildə həmin torpaq sahələrində bir hektar əkin sahəsindən biçilən arpanın orta həcmi 1.7 ton olduğu müəyyən edilmişdir. Ümumilikdə 0.50 ha. və 0.0838 ha. torpaq sahələrinə əkilmiş arpanın məhv edilməsi nəticəsində dəymiş ziyan hesablanaraq (0.50 ha. və 0.0838 ha. torpaq sahələrində bitən arpanın 992.46 kq olması və 2023-cü il üçün orta bazar satış qiymətinin 0.30 manat olması nəzərə alınmaqla) 298 (iki yüz doxsan səkkiz) manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3-cü maddəsinə əsasən Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4-cü maddəsinə əsasən Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.6-cı maddəsinə əsasən Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1110-ci maddəsinə əsasən Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Hüseyn oğlundan 298 (iki yüz doxsan səkkiz) manat pul və 30 manat (otuz manat) dövlət rüsumu mütərək qaydada tutularaq iddiaçı Aqrar Sığorta Fondunun xeyrinə verilməli, iş üzrə aparılmış mütəxəsis rəyinin dəyəri 100 (yüz) manat pulun 50 manat hissəsi iddiaçı Aqrar Sığorta Fondundan, 50 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Hüseyn oğlundan müştərək qaydada tutularaq "xxxx" MMC ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Hüseyn oğlundan 298 (iki yüz doxsan səkkiz) manat pul və 30 manat (otuz manat) dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Aqrar Sığorta Fondunun xeyrinə verilsin. İş üzrə aparılmış mütəxəsis rəyinin dəyəri 100 (yüz) manat pulun 50 manat hissəsi iddiaçı Aqrar Sığorta Fondundan, 50 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Hüseyn oğlundan müştərək qaydada tutularaq "xxxx" MMC ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-586/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-586/2025
16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver