Məhkəmə qərarları › İş №e-2(014)-594/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-594/2025

05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-594/2025 05.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi ilə İddiaçı MMC-nin nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına “ticari mal və maddi ehtiyatlar vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qimətlərə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 14186 (on dörd min yüz səksən altı) manat 42 (qırx iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 83 (səksən üç) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X18” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “OBA Baskover 1” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 14907 manat 52 qəpik zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 14186 (on dörd min yüz səksən altı) manat 42(qırx iki) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 14186(on dörd min yüz səksən altı) manat 42 (qırx iki) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdeh X3 həmAzərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X18 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X15 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh mağaza müdiri olduğu zaman 14186 manat çatışmamazlıq olmuşdur. Sayım olacağı barədə cavabdehə poçt vasitəsi ilə məlumat verilmiş, həmin məktub cavabdehin anası tərəfindən imza edilərək götürülmüşdür. Sayım aparılan zaman kameralar açıq olmuşdur. Lakin kameralar görüntünü müəyyən müddət saxladığından həmin görüntülər hazırda silinmişdir. Cavabdeh sayımda iştirak etməmiş, bu barədə imtina aktı tərtib olunmuşdur. Cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh işdən çıxmamışdan əvvəl məzuniyyətə buraxılmış, məzuniyyət əmrini təqdim etsə də, cavabdehin məzuniyyətə buraxılmasına dair ərizəsini təqdim edə bilmir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Oba market MMC şirkətinə satıcı kassir kimi təyin edilmiş, işlədiyi müddət ərzində heç bir prosedur pozuntusu olmadığına görə Oba Ağdaş 7-ci filialında administrator vəzifəsinə təyin olunmuşdur. İşlədiyi vaxt ərzində heç bir qanun pozuntusu olmayıb. Buna baxmayaraq xx.xx.2024-cü il tarixində Oba marketin bölgə müdürü Nicat Vəldəliyev zəng edib ona bildirdi ki, mağazanın açarını Veysəlov Məhəmmədə təhvil ver və özün də mağazanı tərk et. Özü də heç bir təhvil-təslim etmədən işdən azad edilmişdir. Çünki onu təhvil-təslim etməyə icazə verməmişlər. Bütün mağazalarda kamera olmasına baxmayaraq iddiaçı heç bir əsas göstərmədən kamera görüntülərini təqdim etmir. İddiaçı sayım barədə ona məlumat verməmiş, məhkəməyə təqdim etdiyi poçt qəbzində olan nə soyad nə də ki imza onun anasına məxsus deyil. Anasının soyadı Məmmədova olduğu halda, qəbzdə imza çəkənin soyadı Səmədova yazılmışdır.Sayım onun yanında aparılmalı idi, onun yanında aparılmadığından həmin ziyanın kimin tərəfindən vurulduğunu müəyyən etmək mümkün deyil. O, anidən işdən çıxarılmış və işdən çıxmamışdan məzuniyyətə buraxılmamışdır. Əgər ona məzuniyyət verilsə idi, o, məzuniyyət ərizəsi ilə müraciət etməli idi, lakin belə bir ərizə müvcud ola bilməz. Onun işə girmə əmrlərindən başqa heç bir yerdə imzası yoxdur. Bu səbəbdən ziyanın onun tərəfindən vurulduğu sübut olunmur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahat verərək bildirdi ki, cavabdeh onun oğludur, oğlu Oba marketdə işləmişdir. 2 il olar ki işdən ayrılmışdır. İşdən çıxdıqdan sonra Oba marketdən ünvanlarına heç bir bildiriş gəlməmişdir. Onun soyadı Məmmədova olmasına baxmayaraq poçt qəbzində soyadı Səmədova göstərilmişdir. Poçt qəbzində olan imza da ona məxsus deyil. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/20/2025-00054 saylı, xx.xx.2025-ci il tarixli X4 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X15 İMS-də iştirak etmişdir. Cavabdeh İMS-də iştirak etməmişdir. İddiaçı MMC üçün 50 manat, poçt kargüzarlığın 10 manat ödənişi edilib. İddiaçı MMC tərəfindən verilmiş əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 05 may 2021-ci il tarixli, 246 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 05 may 2021-ci il tarixindən etibarən Satıcı-Kassir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən, 260 manat olmuşdur. Əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən Cəmiyyətində Administrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 330 manat təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə dəyişikliklər edilərək, xx.xx.2023-cü il tarixindən Cəmiyyətin Satış şöbəsində Administrator vəzifəsinə keçirilmiş və əmək haqqı ştat cədvəlinə uyğun olaraq 390 manat təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən Administrator vəzifəsinə keçirilməyinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 09 saylı əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2023-cü il tarixindən administrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 390 manat olmaqla ödənilmişdir. xx.xx.2024-cü il tarixli, DN2256 saylı, Cavabdeh göndərilən xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də çalışdığı OBA-Ağdaş 7 (1142) mağazasında xx.xx.2024-cü il tarixdə İnventarizasiya yoxlaması (təhvil-təslim) aparılacaqdır. Maddi məsul şəxs kimi (təhvil verən) inventarizasiya prosesində iştirakınız mütləqdir. Xahiş olunur qeyd edilən tarixdə sayımda iştirak edəsiniz. xx.xx.2024-cü il tarixli,qəbzdən görünür ki, Cavabdeh ünvanlanmış bildirişi xx.xx.2024-cü il tarixdə anası Səmədova imza edərək qəbul etmişdir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 788 saylı növbədənkənar inventarizasiyanın aparılması haqqında əmrdən görünür ki, Cavabdeh öhdəsində olan maddi ehtiyatların, mağazaya yeni administrator təyin olunmuş maddi məsul şəxs X2 bilavasitə iştirakı ilə faktiki mövcu olan maddi ehtiyatların xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlamasını aparmaq məqsədi ilə növbədənkənar yoxlamanın aparılması əmr edilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli İmtina aktından görünür ki, “07” İyun 2023-cü il tarixli 167 nömrəli əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə Direktoru: X9; Komissiyanın sədr müavini: Mühasibatlıq Department müdiri: X5; Satış Əməliyyatları direktoru: X7; İnventarizasiya şöbə müdiri – X1 ibarət heyətdə təyin edilmiş ünvan 1 ünvanında yerləşən OBA-Ağdaş 7(1142), həmin mağaza üzrə madi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılması və nəticələrin araşdırılması üçün dəvət olunsada iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-14907.52) AZN yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. 08 may 2024-cü il tarixli aktivlər üzrə invertarlaşdırma haqqında aktdan görünür ki, İddiaçı MMC-nin mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 08 may 2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 14907.52 manat məbləğində zərər vurması müəyyən edilmişdir. 10 may 2024-cü il tarixli, 44-x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (tərəflərin birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. Son haqqhesab:İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin. xx.xx.2024-cü il tarixli, DN 4071 saylı, Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, onun İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış və 14186.42 manat əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, İddiaçı MMC ilə bağlanmış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamansda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesablanması aparılmalıdır. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Cavabdeh məxsus Oba Market MMC üzrə DƏMX təqdim edilən Mart, Aprel ayları üzrə davamiyyət tabelindən görünür ki, Cavabdeh aprel ayının 10-dan 23-nə qədər məzuniyyətdə olmuşdur. 23 oktyabr 2024-cü il İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 14907.52 (on död min doqquz yüz yeddi manat əlli iki) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 14186.42 (on dörd minbir yüz səksən altı) manat borcu qalmışdır. Beləliklə Cavabdeh 23 Oktyabr 2024-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 14186.42 (on dörd min bir yüz səksən altı) manat təşkil edir. İddiaçı MMC-nin nümayəndəsi X10 məhkəməyə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 2(014)-594/2025 saylı iş üzrə 13 mart 2025 tarixli sorğunuza cavab olaraq bildirilir ki, İddiaçı MMC-nin mağazalarında quraşdırılmış kameralar 1 ay müddət videogörüntü tutumu vardır. Bu səbəbdən sorğunuzda göstərilən xx.xx.2024-cü il tarixə aid videogörüntü mövcud deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 10 yanvar 2023-cü il tarixdən Oba market MMC şirkətinə administrator vəzifəsinə təyin olunmuş, xx.xx.2024-cü il tarixində işdən kənarlaşdırılmasına baxmayaraq xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdeh 2024-cü ilin aprel ayının 10-dan 23-nə qədər məzuniyyətdə olmasını bildirsə bu faktı təsdiq edən sənədləri, həmçinin Cavabdeh məzuniyyət ərizəsini məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı sayım barədə cavabdehi lazımi qaydada məlumatlandırmayaraq onu özünü müdafiə etmək və sübut təqdim etmək kimi hüquqlarından məhrum olunmuşdur. Belə ki, iddiaçı məhkəməyə poçt qəbzi təqdim etsə də həmin qəbzdə cavabdehin anasının soyadı düzgün yazılmamış, nə də imza cavabdehin anasına məxsus deyil. Həmçinin, inventarizasiya aktında cavabdehin imzası yoxdur, formal olaraq cavabdehi məlumatlandırmadan iş materiallarına maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılması və nəticələrin araşdırılması üçün dəvət olunsada iştirak etməməsi və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-14907.52) AZN yaranması səbəbləri barədə izahat verməkdən imtina etməsinə dair imtina aktı əlavə olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, mülki hüquq pozuntusu başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olduğundan, hazırda isə Cavabdeh təqsiri sübuta yetirilmədiyindən iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X18 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X4 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X4 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına “ticari mal və maddi ehtiyatlar vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ0300, Ağdaş şəhəri, M.İsayev küçəsi 17 Tel: +**********33 Faks: +**********63, Elektron ünvan 20 iyun 2025-ci il İş № 2(014)-223/2025 İddiaçı: İddiaçı MMC-yə Bakı şəhəri, 8 Noyabr prospekti, 15 X17, 3-cü mərtəbə Cavabdeh: X3 na Ağdaş rayonu, Qaradağlı kəndi Ağdaş Rayon Məhkəməsi 20 iyun 2025-ci il tarixli, 2(014)-223/2025 saylı qətnamənin surətini məlumat üçün Sizə göndərir. Qoşma: qətnamənin surəti Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar